CÜMƏ AXŞAMI, 21 İyun 2018

 

 

 

 

 

 


 

 

e-h

 


 

odenis ONLAYN ÖDƏNİŞLƏR

 


 

 

eimza

 


 

POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ

 

Калькулятор расчета пеноблоков смотрите на этом ресурсе
Все о каркасном доме можно найти здесь http://stroidom-shop.ru
Как снять комнату в коммунальной квартире смотрите тут comintour.net

 

 
 

“İTİRİLMİŞ ƏŞYALARIN SAHİBİNƏ ÇATDIRILMASI XİDMƏTİ”

HAQQINDA

 

       Yaxın keçmişdə iri şəhərlərin dəmir yol vağzallarında, hava limanlarında, əhalinin daha sıx olduğu məkanlarda tapılmış əşyaların qəbulu və sahibinə qaytarılması üçün məntəqələr yaradılırdı. Şüurlu vətəndaşlar tapdıqları əşyaları həmin məntəqələrə təhvil verirdi. Əşyasını itirənlər isə həmin məntəqələrə müraciət edərək , onlara məxsus əşyanı geri ala bilirdilər. Hazırda bu cür xidmət bir çox inkişaf etmiş olkələrdə müxtəlif şərtlərlə fəaliyyət göstərir. Onlardan çoxu əşya sahibindən əşyanın dəyərinin 20 faizi və yaxud razılaşma yolu ilə daha çox mükafat tələbi ilə əşyanı sahibinə qaytarırlar.

       Naxçıvan Muxtar Respublikasında verilən tapşırığa uyğun olaraq 2016-cı ilin dekabr ayından “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində “İtirilmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlamışdır. Bu xidmət heç bir mükafat yaxud rüsum tələb edilmədən tam humanitar məqsədlə yaradılmışdır. Muxtar respublikada hazırda 172 poçt məntəqəsi fəaliyyət göstərir və demək olar ki, bütün yaşayış ərazilərini əyatə edir. Poçt məntəqələrinə əhalinin bütün təbəqələrinin tez-tez müraciət etdiyini nəzərə alsaq, “İtirilmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti”nin “Naxçıvanpoçt“ MMC-nin nəzdində fəaliyyətə başlaması   insanlar üçün daha rahat imkanlar yaradacaqdır.      

       Vətəndaşlar tərəfindən tapılan əşyalar həmin bölgədəki ən yaxın poçt məntəqəsinə təhvil verilə bilər. Təhfil verilən əşyalar poçt bölməsində müvafiq kitablarda təlimata uyğun qeydiyyata alınır. Burada əşyanın tam yazılı təsviri, tapıldığı yer , kim tərəfindən tapıldığı müvafiq imzalarla təsdiq olunmaqla qeyd olunur. Əşyasını itirənlər isə əşyanı itirdiklərini güman etdikləri əraziyə yaxın poçt məntəqəsinə və ya "Naxçıvanpoçt" MMC-nin “İtirilmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti”nin   225 nömrəli qaynar xəttinə zəng edib məlumat ala bilərlər. Əgər əşya tapılıbsa, əşya sahibi poçt məntəqəsinə   şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşıb təlimata uyğun ona məxsus əşyanı təhvil ala bilər. 

       Bundan əlavə vətəndaşlar "Naxçıvanpoçt" MMC-nin   www.naxcivanpoct.az internet saytında yerləşdirilmiş "İtirilən əşyaların qeydiyyatı" bölməsində fərdi qaydada tapdıqları yaxud axtardıqları əşyalar haqqında məlumatı yerləşdirə bilərlər. Bunun üçün saytda iki altbölmə yaradılıb. Əşyanı tapanlar yaxud axtaranlar xüsusi müraciət formasını dolduraraq tam məlumatı saytın administratoruna göndərirlər. Məlumat yoxlandıqdan sonra saytın tapılanlar yaxud axtarılanlar altbölməsinə yerləşdirilir. Eyni zamanda poçt məntəqəsinə təhfil verilən əşyalar da qeyd olunan saytın tapılanlar altbölməsinə yerləşdirir.

     225 qısa nömrəli telefon xətti həftənin 5 günü iş saatlarında Sizin xidmətinizdədir.

 

    Sizə xidmət etməkdən qürur duyuruq!

            “NAXÇIVANPOÇT” MMC