BAZAR ERTƏSİ, 22 Yanvar 2018

 

 

 

 

 

 


 

 

e-h

 


 

odenis ONLAYN ÖDƏNİŞLƏR

 


 

 

eimza

 


 

POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ

 

Калькулятор расчета пеноблоков смотрите на этом ресурсе
Все о каркасном доме можно найти здесь http://stroidom-shop.ru
Как снять комнату в коммунальной квартире смотрите тут comintour.net

 

 

Poçt, rabitə sisteminin ən geniş yayılmış sahələrindən biri olaraq, gündəlik istifadə olunan kütləvi əlaqə vasitəsidir. Poçt rabitəsi dövlətçiliyin möhkəmlən­mə­sin­də, iqtisadiyyatın inkişafında, ictimai-siyasi proseslərin tənzimlənməsində, xalq tə­sərrüfatının, biznes əlaqələrinin genişlənməsində, əhalinin maariflənməsində və s. hallarda mühüm və əvəzedilməz rola malikdir. Yaşadığımız müasir dövrdə texnikanın, xüsusilə elektronikanın, radionun, televiziyanın, internet xidmətlərinin yüksək inkişaf tempi poçta olan marağı azaltmamış, əksinə poçt xidmətinin inkişafına müəyyən qədər müsbət təsir göstərmişdir. İnkişaf etmiş dünya ölkə­lərinin statistikası göstərir ki, əhali arasında poçt xidmətlərinin növləri, o cümlədən bağlamaların, banderolların, məktub korrespondensiyalarının, pul ba­ratlarının mübadiləsi gündən-günə artmaqda davam edir. İnsanlar məktub vasitəsi ilə əlaqələrin inkişafına daha çox üstünlük verirlər, çünki rabitənin bu klassik xidmət növü ta qədim zamanlardan bəri istifadə olunan ən inanılmış rabitə vasitəsi olaraq qalmaqdadır. Dünya ölkələrinin əksəriyyətinin, o cümlədən ölkəmizin Konstitu­siya­sında hər bir vətəndaşın yazışma sirrini saxlamaq hüququna dövlət təminat verdiyi üçün bu xidmət növünə insanlar arasında etibar çoxdur.

Azərbaycanda poçt rabitəsi əvvəl qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçt rabitəsinin əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. O dövrlərdə poçt rabitəsi Təbriz, Ərdəbil, Tehran, Gəncə, Şəki, Qarabağ, Dərbənd, Bakı, Naxçıvan və s. istiqamətlərdə müxtəlif vasitələrdən istifadə olunmaqla inkişaf etdirilirdi.

Naxçıvan Muxtar Respublikasının poçt-rabitə sistemi də özünəməxsus inkişaf yolu keçmişdir. Naxçıvanda ilk poçt ekspedisiyası hələ 1828-ci ildə yaradılmış, 1864-cü ildə Tiflis Naxçıvan teleqraf xətti çəkilmişdir. 1918-ci ildə Naxçıvan şəhərində ilk poçt kontoru açılmış, 1927-ci ildə isə Ordubad, Culfa, Şərur poçt-teleqraf şəbəkələri və Naxçıvan şəhərində Poçt-Teleqraf Agentliyi yaradılmışdır. 1996-cı ildən başlayaraq Naxçıvanda poçt xidmətlərinin keyfiyyəti mərhələ-mərhələ yüksəldilmiş, bu sahənin texniki imkanları genişləndirilmişdir. Telekommunikasiya sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi və yeni rabitə şəbəkələrinin istifadəyə verilməsi, poçt bölmələrinin sayının artırılması və internetə çıxış imkanının yaradılması ilə Naxçıvan Muxtar Respublikasının informasiya şəbəkəsi xeyli genişləndirilmişdir. Ötən dövrdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilmiş, xidmətin səviyyəsi yüksəldilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmişdir. Muxtar respublikada rabitə sahəsində gedən sürətli inkişaf, fiberoptik kabel xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkəsinin yaradılması poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradır. Hazırda “Naxçıvanpoçt” MMC 1 mərkəz, 7 filial və 162 poçt bölməsi ilə muxtar respublikamıza poçt xidməti göstərir. Bütün növ xidmət haqlarının yığılması üçün muxtar respublikada, ümumilikdə, 145 poçt məntəqəsi avtomatlaşdırılmış, onlara 154 ədəd POS-terminal qoyulmuşdur. Cəmiyyət tərəfindən hazırda qaz, elektrik enerjisi, su, rabitə xidməti haqları, bələdiyyə, YAP üzvlük, DSMF sığorta haqlarının və Dövlət Yol Polisi tərəfindən qeyd olunan cərimələrin qəbulu davam etdirilir. Bu xidmət haqlarını vətəndaşlarımız quraşdırılan POS-terminallardan istifadə etməklə də ödəyə bilir. Eyni zamanda elektrik enerjisi, sudan istifadə haqları və internet ödənişini onlayn ödəyə bilərlər. İnternet üzərindən bu xidmətlərin təklif olunması muxtar respublika əhalisinin işini bir qədər asanlaşdırır. Vaxt itkisinin qarşısını alır. FİNCA bankla bağlanmış müqaviləyə əsasən bankın müştərilərindən kredit vəsaitlərinin qəbulu da aparılır.Müasir tələblərə cavab verən yeni nəsil Naxtel 4G mobil operatoru “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir neçə poçt bölmələrində Naxtel nömrələrinin və ödəmə kartlarının satışı üçün avadanlıqlar quraşdırılaraq şəbəkəyə qoşulub. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən itmiş əşyaların qəbulu və təhvili xidməti də fəaliyyət göstərir. Bu xidmətlə vətəndaşlar hər hansı bir yerdə kimə məxsus olduğunu bilmədikləri, itmiş hesab olunan əşyalar tapdıqda muxtar respublikada fəaliyyət göstərən ən yaxın poçt bölməsinə təhvil verə bilərlər. Buraya “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və rayon filialları, eyni zamanda kəndlərdəki poçt bölmələri də daxildir.

             “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smart sayğaclarla dəyişdirilməsi ilə poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında server qoyulmuş, şəbəkəyə qoşulmuşdur. Eyni zamanda poçt bölmələri yeni kompüter və kart oxuyucularla təmin edilmişdir.“Naxçıvanpoçt” MMC-nin şəbəkəsinə yeni qoşulmuş poçt bölmələrində teleqramların qəbulu, çatdırılması, moniqramların qəbulu və ödənişi Colvir sistemi ilə həyata keçirilir.

Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Elektron imzadan istifadə vaxta qənaət etməklə sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz göndərməyə imkan verir. Bu tələbatı ödəmək məqsədilə “Naxçıvanpoçt” MMC-nin rayon filiallarının mərkəzi poçt şöbələrində elektron imza kartının verilməsinin təşkil edilməsi üçün müvafiq şəbəkə qurulmuş, “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış və lazımi avadanlıqlarla təmin edilmişdir. Bu gün muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir. Bundan başqa, muxtar respublika ərazisində poçtdaşıma işlərinin yaxşılaşdırılması, beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün “Express Mail Servis”, DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir.Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır.