ÇƏRŞƏNBƏ AXŞAMI, 14 Avqust 2018

 

 

 

 

 

 


 

 

e-h

 


 

odenis ONLAYN ÖDƏNİŞLƏR

 


 

 

eimza

 


 

POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ

 

Калькулятор расчета пеноблоков смотрите на этом ресурсе
Все о каркасном доме можно найти здесь http://stroidom-shop.ru
Как снять комнату в коммунальной квартире смотрите тут comintour.net

 

Milli operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların tərtib edilməsinə dair Müvəqqəti Qaydalar

Milli operatorun (bundan sonra - MO) poçt müəssisələrində (poçt filiallarında, bundan sonra-PM) kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların tərtib edilməsinə dair Müvəqqəti Qaydalar (bundan sonra- Qaydalar) "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları”ndan istifadə edilməklə, PM-lərin spesifik xüsusiyyətləri nəzərə alınaraq hazırlanmışdır və MO-nun PM-lərində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların tərtib edilməsi qaydalarını müəyyənləşdirir.

1. Əsas anlayışlar

 

1. Əsas anlayışlar

BuQaydalarda “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda və “Poçt rabitəsi Qaydaları”nda istifadə olunanlar və aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1. PM- poçt rabitəsi obyekti olmaqla,təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, təhkim edilmiş ərazidə poçt rabitəsi xidmətlərinin həyata keçirilməsi işinin təşkili həvalə edilmiş istehsalat vahidi;

1.2. Kassa əməliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.

1.3. Baş kassa (bundan sonra-BK)– kassa əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş sahə (nağd pul və digər qiymətlilərin saxlanması üçün anbar, əməliyyat kassasında mədaxil və məxaric əməliyyatlarının aparılması üçün otaq);

1.3.1.Əsas kassa- poçt şöbəsi (bundan sonra-PŞ) tərəfindən bütövlükdə göstərilən xidmətlərdən əldə olunmuş vəsaitlərdən istifadə olunmaqla aparılan mədaxil və məxaric əməliyyatlarının məcmusu;

1.3.2. Köməkçi kassa- əməliyyatçılar (poçtalyonlar) tərəfindən göstərilən xidmətlərdən əldə olunmuş vəsaitlərdən istifadə edilməklə aparılan mədaxil və məxaric əməliyyatlarının məcmusu;

1.4. BK-nin rəisi (əməliyyatçısı)– BK əməliyyatlarını həyata keçirən şəxs;        

1.5.Kassa sənədi – kassa əməliyyatlarının aparılması üçün istifadə olunan sənədlər;

1.6. Dəst– eyni nominal dəyərdən olan 100 (yüz) vərəqdən ibarət əskinasların bağlanması;

1.7. Bağlama – eyni nominal dəyərdən olan 10 (on) ədəd dəstdən (1000 vərəq) ibarət əskinasların bağlanması;

1.8. Əməliyyat günü – MO-nun poçt obyektləri tərəfindən müəyyən edilmiş iş günü ərzində müştərilərə xidmət göstərilən müddət;

1.9. Qiymətlilər - nağd pul, dövlət poçt ödənişi nişanları (bundan sonra-DPÖN) və satış üçün nəzərdə tutulan digər mallar;

1.10. İnkassasiya -nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması;

1.11. İnkassator (müşayiətçi) - nağd pulun və digər qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs;

1.12. PŞ- PM-in tabeçiliyində olmaqla,müştərilərə bilavasitə bütün növ poçt rabitəsi xidmətləri göstərən poçt rabitəsi obyekti;

1.13. Növbətçi PŞ- MO tərəfindən təyin olunmuş, müvafiq qanunvericiliyə uyğun istirahət, bayram və uzadılmış adi iş günlərində əhaliyə xidmət göstərən PŞ;

1.14. Kassa limiti- növbəti iş günü nağd pul formalaşana qədər ödəniş əməliyyatlarını təmin etmək üçün PM-in BK-lərində və PŞ-lərin kassalarında günün sonuna saxlanılan nağd pul vəsaiti;

1.15. Köməkçi nağd pullar- iş günü ərzində ödənişləri həyata keçirmək üçün PŞ-lərin sifarişi əsasında BK-dən göndərilən nağd pul vəsaiti;

1.16. Avans kitabçası- Müştəri tərəfindən avans şəklində PM-in hesabına köçürülən məbləği özündə əks etdirən, PM tərəfindən imzalanaraq möhürlə təsdiqlənən, xidmət haqqının ödənilməsi məqsədi ilə PŞ-yə təqdim edilən kitabça.

2. BK-də əməliyyatların aparılması

 

2. BK-də əməliyyatların aparılması

2.1. Ümumi müddəalar 

2.1.1. PM-lər öz pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onları qanunvericiliyə uyğun olaraq banklarda açılmış müvafiq hesablarda, həmçinin müəyyən olunmuş limit daxilində BK-də və PŞ-nin kassalarında saxlayırlar.

2.1.2. PM-lərin öz öhdəlikləri üzrə digər müəssisələrlə hesablaşmaları əsasən banklar vasitəsilə köçürmə yolu ilə aparılır, müstəsna hallarda müvafiq qaydada nağd şəkildə aparıla bilər.

2.1.3. PM-lərin banklardan aldığı nağd pul yalnız təyinatı üzrə sərf olunur.

2.1.4. PŞ-də növbəti iş günü nağd pul formalaşana qədər müvafiq ödəniş əməliyyatlarını təmin etmək üçün şöbənin kassasında müəyyən edilmiş limit daxilində günün sonuna nağd pul saxlanılır.

2.1.5. PM-in BK-də gündəlik nağd pul qalığının limiti müvafiq ödəniş əməliyyatlarını təmin edə biləcək məbləğdə, həmçinin pul vəsaitinin mühafizəsinin təmin olunma səviyyəsi nəzərə alınmaqla PM-in rəhbərləri tərəfindən aşağıdakı şərtlərə uyğun müəyyən olunur və təsdiqlənir :

2.1.5.1. PM-in BK-də gündəlik nağd pul qalığının limiti yerli şərait (BK-nin siqnalizasiyasının olması, mühafizəsinin təmin olunma səviyyəsi və s.) və PM-in nağd pul dövriyyəsi nəzərə alınmaqla MO tərəfindən təyin edilir;

2.1.5.2. Bakı, Gəncə və Sumqayıt şəhər PM-lərində BK-nin gündəlik nağd pul qalığının limiti30,0 min manatdan artıq olmamaq şərti ilə təyin edilir;

2.1.5.3. digər şəhər (rayon) PM-lərində BK-nin gündəlik nağd pul qalığının limiti 5,0 min manatdan artıq olmamaq şərti ilə təyin edilir;

2.1.5.4. Bakı, Gəncə və Sumqayıt şəhərlərində PŞ-lərin kassalarının gündəlik nağd pul qalığının limiti 0,5 min manatdan artıq olmamaq şərti ilə təyin edilir;

2.1.5.5. digər şəhər və rayon mərkəzlərində olan PŞ-lərin kassalarının gündəlik nağd pul qalığının limiti 0,2 min manat, kənd PŞ-lərində isə 0,1 min manatdan artıq olmamaq şərti ilə təyin edilir;

2.1.5.6. MO tərəfindən müəyyən olunmuş növbətçi PŞ-nin kassalarının nağd pul qalığı limitləri 2.1.5.4-cü və 2.1.5.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məbləğin 2 (iki) mislinə qədər təyin edilə bilər.

2.1.6. PM-lər bankların işləmədiyi istirahət və bayram günlərində, həmçinin axşam kassalarının işləmədiyi günlərdəəlavə mühafizə tədbirləri görməklə mədaxil əməliyyatlarından toplanmış limitdən artıq nağd pul qalığını BK-də saxlaya bilər və bu BK-nin limit pozuntusu hesab edilmir.

2.1.7. PM-lərin banklardakı cari hesabında olan vəsaitlərdən yalnız pul baratı əməliyyatlarının və digər tranzit vəsaitlərin təyinatı üzrə ödənişi aparılır. Bu vəsaitlərin istismar xərclərinin ödənilməsinə, həmçinin pul baratı və tranzit vəsaitlərinə aid olmayan digər istiqamətlərə yönəldilməsinə yol verilmir.

PM-lər əməliyyat aparılan tarixə yalnız əldə etdiyi gəlir həcmində BK-dəkı nağd pullardan əməkhaqqı, əməkhaqqına bərabər tutulan cari ödənişlər və müəssisənin normal fəaliyyəti üçün zəruri olan digər ödənişləri həyata keçirə bilərlər.

İtirilmiş, oğurlanmış və ya kənar şəxsə verilmiş poçt göndərişlərinin, onların çatışmayan və zədələnmiş hissələrinin, o cümlədən vaxtında çatdırılmamış poçt göndərişləri rüsumlarının ödənişi PM-lər tərəfindən müştərilərin arzusu nəzərə alınmaqla istənilən PŞ-dən pul baratı vasitəsilə həyata keçirilir.

2.1.8. Kənd PŞ-lərinə göndərilmiş köməkçi nağd pulların ödənilməyən hissəsinin həmin gün PM-in BK-nə geri qaytarılması, obyektiv səbəblərdən mümkün olmadıqda, nağd pul (1,0 min manatdan artıq olmamaq şərti ilə) PM-in rəhbərliyinə məlumat verilməklə PŞ-də yanmayan seyfdə 1 gün müddətində saxlanıla bilər.

2.1.9. Kassanın limitindən artıq nağd pul qalıqlarının BK-yə göndərilməsi, həmçinin BK-dən PŞ-lərə köməkçi nağd pulların sifariş edilməsi üzrə məlumat mübadiləsinin məxfiliyini təmin etmək məqsədi ilə PM tərəfindən PŞ-lər üçün xüsusi kod müəyyənləşdirilir. Kodlar, onlardan istifadə olunması əmrlə həvalə edilmiş işçilərdə müvafiq qaydada məxfi saxlanılır və PM-in digər işçilərinə, habelə kənar şəxslərə bildirilmir.

PM rəhbərinin sərəncamı ilə istifadədə olan kod ildə bir dəfə, zərurət yarandıqda isə dərhal dəyişdirilir.

Kodlaşdırılmış bildirişlərdə PM-in adı, şöbə rəisinin (müavinin) soyadı, göndəriləcək və ya tələb olunacaq vəsaitin məbləğinin kodla şərti adı və brezent çantanın nömrəsi göstərilir.

2.2. Nağd pul vəsaitinin qəbulu və kassanın mədaxil sənədlərinin rəsmiləşdirilməsi

2.2.1. Poçt xidmətlərinin haqqını əvvəlcədən avans köçürməklə ödəmək istəyən müştərilər müvafiq məbləği PM-in bankda olan cari hesabına köçürürlər. Köçürülmüş pul vəsaiti PM-in hesabına daxil olduqdan sonra hesaba daxil olmuş pulun məbləği müəssisənin mühasibatlığı tərəfindən avans kitabçasına (Əlavə1) yazılır, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq gerbli möhürlə təsdiqlənir və xidmətlərdən istifadə edərkən PŞ-lərə təqdim etmək üçün müştəriyə verilir.

2.2.2. PM-lər nağd pul məbləğlərini banklardan çek kitabçası vasitəsilə alırlar. Çek PM-in pul alacaq işçisinə, çek kitabçasının kötüyündə imza etdirməklə verilir. Çeklər yalnız BK-nin rəisinin (əməliyyatçısının) adına yazılır.

2.2.3. PM-in mühasibatlığı bankdan alınmış nağd pul vəsaitinin BK-yə mədaxil edilməsi üçün F.KƏ-1 kassa mədaxil orderi (Əlavə 2) tərtib edərək, BK-yə verir.

2.2.4. Kassa mədaxil orderləri BK-yə verilənə qədər mühasibatlıqda F.KƏ-3a (Əlavə 3) jurnalında qeydiyyatdan keçirilir.

2.2.5. F.KƏ-1 kassa mədaxil orderləri aydın və dəqiq yazılmalıdır. Bu sənədlərdə heç bir pozuntuya və ya düzəlişə yol verilmir.

Kassa mədaxil orderləri ilə pullar yalnız onlar tərtib edilən gün qəbul edilir.

2.2.6. BK-nin rəisi (əməliyyatçısı) kassa mədaxil orderlərini alarkən, mədaxil orderlərində müəssisənin rəhbərinin və baş mühasibinin imzasının mövcudluğunu, onun düzgün tərtib edilməsini və əlavələrin tam olmasını yoxlayır.

     Göstərilən tələblərə tam əməl edilməzsə, kassa mədaxil orderi düzgün tərtib edilmək üçün geri qaytarılır.

2.2.7. Kassa mədaxil orderləri yoxlanıldıqdan və pullar mədaxil olunduqdan sonra, orderlər BK-nin rəisi   (əməliyyatçısı)   tərəfindən    imzalanır, ona əlavə edilmiş sənədlərə, o cümlədən PŞ-lərdən limitdən artıq nağd pulun göndərildiyi F.16 qaimələrinin birinci nüsxələrinə çantanın təhvil alınmasına dair imza edilir, təqvim ştempeli vurulur, F.RN-4 müşayiət məktubuna (Əlavə 4) isə tarix göstərilməklə müvafiq ştamp vurulur.

2.3. Nağd pul vəsaitinin məxarici və kassa məxaric sənədlərinin rəsmiləşdirilməsi

2.3.1. PM-in BK-dən nağd pul F.KƏ-2 (Əlavə 5) kassa məxaric orderləri ilə verilir. Nağd pul lazımi qaydada tərtib edilmiş sənədlərin (ödəniş cədvəlləri, pul verilməsi barədə ərizələr, hesablar və s.) ümumi məbləği üçün bir kassa məxaric orderi tərtib edilərək verilə bilər. Pulun verilməsinə dair sənədlər müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır.

2.3.2. İstismar - təsərrüfat xərcləri üçün təhtəlhesab şəxslərə   kassa məxaric orderi ilə nağd pullar yalnız PM-lərin BK-dən verilir.

BK-dən kassa məxaric orderi ilə nağd pul almış təhtəlhesab şəxslər müəssisənin mühasibatlığına hesabat təqdim etməlidirlər. Hesabata təhtəlhesab şəxs tərəfindən alınmış pulun xərclənmiş hissəsini təsdiq edən sənədlər əlavə edilir.

Təhtəlhesab şəxs tərəfindən alınmış pulların xərclənmiş hissəsi üçün hesabat və xərclənməmiş məbləğ, müəyyən edilmiş vaxt qurtardıqdan sonra 3 iş günü ərzində PM-in BK-nə təhvil verilir.

PM-lər tərəfindən, təhtəlhesab şəxslərə nağd pul əməliyyat, təsərrüfat, istismar və xidməti ezamiyyət xərcləri üçün   verilir.

Təhtəlhesab şəxs tərəfindən həmin pulun digər şəxsə verilməsi qadağandır.

Təhtəlhesab şəxslərə nağd pul əvvəllər bu məqsəd üçün verilmiş məbləğlərə dair hesabat təqdim edildikdən sonra verilir.

2.3.3. BK-dən nağd pul verilərkən,   alıcının şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Şəxsiyyəti təsdiq edən sənədin məlumatları, (sənədin adı, nömrəsi, kim tərəfindən və nə vaxt verildiyi) kassa məxaric   orderində qeyd edilir. Alıcı məbləği yazı ilə göstərərək imza edir.

2.3.4.Müəssisənin ştat cədvəlində olmayan şəxslərə birdəfəlik işlərin, xidmətlərin görülməsi üçün pul hər bir şəxs üçün ayrıca yazılmış kassa məxaric orderləri ilə verilir. Əgər pul   müəyyən olunmuş qaydada etibarnamə ilə verilirsə, mühasibatlıq kassa məxaric orderinin     mətnində pulu alan şəxsin soyadından, adından və atasının adından sonra, pulu almaq   etibar edilmiş şəxsin soyadını, adını   və atasının adını qeyd edir. Pul cədvəl ilə verilirsə, pulun alınması barədə imza etdirməzdən əvvəl, kassir cədvələ “Etibarnamə ilə” sözlərini yazır, etibarnamə kassa məxaric orderinə və ya cədvələ əlavə olunur.

2.3.5. Ödəniş cədvəlinin titul vərəqində müəssisənin rəhbəri və baş mühasibi imza edir, pulun verilməsi müddəti və ödəniləcək məbləğ həm rəqəmlə, həm də yazı ilə göstərilir.

2.3.6. Əməkhaqqı, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya, mükafat və s. ödəniş cədvəllərində göstərilən müddətlərdə aparılmadığı hallarda, BK-nin rəisi (əməliyyatçısı) tərəfindən sənədlər aşağıdakı qaydada rəsmiləşdirilir:

2.3.6.1. ödəniş cədvəlində əməkhaqqını, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinəti, pensiyanı, mükafatı və s. almamış şəxslərin soyadının qarşısında “deponent edilmiş” ştampı vurulur, yaxud bu sözlər yazı ilə göstərilir;

2.3.6.2. “deponent edilmiş” məbləğlərin siyahısı tutulur və mühasibatlığa təqdim olunur;

2.3.6.3. hər bir cədvəlin sonunda əməkhaqqı, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya və mükafat şəklində faktiki hansı məbləğdə pul ödənildiyini və alınmayıb deponent edilməli olan məbləği qeyd etməli, bu məbləğləri ödəniş cədvəli üzrə ümumi yekunla tutuşdurmalı və qeydini öz imzası ilə təsdiqləməlidir; pulu müəssisə rəhbərinin əmri ilə başqa şəxs veribsə, cədvəlin üzərinə əlavə olaraq “Cədvəl üzrə pulları ödədi” qeydi yazılır, ödəyənin soyadı və vəzifəsi göstərilərək imza edilir; eyni cədvəl üzrə ödəniş yalnız bir kassir tərəfindən aparılır;

2.3.6.4. F.KƏ-4 kassa kitabına (Əlavə 6) faktiki ödənilmiş məbləği yazmaqla, cədvəlin üzərinə nömrəsi göstərilməklə “Məxaric edilmişdir” ştampı vurulmalı və ya həmin qeyd yazı ilə göstərilməlidir.

2.3.7. Tabeçiliyində çoxsaylı şöbələr, sexlər, sahələr olan PM-lərdə müəssisə rəhbərinin əmri ilə əməkhaqqı, iş qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, pensiya və mükafatların ödənişi həmin şöbə (sex, sahə) rəislərinə həvalə edilə bilər. Bu ödənişlər plastik kartlar vasitəsilə də aparıla bilər.

Qeyd olunan ödənişlərin aparılması həmin ödənişləri hesablayan işçilərə həvalə edilə bilməz.

2.3.8. Ödəniş sənədlərinin həmin sənədlər üzrə pulu almalı olan şəxslərə verilməsi qadağandır.

Kassa məxaric orderləri ilə pul, yalnız onların tərtib olunduğu gün verilir.

2.3.9. Kassa məxaric orderi mühasibatlıq tərəfindən mürəkkəblə və ya diyircəkli qələmlə dəqiq və aydın tərtib olunmalı, yaxud kompüterdə yazılmalıdır. Bu sənədlərdə pozuntuya və düzəlişlərin aparılmasına yol verilmir.

Kassa məxaric orderinə onun tərtibi üçün əsas verən sənədlər əlavə edilir. Məxaric orderləri kassaya verilənə qədər mühasibatlıqda   F.KƏ-3a jurnalında qeydiyyatdan keçirilir.     

 2.3.10. BK-nin rəisi (əməliyyatçısı) pulun verilməsinə dair sənədləri alarkən, onların düzgün tərtib edilməsini, müəssisənin rəhbərinin və baş mühasibin imzasını və sənəddə istinad olunmuş əlavələrin olmasını yoxlayır. Bu tələblərə tam əməl edilmədikdə kassir sənədləri mühasibatlığa qaytarır.

Kassir, kassa məxaric orderləri üzrə pul verdikdən dərhal sonra onları imzalayır, bu orderlərə əlavə edilmiş sənədlərə isə «Ödənildi» sözü həkk edilmiş ştamp vurur, yaxud həmin sözü   və tarixi (gün, ay, il) yazı ilə göstərir.

2.4. BK-nin limitdən artıq nağd pul qalıqlarının təhvil verilməsi

2.4.1. PM-lər BK-də kassa limitindən artıq qalan nağd pulları, müəssisənin cari hesabına daxil edilmək üçün banklara təhvil verirlər.

Kassanın limitindən artıq nağd pul qalığının inkassasiya olunması bu Qaydaların “PM-lərdə inkassasiya işinin təşkili” bölməsinə uyğun həyata keçirilir.

2.4.2. BK-nın limitdən artıq nağd pul qalıqları banka təhvil verilmək üçün qablaşdırılmazdan əvvəl 2 nəfərin iştirakı ilə sayılır, surətçıxaran kağızla 3 nüsxədən ibarət müşayiət cədvəli (Əlavə 7) tərtib edilir və pulun sayılmasında iştirak edən işçilər tərəfindən imzalanır. Müşayiət cədvəlinin hər 3 nüsxəsinin arxa tərəfində göndərilən nağd pulların ümumi məbləği göstərilməklə əskinasların siyahısı surətçıxaran kağızdan istifadə etməklə yazılır. Müşayiət cədvəlinin sıra nömrəsi ay üzrə aparılır. Müşayiət cədvəlinin 1-ci və 2-ci nüsxələri çantaya (brezent kisəyə) qoyulur. Çanta bağlanır və poçt müəssisəsinin adı həkk olunmuş aydın oxunan surğuc möhürü ilə möhürlənir və ya plomblanır. Müşayiət cədvəlinin 3-cü nüsxəsi pul sənədləri ilə birlikdə PM-də qalır.

Çantanın ünvan yarlığında nömrə kəsrlə yazılır, surətdə müşayiət cədvəlinin nömrəsi, məxrəcdə çantanın nömrəsi, PM-in adı, çantanın çəkisi və haraya göndərildiyi göstərilir. Ünvan yarlığı müşayiət cədvəlini imzalayan şəxslər tərəfindən imzalanır.

Bundan sonra, çantanın ünvan yarlığında yazılan nömrəsi və çəkisi göstərilməklə 2 nüsxədən ibarət F.16 qaiməsi tərtib olunur və təqvim ştempeli ilə təsdiq edilərək, bu Qaydaların “PM-lərdə inkassasiya işinin təşkili” bölməsinin müvafiq bəndlərinin tələblərinə riayət edilməklə banka göndərilir.

2.4.3. Bankın kassiri çantaları PM-in nümayəndəsinin yanında açır və pulları onun iştirakı ilə sayır.

Pulun artıq olması və ya çatışmaması aşkar edildikdə müvafiq akt tərtib olunur (əlavə 7a). Bankın kassiri müşayiət cədvəlinin 1-ci nüsxəsini təsdiqləyərək, PM-in kassirinə verir.

2.4.4. BK-nin iş rejimi və avtomaşının marşrutu nağd pulların banka həmin gün təhvil verilməsi imkanı nəzərə alınmaqla   tərtib olunur. Bu mümkün olmadıqda pullar bankın axşam kassalarına təhvil verilir.

2.4.5. BK-nin rəisi (əməliyyatçısı) banka təhvil verilmiş nağd pulların qəbuluna dair bankın verdiyi qəbzdə göstərilən məbləği F.KƏ-4 kassa kitabında məxaricə yazır və hesabatla birlikdə mühasibatlığa təhvil verir. Mühasibatlıq öz növbəsində nağd pul məbləğinin müvafiq hesaba vaxtında daxil olmasına nəzarət edir və hesabatda göstərir.

2.4.6. PŞ-lərdən göndərilən, içərisində limitdən artıq nağd pullar olan brezent çantalara dair verilən kodlaşdırılmış məlumatları PM-də qəbul edən işçi, onları F.RN-44 arayışına (Əlavə 8) yazır və bu arayışa əsasən çantaların daxil olmasına nəzarət edir. PŞ-lərdən daxil olmuş çantalar açılmamışdan əvvəl, onların çəkisi, xarici görünüşü, surğuc möhürünün (plombun) və ipin bütövlüyü yoxlanılır. Göstərilənlərlə bağlı çatışmazlıqlar olmadıqda, çantalar iki nəfərin iştirakı ilə açılır (Bu zaman möhür və ya plomb zədələnməməlidir), içərisindəkilər F.RN-4 müşayiət məktubu ilə üzləşdirilir, sayılır, üzləşdirmə zamanı fərq olmadığı halda F.KƏ-4 kassa kitabında mədaxilə yazılır.

Əgər üzləşdirmə zamanı fərq aşkar edilərsə, bu barədə akt tərtib olunur, PŞ-nin rəisi və ya rəis müavini dəvət edilir, müəyyən olunmuş qaydada araşdırma aparılır, F.KƏ-4 kassa kitabında faktiki daxil olmuş pullar mədaxilə yazılır.

2.5. Köməkçi nağd pulların PŞ-lərə göndərilməsi üçün hazırlanması

2.5.1. PŞ-lərə köməkçi nağd pulların göndərilməsi üçün kodlaşdırılmış sifarişləri PM-in rəis müavini (istismar üzrə mühəndisi) və ya əmrlə həvalə olunmuş məsul şəxs qəbul edir, 2 nüsxədən ibarət F.RN-45 sərəncam blankına surətçıxaran kağızdan istifadə etməklə yazır (Əlavə 9). Sərəncamın 1-ci və 2-ci qrafaları doldurulur, bütün sifarişlər yazıldıqdan sonra, 2-ci qrafa üzrə tələb edilən nağd pulların cəmi hesablanır, 3-cü qrafada isə hər bir sifariş üzrə göndərilmək üçün hazırlanmış məbləğ yazılaraq yekun vurulur. Sərəncam onu tərtib edən şəxs tərəfindən imzalanır və PM-in rəhbəri tərəfindən təsdiqlənir.

2.5.2. Göndərilmək üçün təsdiq edilmiş məbləğə dair F.KƏ-2 kassa məxaric orderi yazılır və sərəncamın hər iki nüsxəsi ilə birlikdə icra olunmaq üçün PM-in BK-nə verilir.

2.5.3. BK-nin rəisi (əməliyyatçısı) tərəfindən sərəncama əsasən ödənişləri təmin etmək üçün PŞ-lərə göndərilməli olan köməkçi nağd pullar eyni nominalla 100 vərəq dəst halında, üz tərəfi yuxarı eyni istiqamətdə olmaqla formalaşdırılır və kağız lentlə əskinasın eninə banderollanır. Banderolda poçt müəssisəsinin adı, nağd pulun nominal dəyəri, məbləği, bağlanma tarixi, həmçinin nağd pulu formalaşdıran kassirin (əməliyyatçının) soyadı və imzası olmalıdır. Göndəriləcək köməkçi nağd pullar üçün 3 nüsxədən ibarət F.RN-4 müşayiət məktubu tərtib olunur. Göndəriləcək əskinaslar F.RN-4 müşayiət məktubunun arxa tərəfində adbaad yazılır. F.RN-4   müşayət məktubu   kassir, həmçinin bu prosesdə iştirak etmiş ikinci işçi tərəfindən imzalanır.

2.5.4. Tam bağlamalar formalaşdırmaq mümkün olmayan nağd pulun ayrı-ayrı dəstləri eyni və ya müxtəlif dəyərli nağd pulların yarımçıq bağlamalarında yığıla bilər. Bu bağlamalardakı nağd pul əskinaslarının sayı 1000-dən çox olmamalıdır.

2.5.5. Müxtəlif dəyərli nağd pul kötüklərindən formalaşdırılmış bağlamaların üzərində hər bir dəyərdən olan əskinasların ayrı-ayrılıqda sayı, məbləği göstərilir və “Yığma” sözü qeyd olunur. Yarımçıq və yığma pul bağlamaları bu Qaydalarda müəyyən olunmuş şəkildə bağlanılır.

2.5.6. Köməkçi nağd pullar F.RN-4 müşayiət məktubunun 1-ci və 2-ci nüsxələri ilə birlikdə çantaya qoyularaq bağlanır. Çantaların ünvan yarlığında kəsrlə F.RN-4 müşayiət məktubunun və çantanın nömrəsi, çantanın göndərildiyi PŞ-nin adı, çantanın çəkisi və pulu göndərən PM-in adı göstərilir.

2.5.7. Köməkçi nağd pulların göndərilməsi üçün hazırlanmış hər bir çanta üçün 2 nüsxədən ibarət F.16 qaiməsi tərtib edilir. Qaimədə çantanın birkasına uyğun olaraq, onun nömrəsi və çəkisigöstərilir. Qaimələrin əsli çanta ilə birlikdə PŞ-yə göndərilir, surəti isə F.RN-4 müşayiət məktubunun 3-cü nüsxəsi ilə birlikdə BK-nin sənədlərinə əlavə edilir. F.RN-4 məktubları və F.16 qaimələri rüb üzrə ardıcıl olaraq  nömrələnir.    

Daha sonra kassir pulların göndərilməsinə dair F.RN-45 sərəncamının hər iki nüsxəsinin 4-cü qrafasında hər bir PŞ üzrə F.RN-4 müşayiət məktubunun və çantaların nömrələrini yazır.

Sərəncamın 1-ci nüsxəsi kassa məxaric orderi və sənədlərlə birlikdə BK-də qalır, 2-ci nüsxə isə çantaların PŞ-lərə çatmasına nəzarət etmək üçün, sərəncamı tərtib edən şəxsə verilir.

2.5.8. İçərisində pul olan brezent çantalar üçün BK-nin rəisi (əməliyyatçısı) 2 nüsxədən ibarət ümumi F.16 qaiməsi tərtib edir. Qaimədə PŞ-lərin adları, çantaların nömrələri (kəsrin surətində müşayiət məktubunun, məxrəcində isə çantanın nömrəsi) göstərilir. Brezent çantalar F.16 ümumi qaiməsinin 2-ci nüsxəsində imza etdirməklə, inkassatora (müşayiətçiyə) verilir. PŞ-də ödənişləri təmin etmək üçün göndərilməli olan köməkçi nağd pulun BK-dən bilavasitə şöbə rəisinə verilməsi qəti qadağandır.

Qaimənin 2-ci nüsxəsi, sərəncam və F.RN-4 müşayiət məktubunun      3-cü nüsxəsi kassa sənədləri ilə birlikdə BK-də saxlanılır.

2.5.9. PM rəisinin müavini (istismar üzrə mühəndisi) və ya pulların göndərilməsi üçün kodlaşdırılmış sifarişlərin qəbulu və sərəncamların tərtibi həvalə olunmuş şəxs PŞ-lərdə pul məbləğlərinin alınmasına və brezent çantaların hərəkətinə nəzarət etməlidirlər. Bu məqsədlə onlar PŞ-lərdən təsdiqləyici məlumatlar alındıqdan sonra F.RN-45 sərəncamında pulların alınması tarixinə dair qeydlər yazaraq, imza edirlər.

2.5.10. Pul baratlarının, pensiya və müavinətlərin ödənişini təmin etmək məqsədi ilə PŞ-lərə göndərilmək üçün PM-lərin müvafiq bankdan götürəcəyi 1 günlük nağd pulun miqdarı müəyyənləşdirilərkən aşağıdakılara əməl edilməlidir:

2.5.10.1. Banklardan nağd pullar alınarkən, həmin gün üçün PM-in BK-də olan nağd pulun məbləği və həmin gün üçün tələbat nəzərə alınmaqla, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzləri (ƏƏSM) tərəfindən köçürülmüş birdəfəlik pul vəsaiti bankdan hissə-hissə götürülməlidir;

2.5.10.2. Köməkçi nağd pullar PŞ-lərə göndərilərkən:

2.5.10.2.1. ştatında bir və ya iki işçisi olan PŞ-lərə ödəniş üçün göndərilən gündəlik köməkçi nağd pulların məbləği 3,0 min manatdan artıq olmamalıdır;

2.5.10.2.2. Ştatında iki nəfərdən artıq işçisi olan PŞ-lərə ödəniş üçün göndərilən gündəlik köməkçi nağd pulların məbləği hər bir işçi üçün iki çatdırma norması (kənd PŞ-ləri - 800x2=1600 manat, şəhər PŞ-ləri-1000x2=2000 manat) nəzərə alınmaqla müəyyən edilir.          

PŞ-lərə göndərilmək üçün hazırlanmış, içərisində pullar olan brezent çantalar BK-nin ambarında, yanmayan seyfdə təhlükəsizliyi təmin olunmaqla saxlanıla bilər. Ertəsi gün brezent çantalar təyinatı üzrə göndərilmək üçün bu Qaydaların 2.5.8-ci bəndində nəzərdə tutulan qaydada inkassatora (müşayiətçiyə) təhvil verilir. Çantaların içərisindəki məbləğ, F.KƏ-4 kassa kitabında həmin çantaları göndərilmək üçün təhvil verildiyi tarixdə məxaricə yazılır.

Belə hallarda F.RN-4 müşayiət məktubunda və daxili F.16 qaimələrində çantaların bağlandığı tarix, F.16 ümumi qaiməsində isə çantaların BK-dən faktiki olaraq verildiyi tarix göstərilir.

2.5.11. PM-in rəisi (rəis müavini) içərisində PŞ-yə göndərilən və ya PŞ-lərin kassalarının limitdən artıq olan nağd pulları qablaşdırılmış brezent çantaların BK-yə daxil olmasına, göndərilməsinə, təhvil verilməsinə sistematik olaraq nəzarət edir.

2.6. Kassa kitabının aparılması, nağd pul və digər qiymətlilərin saxlanılması

2.6.1. PM-lərin BK-lərində nağd pulların dövriyyəsi vərəqləri nömrələnmiş, iplə bağlanmış və gerbli möhürlə möhürlənmiş bir F.KƏ-4 kassa kitabında aparılır.

Kassa  kitabının vəqərlərinin əsli və surəti eyni nömrə ilə   nömrələnir. Vərəqlərin sayı PM-in rəhbəri və baş mühasibinin imzaları ilə təsdiqlənir.

Kassa   kitabında yazılışlar diyircəkli gələmlə, surətçıxaran kağız qoyulmaqla aparılır. Kassa kitabının vərəqlərinin surəti kəsilmə xətti ilə kitabdan ayrılır və BK rəisinin (əməliyyatçısının) mühasibatlıq   qarşısında hesabat sənədi sayılır.

Kassa kitabında pozuntu və ya düzəlişlərin aparılması qadağandır. İstisna hal kimi, səhvə yol verildikdə, hər iki nüsxədə səbəbi göstərilməklə düzəliş aparıla bilər. Bu halda aparılmış qeyd (Düzəlişin düzgünlüyünü təsdiq edirik) kassirin və baş mühasibin imzaları ilə təsdiq edilir.

2.6.2. BK üzrə əməliyyatların və F.KƏ-4 kassa kitabının aparılması BK-nin rəisinə (əməliyyatçısına) və ya PM rəhbərinin əmri ilə digər işçiyə həvalə edilə bilər.

2.6.3. Nağd pul və digər qiymətlilərin qorunması üçün məsul olan və qiymətlilərlə işləyən şəxslər müvafiq möhürlər, plombirlər və adlı ştamplar ilə təchiz olunurlar.

2.6.4. Hər bir order üzrə nağd pul qəbul olunduqda və ya verildikdə BK-nin rəisi (əməliyyatçısı) aparılmış əməliyyatı dərhal F.KƏ-4 kassa kitabına yazır.

2.6.5.BK-nin rəisi (əməliyyatçısı) hər iş gününün sonunda gün ərzində F.KƏ-4 kassa kitabına yazılan   mədaxil və məxaric əməliyyatlarının yekununu hesablayır, ertəsi gün üçün kassanın nağd pul qalığını çıxarır, kitabın vərəqinin birinci nüsxəsinə kassanın mədaxil və məxaric sənədlərini əlavə edir, vərəqin ikinci nüsxəsində imza etdirməklə hesabatı mühasibatlığa təhvil verir.

2.6.6. Kassa kitabının, kassa əməliyyatlarının və sənədlərinin düzgün aparılmasına baş mühasib tərəfindən nəzarət edilir.

Kassa sənədlərini imzalamaq hüququna malik olan mühasiblərə (digər işçilərə) kassir vəzifəsi həvalə edilə bilməz.

2.6.7. Kassa məxaric orderi və digər sənədlər üzrə kassadan verilmiş nağd pul (əməkhaqqı, müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət, pensiya, mükafat, o cümlədən digər ödənişlər), onu alanın imzası ilə təsdiqlənməmişsə, həmin sənədlər kassa üzrə pulun məxarici üçün əsas sənəd kimi qəbul olunmur. Bu halda, ödənilmiş məbləğ kassa çatışmazlığı sayılır və bərpası kassir tərəfindən müvafiq qaydada dərhal təmin edilir. Kassa mədaxil orderi ilə   təsdiqlənməmiş nağd pul, kassada artıq pul kimi sayılır və müfəssəl araşdırmadan sonra   kassaya mədaxil edilir.

2.6.8. PM-lərin rəhbərləri nağd pulların kassada saxlanılması, bankdan alınması, təhvil verilməsi və PŞ-yə göndərilməsi zamanı onların etibarlı mühafizəsini təmin etməyə cavabdehdirlər.

2.6.9. BK-nin yerləşdiyi otaq mütləq qaydadadigər iş otaqlarından təcrid olunmalı və yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir. Kassa ayrıca otaqda yerləşdirilməli, əməliyyat zamanı qapı içəri tərəfdən bağlanılmalıdır. Kassanın yerləşdiyi otağa onun işi ilə əlaqəsi olmayan işçilərin daxil olması, əməliyyat zamanı açarları seyflərin və digər saxlanc yerlərinin üstündə saxlamaq qadağandır.

Nağd pulların, içərisində PŞ-lərdən daxil olmuş və ya PŞ-lərə göndərilmək üçün hazırlanmış pullar olan brezent çantaların ayrıca olaraq saxlanılması üçün BK-də yanmayan seyflər, digər poçt qiymətlilərinin saxlanılması üçün isə dəmir şkaflar qoyulmalıdır.

Bunlardan əlavə:

2.6.9.1. gündəlik nağd pul dövriyyəsindən asılı olmayaraq, BK-lər daxili işlər orqanlarının və digər (Rayon Telekommunukasiya qovşağının, Hərbiləşdirilmiş Mühafizə idarəsinin) idarəetmə pultlarına qoşulmaqla xüsusi səs və ya siqnal qurğuları və yanğın siqnalizasiyaqurğuları ilə təchiz olunmalıdır;

2.6.9.2. gündəlik nağd pul dövriyyəsi 20,0 min manatdan artıq olan BK-lər silahlı mühafizə ilə təmin olunmalıdır;

2.6.9.3. gündəlik nağd pul dövriyyəsi 30,0 min manatdan artıq olan BK-lər isə 2.6.9.1-ci və 2.6.9.2-ci yarımbəndlərdə göstərilənlərdən əlavə, gün ərzində videoməlumatların yazılışının arxivləşməsini təmin edən            videomüşahidə qurğuları ilə təchiz olunmalıdır.

2.6.10. PM-lərdə nağd pul məbləğlərini saxlamaq üçün anbarların qapıları dəmirdən düzəldilir və ya taxta qapılara dəmirdən üzlük çəkilir, qapı və pəncərələrdə dəmir barmaqlıqlar quraşdırılılır və digər zəruri təhlükəsizlik tədbirləri görülür. BK-nın iş vaxtı qurtardıqdan sonra siqnal və digər qurğular qoşulur, anbar daxili və asma qıfıllar ilə bağlanır.

Kassada müəssisəyə məxsus olmayan nağd pul və başqa qiymətlilərin saxlanması qadağan edilir.

2.6.11. İş günü qurtardıqdan sonra kassa və digər qiymətlilərin qalığı yoxlanılır, siqnal və digər qurğular qoşulur, açarlardan biri məsul şəxsdə saxlanılmaqla anbarlar nəzarətçi şəxslərin birinin iştirakı ilə daxiliaçarla və asma qıfılla bağlanır, nəzarət möhürü ilə möhürlənir və ya plomblanır.

 Müəssisənin anbarında yerləşən seyflər, dəmir şkaflar nəzarət möhürü ilə möhürlənir. Möhürlər və açarlar BK-nin rəisində (əməliyyatçıda) saxlanır. Ambar və BK bağlanmazdan əvvəl siqnal qurğuları qoşulur, seyflərin, dəmir şkafların, pəncərələrin bağlı olması, işığın və başqa qurğuların söndürülməsi yoxlanılır.

 2.6.12. BK-nin, anbarların, seyflərin, PŞ-lərin pul saxlanan yerlərinin açarlarının ehtiyat nüsxələri, onlara dair tərtib edilmiş siyahıların birinci nüsxələri ilə birlikdə xüsusi zərfə qablaşdırılır, üzü parça ilə tikilir, BK rəisinin (əməliyyatçısının) nəzarət möhürü ilə möhürlənir və saxlanılmaq üçün PM-in rəhbərinə verilir. Siyahının ikinci nüsxəsi BK-nin rəisində (əməliyyatçıda) qalır.

PM-lərin rəhbərləri və digər maddi məsul şəxslər qiymətlilərin saxlandığı ambarların açarlarını, həmçinin surğuc və nəzarət möhürlərini, həmin açarlardan və möhürlərdən iş və qeyri-iş vaxtı kənar şəxslərin istifadə etməməsini təmin etməklə saxlayırlar.

Pul saxlanan yerin açarı itdikdə və ya yararsız hala düşdükdə, akt tərtib edilməklə dərhal kilidin özü və ya kodu dəyişdirilir. Açarların itirilməsində təqsiri olan şəxslər intizam məsuliyyətinə cəlb edilirlər.

2.6.13. Anbarlar və seyflər onların bağlanmasında iştirak edən şəxslər tərəfindən açılır. BK, anbarlar və seyflər açılmamışdan əvvəl BK-nin rəisi (əməliyyatçısı) qıfılların, qapıların, pəncərə barmaqlıqlarının və möhürlərin bütövlüyünü yoxlamalıdır. Möhürlər qoparılmamalı,   iplə birlikdə kəsilməlidir. Saxlanc yerləri yoxlandıqdan sonra heç bir qüsur aşkar edilməzsə, möhürlər məhv edilir.

2.6.14. Möhürün zədələnməsi və ya qoparılması, qıfılın, qapının, pəncərə barmaqlıqlarının sındırılması hallarında, dərhal bu haqda PM-in rəhbərinə və polis orqanlarına məlumat   verilir. Belə hallarda PM-in rəhbəri, baş mühasibi, həmçinin BK-nin rəisi (əməliyyatçısı) polis orqanlarının iştirakı ilə hadisənin səbəblərinin araşdırılmasını, anbarda saxlanılan pul məbləğlərinin və digər qiymətlilərin düzgünlüyünün yoxlanmasını təmin edirlər. Yoxlama başa çatanadək kassa əməliyyatları aparılmır. Yoxlamanın nəticəsi, yoxlamada iştirak edənlər tərəfindən imzalanmış üç nüsxədən ibarət aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi polis orqanlarına, digəri PM-in tabe olduğu baş idarəyə göndərilir, üçüncü nüsxəsi isə PM-də saxlanılır.

2.6.15. Əgər gözlənilməz hallar ilə əlaqədar anbarı açmaq zərurəti ortaya çıxarsa və onun bağlanmasında iştirak edən şəxslər orada olmazlarsa, bu zaman anbar PM rəhbərinin əmri ilə üç nəfərdən ibarət təşkil edilmiş komissiya tərəfindən ehtiyat açarlarla açılır və orada olan nağd pullar, pul sənədləri və digər qiymətlilər yoxlanılır.

2.6.16. BK-nin rəisi (əməliyyatçısı) kassaya qəbul edilmiş pul məbləğlərinin və qiymətlilərin tam mühafizəsinə görə, həmçinin onun səhlənkarlığı, ehtiyatsızlığı və ya düşünülmüş hərəkətləri nəticəsində PM-ə dəyən hər hansı bir ziyan üçün məsuliyyət daşıyır.

2.6.17. BK rəisinin (əməliyyatçısının) işə qəbul olunması barədə əmr, onlarla fərdi qaydada maddi məsuliyyət haqqında müqavilə bağlandıqdan və xüsusi formada öhdəlik blankında (Əlavə10) imza etdirdikdən sonra verilir və onlar bu Qaydalarla tanış edilir.

2.6.18. PM-lərin BK-lərinin rəislərinə (əməliyyatçılarına) aşağıdakılar qəti qadağan edilir:

2.6.18.1. kassa əməliyyatları üzrə onlara həvalə edilmiş işlərin yerinə yetirilməsini başqa şəxslərə həvalə etmək;

2.6.18.2. şəxsi pullarını və başqa qiymətli əşyalarını PM-in pulları və qiymətli əşyaları ilə bir yerdə saxlamaq;

2.6.18.3. iş yerini müvəqqəti tərk edərkən nağd pulu və digər qiymətliləri, açarları, möhürləri, plombirləri, klişeləri, ştampları açıqda, seyfləri və dəmir şkafları isə açıq şəkildə qoymaq.

2.6.19. Növbəli iş rejimində işləyən PM-də BK-nin rəisi (əməliyyatçısı) kassanı digər kassirə təhvil verərkən mədaxil və məxaric sənədlərini kassa kitabına yazır, təhvil verilmə vaxtına kassanın qalığını çıxarır və nağd pul qalığı (pul sənədi) tarix və vaxt göstərilməklə təhvil verən və qəbul edənin imzaları ilə rəsmiləşdirilir.

Kassa kitabında əməliyyatlara dair növbəti qeydlər, kassanı qəbul edənin imzasından sonra yazılır.

BK-nin rəisinə (əməliyyatçısına) istirahət günləri verildikdə BK-nin təhvil-təslimi eyni qaydada rəsmiləşdirilir, növbəni təhvil verən BK-nin rəisi (əməliyyatçısı) gün ərzində aparılan əməliyyatların yekununu sayır və kassanın hesabatını mühasibatlığa təhvil verir.

Növbənin əməliyyatçısı nəzarətçi şəxslə birlikdə əməliyyat gününün axırında kassa kitabına yazılmış sənədlər əsasında kassanı yoxlayır.

2.6.20. BK-də növbələr arasında təhvil-təslim zamanı, pulların, qiymətlilərin təhvili üçün akt tərtib olunur.

2.6.21. BK-nın rəisinin (əməliyyatçısının) müvəqqəti əvəz edilməsi lazım gəldiyi hallarda (xəstəlik və s.), onun vəzifəsinin icrası PM rəhbərinin əmri ilə, tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmış və bu Qaydaların 10-cu əlavəsinə uyğun öhdəlik götürmüş başqa işçiyə həvalə edilir. Bu halda təhvil-təslim aşağıdakı qaydada aparılır:

2.6.21.1. kassada olan nağd pullar və digər qiymətlilər, təhvil götürən işçi tərəfindən PM-in rəhbərinin əmri ilə müəyyən edilmiş işçilərin iştirakı ilə dərhal sayılır;

2.6.21.2. pulların və digər qiymətlilərin təhvil verilməsi haqqında əmrlə müəyyən edilmiş şəxslərin imzası ilə iki nüsxədə akt tərtib olunur, aktın birinci nüsxəsi mühasibatlığa verilir, ikinci nüsxəsi isə istismar sənədlərinə tikilir.

2.6.22. BK-nin rəisi (əməliyyatçısı) kassada pul və digər qiymətlilərin, həmçinin onun tərəfindən bağlanıb hazırlanmış və üzərində imza edilmiş pul bağlılarında çatışmazlıqlar üçün maddi məsuliyyət daşıyır.

2.7. PM-lərdə dövlət poçt ödəniş nişanlarının (DPÖN) alınması, saxlanması və tabeli PŞ-lərin    DPÖN-lə təchiz edilməsi

2.7.1. PM-lərdə DPÖN (markalar, markalı zərflər və markalı poçt kartları)   və digər şərti qiymətlilərin alınması, saxlanması   və   yerlərə göndərilməsi   PM rəhbərinin əmri ilə BK-nin rəisinə (əməliyyatçısına) həvalə edilir.

2.7.2. PM-nin tabeliyindəki PŞ-lərin DPÖNilə fasiləsiz təchizatı üçün tələbat nəzərə alınmaqla PM-lərin BK-də ehtiyat DPÖNsaxlanılır.

DPÖN ehtiyatı PM-lərin BK-lərində yarımillik tələbata, PŞ-lərində isə 2 aylıq tələbata uyğun saxlanılır. DPÖN-lərPŞ-lərinin rəislərinin tələbnamaləri əsasında BK-dən göndərilir.           

PM-lər DPÖN ilə, müəyyən edilmiş standartlara uyğun olaraq “Azərmarka” şirkəti təmin edir.DPÖN-lərin növü barədə sifarişləri PM-lər verir. Verilmiş sifarişlərə əsasən “Azərmarka” şirkəti DPÖN-ləri PM-lərə göndərir və haqq-hesab müvafiq qaydada PM-lərlə aparılır.

 2.7.3. DPÖN “Azərmarka” şirkətindən PM-lərə daxil olduqda, kisələr PM-lərin BK-lərində açılır, sayılır və mədaxil edilir. BK-də DPÖN-lərin uçotu F-133 kitabı (Əlavə 11) üzrə aparılır.

2.7.4. PM-in ehtiyatında olan DPÖN paçkalara yığılaraq bağlanır. Növlər üzrə seçilmiş paçkalar yuxarıdan və aşağıdan karton üzlük qoyulmaqla sayılaraq möhkəm kağıza bükülür və bağlanır. Paçkanın yuxarı üzlük hissəsində PM-in adı, DPÖN-ün növü, nominalı, mövzusu, qiyməti, sayı, ümumi məbləği sözlə yazılır və bağlanma tarixi göstərilir. Hər bir paçka iplə bağlanıb PM-in nəzarət möhürü ilə möhürlənərək, onu sayan işçilər tərəfindən imzalanır. Markalı zərflər və markalı poçt kartları anbarda saxlanma şəraiti təmin edilməklə, markalar isə yanmayan seyflərdə və ya dəmir şkaflarda saxlanılır.

2.7.5. DPÖN PŞ-lərə qiymətli kisələrdə, qiymətli poçt göndərişləri üçün müəyyən olunmuş qaydada göndərilir.

PŞ-nin tələbnaməsi PM-in rəhbəri tərəfindən təsdiqləndikdən sonra, üç nüsxədən ibarət qaimə-faktura yazılır. Qaimədə DPÖN-ün növü, mövzusu, qiyməti, sayı və ümumi məbləği yazılır. Qaimənin 1-ci və 2-ci nüsxələri DPÖN ilə birlikdə qiymətli kisəyə qoyularaq PŞ-yə göndərilir.

2.7.6. PŞ-lərin BK-lərində ildə iki dəfə DPÖN qalığının inventarizasiyası aparılır. İnventarizasiya zamanı DPÖN paçkaları açılır və sayılır, nəticəsi haqqında akt tərtib olunur və F.133 kitabında müvafiq qeyd aparılır.

2.8. Kassanın təftişi və kassa intizamına riayət edilməsinə nəzarət

2.8.1. PM-lərdə ayda bir dəfədən az olmayaraq müəssisənin rəhbəri tərəfindən əmrlə müəyyən olunmuş vaxtda BK-də olan pulların və qiymətlilərin   sayılması şərti ilə qəfləti təftişi aparılır.

Qəfləti təftiş aparılması üçün PM rəhbərinin əmrinə əsasən komissiya yaradılır. Qəfləti təftiş zamanı pullar və qiymətlilər   sayılmaqla aşağıdakılar müəyyənləşdirilir:

2.8.1.1. əskinasların, o cümlədən bağlılara yığılmış pulların, həmçinin metal pulların sayı və məbləği;

2.8.1.2. sayılmış nağd pulların, F.KƏ-4 kassa kitabı üzrə qalıqlara uyğunluğu;

2.8.1.3. DPÖN və digər qiymətlilərin uçot kitablarında və mühasibatlığın sənədlərində göstərilən qalıqlara uyğunluğu.

BK-nin qəfləti təftişində PM-in rəhbəri və ya onun müavini (istismar üzrə mühəndis) iştirak edir.

2.8.2. Təftişin nəticələri haqqında müvafiq akt tərtib edilir. Təftiş zamanı kassada və anbarda pul məbləğlərinin və qiymətlilərin artıqlığı və ya çatışmazlığı aşkar edildiyi hallarda onun yaranma səbəbləri, şəraiti təfsilatı ilə aktlaşdırılır, bu barədə F.KƏ-4 kassa kitabında, qiymətlilərin uçotu və F.133 kitablarında lazımi qeydlər edilir. PM-in rəhbəri isə dərhal hərtərəfli araşdırmanı təşkil edir, çatışmayan pul məbləğinin və şərti qiymətlilərin dəyərinin təqsirkarlar tərəfindən ödənilməsini təmin edir.

2.8.3. Qəsd (birbaşa və ya dolayı), yaxud ehtiyatsızlıq (özünəgüvənmə və ya etinasızlıq) nəticəsində çatışmazlıq yaratmış şəxslər qüvvədə olan qanunvericiliyə əsasən maddi məsuliyyət daşıyırlar.

2.8.4. BK-də əməliyyat qurtardıqdan sonra, gündəlik olaraq kassada olan nağd pulun yoxlanılması təşkil edilməlidir. Belə yoxlamalara müəssisənin rəhbəri tərəfindən təsdiq olunmuş qrafik əsasında məsul növbətçilər cəlb edilir.

Məsul növbətçilər üçün MO-nun müəyyən etdiyi qaydada vəzifə təlimatı işlənməli, onlar bu təlimatla tanış edilməli və bu barədə imzaları alınmalıdır. Məsul növbətçiliyə müəssisə rəhbərinin müavini (istismar üzrə mühəndis), iqtisadçı və PM-nin digər işçiləri (BK ilə haqq-hesab aparan işçilər- baş mühasib, PŞ rəisləri, onların müavinləri istisna olmaqla)   cəlb olunurlar.

Eyni işçinin ardıcıl bir neçə gün növbətçi kimi günün sonunda BK-nin yoxlanılmasında iştirakı qadağan edilir.

BK-nin yoxlanılmasının nəticəsinə dair kassa kitabına məsul növbətçinin və BK-nin rəisinin (əməliyyatçısının) imzaları ilə, tarix göstərilməklə, fərqin olub- olmaması barədə müvafiq qeyd yazılır. Aşkar edilmiş fərq ilə əlaqədar akt tərtib olunur, müvafiq araşdırma aparmaq və fərqi bərpa etmək üçün akt dərhal müəssisənin baş mühasibinə verilir.

2.8.5. Kassa intizamının pozulmasında (pul baratı vəsaitlərinin istismar ehtiyaclarına xərclənməsi, kassa limitindən artıq qalıqların vaxtında banka təhvil verilməməsi, bankdan alınmış pulun təyinatından kənar məqsədlər üçün xərclənməsi, nağd pulla hesablaşma qaydasının pozulması, nağd pulun başqa şəxslərə, müəssisələrə borc verilməsi, tabeçilikdə olan şəxslərdən və PŞ-lərdən daxil olmuş pulun vaxtında mədaxil olunmaması, PŞ-lərə göndərilmiş pulların vaxtında məxaricə silinməməsi və kassa intizamını pozan başqa hallar) təqsirkar şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

2.8.6. MO tərəfindən PM və PŞ-lərdə kassanın təftişi və kassa intizamına riayət edilməsinə nəzarət MO-nun, habelə RİTN-in əmrləri ilə müəyyən edildiyi hallarda həyata keçirilir.

3. PŞ-lərdə kassa əməliyyatlarının aparılması

 

3. PŞ-lərdə kassa əməliyyatlarının aparılması

3.1. Ümumi müddəalar

3.1.1. PŞ-lər tərəfindən göstərilən poçt xidmətlərinin haqqı müştərilər tərəfindən nağd pulla, yaxud müvafiq qaydada nağdsız üsulla ödənilir.

3.1.2. Göstərilmiş poçt xidmətlərinə görə daxil olmuş pul vəsaitləri gündəlik olaraq PŞ-nin əsas kassasına təhvil verilir.

Təhvil alınmış  pul vəsaitləri hər gün F.130 gündəliyində (Əlavə 12)   nağd pul və pul sənədləri ayrıca yazılmaqla mədaxil edilir.

 3.1.3. Hüquqi şəxslərə DPÖN nağdsız üsulla verildikdə, PM tərəfindən 2 nüsxədən ibarət qaimə-faktura yazılır. Bu halda müştəri PM-ə etibarnamə təqdim edir və yazılmış qaimə fakturanın 2-ci nüsxəsində DPÖN-lərin məbləğini yazı ilə göstərərək onu imzalayır.

3.1.4. PŞ-lərə aşağıda göstərilən kassa məxaric əməliyyatları aparmaq hüququ verilir:

3.1.4.1. pul baratlarının ödənişi;

3.1.4.2. pensiya və müavinətlərin ödənişi;

3.1.4.3. PM-dən alınmış ödəniş cədvəlləri ilə PŞ-nin işçilərinə əmək- haqqı, mükafat, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinətlər, sosial sığorta vəsaitləri hesabına pensiya və s. məbləğlərin ödənişi;

3.1.4.4. əvvəlcədən müştərilər tərəfindən PM-in hesabına köçürülmüş avans üzrə poçt xidmətlərinin göstərilməsi;

3.1.4.5. kassanın limitdən artıq nağd pul qalığının BK-lərə göndərilməsi;

3.1.4.6. PM-lərin cari hesabına köçürülmüş pul vəsaitlərinin təsdiqi olan F.150 siyahısı üzrə pul baratlarının qəbulu;

3.1.4.7. müştərilərdən qəbul edilmiş ödənişlərin müvafiq qaydada geri qaytarılması.

3.2. PŞ-lərdə nağd pulların qəbulu və kassanın mədaxil sənədlərinin rəsmiləşdirilməsi

3.2.1. Pul baratlarının və “Ödəmə şərtli” göndərişlərin məbləğlərinin, həmçinin bütün növ poçt xidmətləri rüsumlarının nağd və ya nağdsız üsulla qəbulu zamanı müştərilərə Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qəbzin əsli verilir.

3.2.2. PŞ-lər tərfindən müstəsna hal kimi, qəbz verilmədən yalnız DPÖN-in satışı həyata keçirilə bilər.

3.2.3. Qəbzlər diyircəkli qələmlə yazılaraq, hər iki nüsxənin arxasına PŞ-nin aydın oxunan təqvim ştempeli vurulur və qəbzin əsli müştəriyə verilir.

3.2.4. Pul baratlarının və digər ödənişlərin məbləği, həmçinin bütün növ poçt xidmətlərinin haqları müştərilər tərəfindən nağd pulla, köçürmə üsulu ilə və PM-lər tərəfindən müştərilərə verilmiş avans kitabçalarının çekləri ilə ödənilə bilər.

3.2.5. Avans çekləri ilə ödənilməli poçt xidmətləri yerinə yetirildikdən sonra, PŞ-nin işçisi müştəri tərəfindən təqdim edilmiş avans kitabçasında surətçıxaran kağız qoyulmaqla haqq-hesab qəbzini yazır, lazımi məbləği göstərir, avansın qalığını qeyd edir və bütün bunları öz imzası və təqvim ştempeli ilə təsdiqləyərək, qəbzi kötükdən ayırır və müəyyən olunmuş formada reyestrə (Əlavə 13) yazır. Qəbzin kötüyü avans kitabçasında qalır və kitabça müştəriyə qaytarılır.

3.2.6. Müəyyən edilmiş poçt xidməti haqqının ödənişi üçün müştəri tərəfindən pulun ödənildiyinin təsdiqinə dair təqdim edilmiş sənəd üzrə artıq qalan məbləği ona nağd pul ilə qaytarmaq və ya xidmət göstərmədən həmin məbləği nağd pula çevirmək qəti qadağandır.

3.2.7. PM-dən üzərində məbləği və ödəmə müddəti göstərilməklə müəssisənin rəhbərinin və baş mühasibinin imzası ilə təsdiqlənmiş ödəniş cədvələri daxil olduqda, PŞ-nin rəisi cədvəldə göstərilən müddət ərzində şöbənin işçilərinə əməkhaqqını, pensiyanı, iş qabiliyyətini müvəqqəti itirməyə görə müavinəti və s. ödənişləri PŞ-nin kassasında olan nağd puldan ödəyir.

Cədvəldə göstərilən məbləği ödədikdən sonra, PŞ-nin rəisi onu öz imzasıyla təsdiqləyir, tarixi yazır və həmin məbləği F.130 gündəliyi üzrə məxaricə verir. Ödəniş cədvəli növbəti hesabatla birlikdə PM-ə göndərilir.

3.3. PŞ-lərdə mədaxil və məxaric əməliyyatları üzrə hesabatın tərtib olunması

3.3.1. PŞ-lərdə kassanın nağd pul və DPÖN üzrəqalığı PM-in rəhbərliyi tərəfindən müəyyən edilmiş limitlə məhdudlaşdırılır və F.130 gündəliyinin üz tərəfində yazılaraq, PM-in rəhbərinin imzası və gerbli möhürü ilə təsdiqlənir.

Aşağıda göstərilən hallarda kassanın limitdən artıq pul qalıqları limit pozuntusu hesab edilmir:

3.3.1.1. məbləği PM-in rəhbəri tərəfindən müəyyən edilməklə ucqar ərazilərdə yerləşən xidmət sahələrinə pul baratları, pensiya və müavinətləri ödəmək məqsədi ilə hesabatı ertəsi gün verməli olan poçtalyonlara verilmiş nağd pullar;

3.3.1.2. BK-dən alındığı gün də daxil olmaqla (bayram, istirahət günləri nəzərə alınmaqla) ən çoxu 3 (üç) iş günü müddətində pensiya və müavinətlərin ödənişi üçün nəzərdə tutulmuş nağd pullar.

3.3.2. Pul baratlarının, pensiya və müavinətlərin ödənilməsi üçün əməliyyatçılara, poçtalyonlara və digər işçilərə müvafiq qaydada verilmış pul məbləğlərinə dair hesabat iş gününün sonuna qədər, PŞ-nin rəisi tərəfindən müəyyən olunmuş müddətdə şöbə rəisinə təhvil verilir.

Çatdırma sahəsi uzaqda yerləşən kənd poçtalyonları, ödəniş üçün F.55 kitabı (Poçt rabitəsi Qaydaları- Əlavə 29) ilə alınmış pula dair hesabatı ertəsi gündən gec olmayaraq təhvil verirlər.

3.3.3. PŞ-lərin kassa limitindən artıq nağd pul qalığı BK-yə on manata yuvarlaqlaşdırılaraq göndərilir.

3.3.4. PŞ-nin rəisi (rəis müavini) telefon və ya digər rabitə vasitəsi ilə PM rəhbərinin müavininə (istismar üzrə mühəndisinə), yaxud PM rəhbərinin əmri ilə xüsusi olaraq tə’yin edilmiş məsul şəxsə limitdən artıq pul qalığının göndərilməsinə dair kodlaşdırılmış bildiriş verir. Pul baratlarının, pensiya və müavinətlərin ödənişini təmin etmək məqsədi ilə tələb olunan pulların PM-dən alınması üçün PŞ-lərin rəisləri (rəis müavinləri) eyni qayda ilə kodlaşdırılmış sifariş verirlər.

3.3.5. Limitdən artıq kassa qalıqları olan nağd pullar bu Qaydaların 2.5.3-2.5.5-ci bəndlərinə uyğun olaraq rəsmiləşdirilir və çantalara qablaşdırılaraq PM-in BK-nə göndərilir.

3.3.6. PM-ə göndərilən pullara dair F.RN-4 müşayiət məktubunun 3-cü nüsxəsi PŞ-də qalır və F.RN-42 kassa arayışı (Əlavə 14) ilə birlikdə tikilir.

3.3.7. İçərisində nağd pul olan çantalar PŞ-lərdə qəbul edilərkən çantanın və surğuc möhürünün (plombun) bütövlüyü diqqətlə yoxlanılır, sonra isə iki nəfərin iştirakı ilə çanta açılaraq, içərisindəki pullar sayılır. Pullar F.RN-4 müşayiət məktubunda göstərilən məbləğə uyğun olduqda, F.RN-4 müşayiət məktubunun 2-ci nüsxəsində müvafiq qeydlər edilərək çantanın açılmasında və pulların sayılmasında iştirak edən şəxslər tərəfindən imzalanır və təqvim ştempeli ilə təsdiq edilərək BK-yə qaytarılır. F.RN-4 müşayiət məktubunun 1-ci nüsxəsi eyni qayda ilə təsdiqlənir və PŞ-nin kassa sənədləri ilə birlikdə tikilir.

3.3.8. F.RN-4 müşayiət məktubunda göstərilən məbləğ alınan məbləğə uyğun gəlmədikdə, bu barədə dərhal PM-in rəhbərinə məlumat verilməklə iki nüsxədən ibarət akt tərtib olunur, çantanın açılmasında və pulun sayılmasında iştirak etmiş şəxslər aktda imza edirlər. Aktın surəti müvafiq araşdırma aparılması və tədbir görülməsi üçün PM-ə göndərilir. Akta əsasən, F.130 gündəliyinə faktiki alınmış məbləğ mədaxil edilir. Aktın əsli F.RN-4 müşayiət məktubuna əlavə olunur, müşayiət məktubunda faktiki daxil olmuş məbləğ yazılaraq, imzalanır vətəqvim ştempeli ilə təsdiqlənir.

3.3.9. PŞ-lərdə əməliyyatçılar   iş günü ərzində əsas kassadan tələb olunan qədər nağd pul alırlar. Həmin pullar əməliyyatçılara əsas kassadan F.KƏ-5 kitabında (Əlavə 15) imza etdirməklə verilir.

3.3.10. Nağd pullar və pul sənədləri iş gününün sonunda əsas kassa tərəfindən hər bir iş yeri üzrə, hər bir əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən işçilər tərəfindən dəqiq və aydın tərtib olunmaqla yalnız F.RN-42 kassa arayışları üzrə qəbul edilir.

3.3.11. Əməliyyatçının, poçtalyonun və müqavilə ilə işləyən digər işçilərin ilkin sənədlərə əsasən tərtib etdikləri F.RN.-42 kassa arayışı iş günü ərzində onların göstərdikləri poçt xidmətləri üzrə əsas kassa qarşısında hesabat sənədi sayılır.

3.3.12. İş günü qurtardıqdan sonra gün ərzində aparılmış mədaxil əməliyyatları üzrə müvafiq ödəniş qəbzlərində “Poçt rabitəsi Qaydaları”nın 258-ci və 487-ci bəndlərinə uyğun yekun vurulur.

3.3.13. İş günü ərzində ödənilmiş baratların F.10 reyestrlərinə yazılması və yekun məbləğin hesablanması “Poçt rabitəsi Qaydaları”nın 273-275-ci bəndlərinə uyğun həyata keçirilir.

3.3.14. İş günü ərzində ödənilmiş pensiya və müavinətlərin F.10a reyestrinə yazılması və yekunların hesablanması “Ödəniş müəssisələri tərəfindən işləməyən əhaliyə pensiya və müavinətlərin çatdırılmasına dair təlimat”ın 1.3.13 - 1.3.15-ci bəndlərinə uyğun həyata keçirilir.

3.3.15. Eyni növbədə, yaxud müxtəlif növbələrdə işləyən əməliyyatçıların öz aralarında nağd pulları, pul sənədlərini, o cümlədən ödənmiş pul baratı blanklarını, F.P-2 ödəniş tapşırıqlarını F.10 və ya F.10a reyestrlərinə yazmadan və F.RN-42 kassa arayışına daxil etmədən bir-birinə verməsi qəti qadağandır.

3.3.16. Tərtib edilmiş F.RN-42 kassa arayışında nağd və nağdsız üsulla aparılmış mədaxil və məxaric əməliyyatlarının məbləği hər bir əməliyyat növü üzrə ayrıca sətrdə yazılır.

Nağdsız üsulla göstərilmiş poçt xidmətləri üçün rüsumların məbləği yazılan cədvəllərin yekunları F.RN-42 kassa arayışının həm "Mədaxil", həm də "Məxaric" qrafalarına yazılır.

3.3.17. Əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən digər işçilər mədaxil əməliyyatları ilə yanaşı, eyni zamanda həm də pul baratları, pensiya və müavinətlərin ödənişini və s. ödənişləri yerinə yetirdikdə, onlar F.RN-42 kassa arayışının "Məxaric" qrafasında ödənmiş pul baratlarının, pensiya və müavinətlərin (o cümlədən, hər bir rayon DSMF və ƏƏSM üzrə ayrıca), həmçinin aparılmış digər ödənişlərin məbləğlərini müvafiq olaraq ayrıca sətirlərdə yazırlar. Ödənilmiş məbləğlər yazıldıqdan sonra, arayışın "Mədaxil" və "Məxaric" qrafaları üzrə yekunlar hesablanır.

  3.3.18. F.RN-42 kassa arayışının "Əsas" qrafasında əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən işçilər hər növ əməliyyat üzrə mədaxil olunmuş məbləğin qarşısında gün ərzində istifadə olunmuş qəbzlərin əvvəlinci və axırıncı nömrələrini və ya digər mədaxil sənədlərinin adını (F.KƏ-5, F.55 və s.) və nömrəsini, ödənilmiş pul baratı, pensiya və müavinət məbləğlərinin qarşısında F.10, F.10a reyestrləri üzrə əvvəlinci və axırıncı nömrələri yazaraq, F.RN-42 kassa arayışı ilə birlikdə əsas kassaya təhvil verirlər. "Əlavə" sətrində əsas kassanı aparan şəxsə təhvil verilən mədaxil və məxaric sənədlərinin sayı göstərilir.

3.3.19. İş günü ərzində əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən işçilər ilə əsas kassanı aparan şəxs (şöbə rəisi və ya onun müavini) arasında pul əməliyyatlarına dair qarşılıqlı hesablaşma kassa arayışının arxa tərəfindəki “Əməliyyatçının əsas kassa ilə haqq-hesabı” hissəsində göstərilir.

Bu haqq-hesabda müştərilərlə əməliyyat aparmaq üçün gün ərzində əsas kassadan alınmış hər bir köməkçi pulun məbləği, həmçinin gün ərzində əsas kassaya təhvil verilən məbləğlər əks etdirilir.

3.3.20. Əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən digər işçilər məxaric əməliyyatları üçün işlədiləcək məbləğdən artıq olan nağd pulları,gün ərzində kassa arayışının arxa tərəfindəki “Haqq-hesab” hissəsində müvafiq sətirdə göstərməklə əsas kassaya təhvil verə bilərlər. PŞ-nin rəisi həmin pulun alınmasına dair F.RN-42 kassa arayışının “İş günü ərzində pulların qəbuluna dair əsas kassa rəisinin (şöbə rəisi) iltizamnamə”si qrafasında və F.KƏ-5 kassa kitabında imza edərək, göstərilən məbləği qəbul edir.

“Poçt rabitəsi Qaydaları”nın 486-cı bəndinə uyğun olaraq iş günü ərzində işçilər tərəfindən satılmış DPÖN-ün məbləği əsas kassaya ayrıca F.RN-42 kassa arayışı ilə təhvil verilir. Kassa arayışının “Əsas” qrafasında pulu təhvil verən işçi imza edərək, verdiyi məbləğə uyğun DPÖN alır. İş gününün sonunda əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən digər işçilər F.RN-42 kassa arayışının "Haqq-hesab" hissəsində "Mədaxil" və "Məxaric" qrafaları üzrə yazılan məlumatlara yekun vururlar.

3.3.21. Əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən digər işçilər F.RN-42 kassa arayışının "Haqq-hesab" hissəsində mədaxil və məxaric üzrə yekunları sayaraq, son haqq-hesab kimi əsas kassaya təhvil veriləcək məbləği müəyyənləşdirir və həmin məbləği arayışın “İltizamnamə” hissəsinin əvvəlində göstərirlər.

Son "Haqq-hesab" kimi təhvil veriləsi məbləğ nağd pul və pul sənədlərinə ayrılır, sonra isə onların ümumi məbləği yazılır.

3.3.22. Əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən digər işçilər tərəfindən imzalanmış F.RN-42 kassa arayışı ona əlavə edilmiş mədaxil qəbzlərinin surətləri, F.10, F.10areyestrləri, ödənilmiş pul baratları, F.22 bildirişləri, F.P-2 ödəniş tapşırıqları və digər mədaxil - məxaric sənədləri ilə birlikdə əsas kassaya təhvil verilir.

3.3.23. F.RN-42 kassa arayışını və ona əlavə olunmuş "Mədaxil" və "Məxaric" sənədlərini təhvil alan əsas kassanı aparan şəxs poçtalyon və əməliyyatçı tərəfindən "Mədaxil" və "Məxaric" sənədlərində hesablanmış yekunların düzgünlüyünü və bu məbləğlərin arayışda göstərilən və təhvil verilən məbləğlə uyğunluğunu ilkin sənədlər əsasında dərhal yoxlayır.

3.3.24. F.RN-42 kassa arayışındakı məlumatları sənədlərdəki məlumatlarla üzləşdirdikdən sonra nəzarətçi şəxs bu barədə qəbzlər üzrə yekun məlumatlarda, F.10, F.10areyestrlərində və digər mədaxil və məxaric sənədlərində onların yoxlanılmasına dair qeyddə imza ed və F.RN-42 kassa arayışını nağd pul qalığı və pul sənədləri ilə birlikdə əsas kassaya təhvil verir.

3.3.25. Əsas kassanı aparan şəxs F.RN-42kassa arayışı üzrə nağd pulları və pul sənədlərini son haqq-hesab kimi qəbul edərkən, F.RN-42 arayışının arxasındakı “Haqq-hesab” məlumatlarını F. KƏ-5 kassa kitabı və F.55 kitabı ilə tutuşdurur. Yekunlar və məbləğlər düz gəldikdə, o, pulları və sənədləri qəbul edir, sonra isə F.RN-42 kassa arayışının “iltizamnamə” hissəsini rəsmiləşdirərək imza edir, iltizamnaməni kəsilmə xətti üzrə arayışdan ayıraraq, iş günü ərzində əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən işçilər ilə haqq-hesab aparıldığını təsdiq edən sənəd kimi onlara verir.

3.3.26. Bu Qaydalarda göstərilən funksiyalardan əlavə,  əsas kassanı aparan şəxs poçt xidmətlərinin bütün növləri üzrə tarifin düzgün tətbiq olunmasına, ödəniş məbləğlərinin tam mədaxilinə, “Ödəmə şərtli” göndərişlərin məbləğinin tam alınmasına və onun təyinatı üzrə pul baratı ilə göndərilməsinə də nəzarət edir.

3.3.27. F.130 gündəliyində, F.RN-42 kassa arayışında, F.55 və F.KƏ-5 kitablarında pozuntu və düzəlişlərin aparılması qəti qadağan edilir. Həmin sənədlərdə təsadüfən səhv yarandıqda, səhv rəqəmin üstündən mürəkkəblə, yaxud diyircəkli qələmlə xətt çəkilərək düzgün rəqəm yazılmaqla düzəliş aparılır,əsas kassanı aparan şəxs tərəfindən imzalanır.

3.3.28. Ciddi hesabat qəbzlərinin uçotu, hərəkəti və istifadə olunması ayrıca təlimatlarla tənzimlənir.

3.3.29. PM-in BK-dən alınmış DPÖN və digər şərti qiymətlilər sayıldıqdan sonra F.130 gündəliyi üzrə mədaxil edilir və PŞ-nin rəisi tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

3.3.30. İşçilər tərəfindən satılmış DPÖN-lərə dair ayrıca tərtib edilmiş F.RN-42 arayışları üzrə təhvil verilən pul məbləğləri əvəzləşdirilməklə həmin gün F.130 gündəliyinə mədaxil olunur.

3.3.31. PŞ-lərdə, o cümlədən evlərdə pul ödənişi və qəbulu üzrə əməliyyatları yerinə yetirən hər bir işçi, qiymətlilərin saxlanması, pul vəsaitlərinin qorunması və təyinatı üzrə istifadə olunması, həmçinin onun səhlənkarlığı, diqqətsizliyi, ehtiyatsızlığı, yaxud qəsdən edilən hərəkətləri nəticəsində PM-ə dəyən ziyana görə maddi məsuliyyət daşıyır.

3.4. F.130 gündəliyinin tərtib edilməsi və nəzarət üçün PM-ə göndərilməsi

3.4.1. F.130 gündəliyində yazılışlar PŞ-nin rəisi tərəfindən F.RN-42 kassa arayışının və digər mədaxil-məxaric sənədlərinin əsasında hər gün əməliyyat gününün sonunda aparılır. PM-dən daxil olmuş köməkçi nağd pullar isə dərhal F.130 gündəliyinin “Mədaxil” hissəsinə yazılır.

3.4.2. Bir neçə əməliyyat pəncərəsi olan PŞ-lərdə əməliyyat gününün sonunda PŞ-nin rəisi əməliyyatçıların, poçtalyonların, müqavilə ilə işləyən digər işçilərin və DPÖNsatışı üzrə tərtib edilmiş ayrıca F.RN-42 kassa arayışlarının, həmçinin ilkin sənədlərin məlumatları əsasında ümumi F.RN-42 kassa arayışını tərtib edir.

3.4.3. PŞ-nin rəisi əməliyyat gününün F.RN-42 ümumi kassa arayışının məlumatlarını F.130 gündəliyinə yazır, mədaxil və məxaric üzrə yekun vurur, günün sonuna kassa qalığını çıxarır və həmin qalığı növbəti günün əvvəlinə qalıq kimi F-130 gündəliyinin “1”, “1a”, “1b” sətrinə yazır.

3.4.4. F.130 gündəliyinin “1”, “1a”, “1b” və qalıqlar göstərilməli olan digər müvafiq sətirlər üzrə kassa qalıqları hər gün üçün yazılmalıdır.

3.4.5. F.130 gündəliyinin beşgünlük üzrə vərəqinin hər iki üzündə müvafiq kassa əməliyyatlarına dair bütün qrafalar doldurulduqdan sonra səhifələr üzrə (kassa qalıqları göstərilən qrafalar istisna olmaqla) beşgünlük yekunlar cəmlənir.

3.4.6. Hər beşgünlüyün “Mədaxil” üzrə yekunları 2-ci səhifənin, “Məxaric” üzrə yekunları isə 15-ci səhifənin müvafiq qrafalarına yazılır.

3.4.7. Beşgünlük qurtardıqdan sonra, tərtib edilmiş hesabat PŞ-nin rəisi tərəfindən imzalanır və təqvim ştempeli ilə təsdiq edilir.

3.4.8. Əgər şöbədə F.130 gündəliyində adı əks etdirilməyən hər hansı bir xidmət göstərilərsə, həmin əməliyyat üzrə məlumatlar ya həmin şöbədə göstərilməyən digər bir xidmətin sətrində yaxud boş sətirdə yazılır.

3.4.9. Təqvim ayı başa çatdıqdan sonra, PŞ-nin rəisi doldurulmuş F.130 gündəliyinin 15-ci və 21-ci sətirlərində imza edir və həmin günün təqvim ştempelini vurur.

3.4.10. F.130 gündəliyinin və onda aparılmış yazılışları təsdiq edən mədaxil-məxaric sənədlərinin PM-ə verilməsi proseduru və müddətləri zəruri hallarda MO tərəfindən dəyişdirilə bilər.

3.5. PŞ-lərdə uçotun aparılması

3.5.1. PŞ-lərdə bütün pul əməliyyatlarının, DPÖN və şərti qiymətlilərin hərəkəti hər gün F.130 gündəliyinə yazılmaqla aparılır. Kompüterləşmiş PŞ-lərdə F.130 gündəliyi kompüterdə, digərlərində isə adi qaydada işlənilir.

3.5.2. F.130 gündəliyinin üzlüyündə PM tərəfindən şöbənin adı və hansı aya aid olduğu göstərilir. Eyni zamanda, gündəliyin üzlüyündə şöbə üçün müəyyən edilmiş nağd pul qalığı limiti, həmçinin DPÖN üzrə limit göstərilir. Gündəlik, yalnız üzərində PM-in rəhbərinin imzası və müəssisənin gerbli möhürü olduqda etibarlıdır.

3.5.3. F.130 gündəliyi beş bölmədən ibarətdir:

- Birinci bölmə PŞ-də nağd pul və pul sənədləri ilə aparılan mədaxil və məxaric əməliyyatlarının yazılması üçün nəzərdə tutulur və 2-15-ci səhifələri əhatə edir.

-  İkinci bölməDPÖN-lərin hərəkətini yazmaq üçün nəzərdə tutulur və 16-21-ci səhifələri əhatə edir.

- Üçüncü bölmə PŞ-də olan malların və digər qiymətlilərin hərəkətini yazmaq üçün nəzərdə tutulur və 16-21-ci səhifələri əhatə edir.

- Dördüncü bölmə PM-də mühasibatlıq və istismar işçiləri tərəfindən mütləq nəzarətdən keçməli olan əməliyyatların siyahısı üçündür və 22-ci səhifəni əhatə edir.

-Beşinci bölmə PŞ-nin ay ərzində ciddi hesabat qəbzlərinin hərəkəti və qalığına dair məlumat üçün nəzərdə tutulur və 23-cü səhifəni əhatə edir.         

Əməliyyatların adları təyinatı üzrə qruplaşdırılmışdır. “Mədaxil” əməliyyatlarının adları 2-ci səhifədə, “Məxaric” əməliyyatlarının adları isə 15-ci səhifədə göstərilmişdir.

3.5.4. Gündəliyin 2-15-ci səhifələri mədaxil-məxaric əməliyyatları üzrə beşgünlük və aylıq yekunlar yazılan qrafaları əhatə edir.

3.5.5. Gündəliyin 3-14-cü səhifələri gündəlik olaraq mədaxil-məxaric əməliyyatlarının yazılması və beşgünlük yekunların hesablanması üçün nəzərdə tutulmuş kəsilən vərəqlərdən ibarətdir. Kəsilən vərəqin üz tərəfində mədlaxil, arxa tərəfində isə məxaric üzrə yazılışlar yerləşir.

3.5.6. Gündəliyin 23-cü səhifəsində aparılmış yazılışların nəzarətdən keçdiyini təsdiq etmək üçün məsul şəxslərin imzası, həmçinin şöbədə aparılmış yoxlamaların nəticəsinin göstərilməsi və yoxlayıcıların imzası üçün müvafiq yer ayrılmışdır.

3.6. F.130 gündəliyində bölmələr üzrə pul vəsaitləri və onların hərəkətinə dair yazılışların aparılması

3.6.1. PŞ-nin kassasında pul vəsaitlərinin qalığı, həmçinin iş günü ərzində daxil olan və xərclənən pul vəsaitləri F.130 gündəliyinin müvafiq sətirlərində nağd pul və pul sənədləri üzrə ayrıca göstərilməklə aşağıdakı qaydada yazılır:

A. Mədaxil

1-ci sətrin “a” və “b” bəndləri üzrə gündəlik olaraq kassada günün əvvəlinə qalmış nağd pulun və pul sənədlərinin məbləği yazılır;

2-ci sətirdə DPÖN-ün nağd pul ilə satışından əldə edilmiş məbləğlər yazılır. Bu sətirdə hər gün göstərilən məbləğ gündəliyin 73-cü sətrində yazılan məbləğə uyğun olmalıdır;

3-cü sətirdə DPÖN-ün   nağdısız üsulla satışından əldə edilmiş məbləğlər yazılır. Bu sətirdə gündəlik göstərilən məbləğ 74-cü sətrin yekununa uyğun olmalıdır. Gündəliyin 2-ci və 3-cü sətirləri üzrə “Aylıq yekun” qrafasında göstərilən ay ərzində satılmış DPÖN-ün ümumi məbləğləri 73 və 74-cü sətirlərdə göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

4-cü sətirdə qiymətli məktub və banderolların, qiyməti bəyan olunmuş məktubların və kiçik paketlərin nağd pulla qəbulundan əldə edilmiş gəlirlər yazılır;

5-ci sətirdə qiymətli məktub və banderolların, qiyməti bəyan olunmuş məktubların və kiçik paketlərin nağdsız üsulla qəbulundan əldə edilmiş məbləğlər yazılır;

6-cı sətirdə iş günü ərzində müvafiq ödənişqəbzləri ilə nağd pulla qəbul olunmuş pul baratlarının rüsumu göstərilir;

7-ci sətirdə iş günü ərzində müvafiq ödəniş qəbzləri ilə nağdsız üsulla qəbul edilmiş pul baratlarının rüsumu göstərilir;

8-ci sətirdə iş günü ərzində müvafiq ödənişqəbzləri ilə nağd pulla qəbul edilmiş bağlamaların rüsumu göstərilir;

9-cu sətirdə iş günü ərzində müvafiq ödənişqəbzləri üzrə nağdsız üsulla qəbul edilmiş bağlamaların rüsumu yazılır;

10-cu sətirdə nağd pul ilə müvafiq ödəniş qəbzləri üzrə qəbul edilmiş poçtun digər gəlirləri yazılır;

11-ci sətirdə nağdsız üsulla qəbul edilmiş digər gəlirlər yazılır;

12-ci sətirdə müvafiq ödənişqəbzləri ilə nağd pulla qəbul edilmiş teleqramların rüsumu yazılır;

13-cü sətirdə nağdsız üsulla qəbul edilmiş teleqramların rüsumu yazılır;

14-cü sətirdə şəhərlərarası və beynəlxalq telefon danışıqlarından (ŞATD) əldə olunan rüsumlar yazılır;

15-ci sətirdə yerli (lokal) telefon danışıqlarından əldə edilmiş rüsumların məbləği yazılır;

16 və17-ci sətirlər ehtiyat sətirlərdir;

18-ci sətirdə 2-17-ci sətirlər üzrə nağd pulla göstərilmiş məbləğlərin yekunu yazılır;

19-cu sətirdə 2-17-ci sətirlərdə pul sənədləri ilə göstərilmiş məbləğlərin yekunu yazılır;

20-ci sətirdə PŞ-yə ödənişləri təmin etmək üçün PM-dən daxil olmuş köməkçi pul məbləğləri yazılır;

21-ci sətirdə iş günü ərzində müvafiq ödəniş qəbzləri üzrə nağd pulla qəbul olunmuş pul baratlarının məbləği yazılır;

22-ci sətirdə iş günü ərzində nağdsız üsulla qəbul olunmuş pul baratlarının məbləğləri yazılır;

23-cü sətirdə iş günü ərzində müvafiq ödəniş qəbzləri üzrə qəbul edilmiş elektrik enerjisi haqlarının məbləği yazılır;

24-cü sətirdə dövri mətbuata abunə yazılışından əldə edilmiş pulların məbləği yazılır;

25-ci sətirdə dövri mətbuatın satışından əldə olunmuş pulların məbləği yazılır;

26-cı sətirdə qəbul olunmuş telefon aylıq abunə haqlarının məbləği yazılır;

27-ci sətirdə müvafiq ödəniş qəbzləri üzrə qəbul olunmuş ŞATD pullarının məbləğləri yazılır;

28-ci sətirdə əlavə xidmətlərdən əldə edilmiş nağd pulların məbləği yazılır;

29-cu sətirdə  nağdsız üsulla əlavə xidmətlərdən əldə edilmiş gəlirlərin məbləği yazılır;

30-cu sətirdə nağd pulla satılmış kommersiya mallarının məbləği yazılır. Bu sətrin yekunu 92-ci sətrin yekunu ilə eyni olmalıdır;

31-ci sətirdə satılmış lotereyaların və digər qiymətli kağızların məbləği yazılır. Bu sətrin yekunu 97-ci sətrin yekunu ilə eyni olmalıdır;

32-dən 41-ə qədər olan boş sətirlərə əlavə xidmət növləri yazılır;

42-ci sətirdə 2-41-ci sətirlər üzrə gün ərzində mədaxil edilmiş bütün nağd və nağdsız əməliyyatların məbləğlərinə yekun vurulur. Mədaxil üzrə 42-ci sətrin “a” bəndində nağd pulların ümumi məbləği, “b” bəndində isə nağdsız məbləğlər yazılır. Mədaxil üzrə 42-ci sətrin yekunu “a” və “b” bəndlərinin cəminə bərabər olmalıdır. Eyni zamanda, bütün sətirlərin beşgünlük və aylıq yekunlarının ümumi cəmi 2-41-ci sətirlərin aylıq yekununa bərabər olmalıdır.

Mədaxil əməliyyatları üzrə gündəliyin bu bölməsində qeydiyyat üçün yer olmadığı hallarda bölməni, əlavə sətirlər artırmaqla davam etdirmək olar.

B. Məxaric:

3.6.2. PŞ-nin kassasından ödənilmiş pul vəsaitlərinin məbləğləri F.130 gündəliyinin məxaric hissəsində aşağıdakı ardıcıllıqla yazılır:

43-cü sətirdə gün ərzində ödənilmiş pul baratlarının məbləği yazılır. Bu məbləğ, ödənilmiş baratların blanklarının və bildirişlərinin, həmçinin F.10 reyestrlərinin yekunları ilə uyğun olmalıdır;

44-cü sətirdə gün ərzində ödənilmiş pensiyaların məbləği yazılır. Bu məbləğ ödənilmiş F.P-2 ödəniş tapşırıqlarının, həmçinin F.10a reyestrlərinin yekunları ilə eyni olmalıdır;

45-ci sətirdə gün ərzində ödənilmiş müavinətlərin məbləği yazılır. Bu məbləğ müavinətlər üçün tərtib olunmuş F.10 reyestrlərinin, həmçinin ödənilmiş F.P-2M ödəniş tapşırıqlarının yekunları ilə uyğun olmalıdır. Əgər PŞ bir neçə rayonun DSMF və ƏƏSM mərkəzləri ilə işləyirsə, növbəti sətirlərdə həmin DSMF və ƏƏSM mərkəzləri üzrə ödənilmiş pensiya və müavinətlərin məbləği yazılır;

46-53-cü sətirlər ehtiyat sətirləridir;

54-cü sətirdə kassanın limitdən artıq nağd pul qalığının BK-yə göndərilmiş məbləği yazılır;

55-ci sətirdə gün ərzində F.150 siyahısı üzrə nağdsız üsulla qəbul edilmiş pul baratlarının və bu üsulla qəbul edilmiş digər poçt göndərişlərinin qəbulu üçün alınaraq PM-ə göndərilən pul sənədlərinin məbləği yazılır;

56-cı sətirdə ödəniş cədvəlləri əsasında işçilərə ödənilmiş əməkhaqqı, pensiya, müavinət və s. məbləğlər yazılır;

57-68-ci sətirlər ehtiyat sətirləridir;

69-cu sətirdə 43-68-ci sətirlər üzrə məxaric edilmiş bütün məbləğlərin yekunu yazılır. 69-cu sətrin “a” bəndində nağd pulla məxaric edilmiş məbləğlər, “b” bəndində isə nağdsız üsulla aparılmış məxaric əməliyyatlarının məbləğləri göstərilir;

70-ci sətirdə günün sonuna və növbəti   ayın 1-nə kassa qalığının cəmi (nağd və nağdsız) yazılır. 70-ci sətrin “a” bəndində kassanın nağd, “b” bəndində isə nağdsız pul qalığı göstərilir. 70-ci sətrin “c” və “ç” bəndlərində, “a” bəndi üzrə göstərilmiş nağd pul məbləğinin poçt şöbəsinin kassa limitinə daxil olmayan hissəsi ayrıca göstərilir. Əgər şöbədə bu Qaydalar üzrə müəyyən edilmiş hər hansı əlavə məxaric əməliyyatı aparılarsa, ehtiyat sətirlərdə həmin əməliyyatların adı yazı ilə göstərilərək, məbləği qeyd edilir.

DPÖN və onların hərəkəti

3.6.3. Bu bölmədə DPÖN-lərin gündəlik hərəkəti, həmçinin beşgünlük və aylıq yekunlar yazılır:

günün əvvəlinə və günün axırına qalıqlar 71,79,80,84-cü sətirlərdə yazılır;

72 və 81-ci sətirlərdə PM-lərin PŞ-lərinə daxil olmuşDPÖN- lərin məbləği yazılır;

73 və 82-ci sətirlərdə nağd pul ilə satılmış DPÖN-lərin məbləği yazılır;

74-cü sətirdə köçürmə yolu ilə satılmış DPÖN-lərin məbləği yazılır;

77 və 83-cü sətirlərdə PM-ə qaytarılmış DPÖN-lərin məbləği yazılır;

78-ci sətir ehtiyat sətirdir.

3.6.4. F.130 gündəliyinin “I” bölməsinin 2-ci və 3-cü sətirləri üzrə mədaxil olunmuş məbləğlərin cəmi, “II” bölmənin 73 və 74-cü sətirlərində yazılmış məbləğlərin cəmi ilə uyğun olmalıdır.

Digər qiymətlilər və onların hərəkti

3.6.5. Bu bölmədə qiymətlilərin hərəkəti göstərilir.

3.6.6. Qiymətlilərin gündəlik hərəkəti və qalıqların çıxarılması II bölmədə olduğu kimi aparılır. Kommersiya mallarının çeşidinin çox olması ilə əlaqədar gündəliyin bu bölməsində qeydiyyat üçün yer olmadığı hallarda, bölməni əlavə sətirlər artırmaqla davam etdirmək olar.

3.6.7. F.130 gündəliyinə ayın axırıncı gününün məlumatları yazıldıqdan sonra, növbəti ayın 1-nə qalıqlar çıxarılır və onların düzgünlüyü yoxlanılır.

3.6.8. F.130 gündəliyində mədaxil və məxaric üzrə gündəlik yekun məbləğlər onları təsdiq edən ilkin sənədlərə uyğun olmalıdır.

Mütləq nəzarətə dair qeydlər

3.6.9. F.130 gündəliyinin “IV” bölməsində mütləq nəzarətdən keçməli olan əməliyyatlar üzrə müvafiq sətirlərdə mühasibat və istismar nəzarətini həyata keçirən işçilər lazımi üzləşdirmə və yoxlamalar apararaq, hər bir sətrin qarşısında imza edirlər.

Ciddi hesabat qəbzlərinin hərəkət 

3.6.10. F.130 gündəliyinin bu bölməsində ciddi hesabat qəbzlərinin dövriyyə cədvəli yerləşir. Ay ərzində istifadə olunmuş, korlanmış, istifadəyə yararsız və istifadə olunmamış qəbzlərin uçotu dövriyyə cədvəlinə yazılır və növbəti ayın 1-nə qalıq çıxarılır.

3.6.11. F.130 gündəliyi tam yoxlandıqdan sonra PM-in rəhbəri (onun müavini) və baş mühasibi tərəfindən imzalanır.

3.6.12. F.130 gündəliyinin xüsusi olaraq ayrılmış hissəsində PŞ-də aparılmış sənədli və ya qəfləti yoxlamanın nəticəsi barədə yoxlayıcılar tərəfindən mütləq qaydada müvafiq qeydlər aparılir, tarix, onların vəzifələri və soyadları göstərilərək imzalanır.

3.7. F-130 gündəliyinin tam rəsmiləşdirilərək nəzarət üçün PM-ə göndərilməsi

3.7.1. Mədaxil və məxaric əməliyyatlarının təsdiqi kimi PŞ-də tərtib olunmuş F.130 gündəliyi, həmçinin digər sənədlər pul vəsaitlərinin, onlara bərabər tutulan qiymətlilərin və malların hərəkətini dəqiq və tam həcmdə əks etdirir. F.130 gündəliyində pozuntu və düzəlişlərə yol verilmir. Gündəlikdəki yazılışların düzgünlüyünə bilavasitə PŞ-nin rəisi cavabdehlik daşıyır.

3.7.2. F.130 gündəliyinin “I” bölməsinin beşgünlüklər üzrə vərəqələri yekunlaşdırıldıqdan sonra PŞ-in rəisi tərəfindən imzalanır və təqvim ştempeli ilə təsdiq edilir. Bundan sonra vərəq gündəlikdən ayrılaraq, mədaxil və məxaric üzrə sənədlər ona əlavə olunmaqla PM-in mühasibatlığına göndərilir. Hesabat hər beş gündən bir təhvil verilir. Gündəlik yekunlaşdırıldıqdan sonra PŞ-nin rəisi onu imza edərək, təqvim ştempeli ilə təsdiqləyir. Yekun hesabat hər növbəti ayın 1-də PM-in mühasibatlığına göndərilir.

 3.7.3. Pul baratı blankları, F.10 reyestrləri, pensiya və müavinət ödənişlərinin F.10a reyestrləri və s. məxaric sənədləri F.16 qaiməsinə adbaad yazılmaqla PM-ə göndərilir.

3.7.4. PM-lərə daxil olmuş pul baratı, pensiya və müavinətlərin hesabatı, ödəniş qəbzləri F.16 qaiməsinə imza etdirməklə, bu əməliyyatlara nəzarət edən şəxsə verilir. Kassanın digər mədaxil və məxaric sənədləri də eyni qaydada nəzarətçi şəxsə verilir.

3.7.5. PM-ə daxil olmuş F.130 gündəliyi, əməkhaqqının ödəniş cədvəli, aylıq avans çeklərinin reyestri, pul baratı əməliyyatları üzrə F.150 siyahıları F.16 qaiməsinə imza etdirməklə mühasibatlığın müvafiq işçisinə verilir. Ciddi hesabat qəbzlərinin hərəkətinə və qalığına F.130 gündəliyindəki dövriyyə cədvəli vasitəsilə nəzarət edilir.

3.7.6. PM-ə daxil olan F.130 gündəliyi, mədaxil və məxaric sənədləri diqqətlə yoxlanılaraq üzləşdirilir. F.130 gündəliyində çıxarılmış qalıqların düzgünlüyü təsdiqləndikdən sonra, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanır.

3.7.7. Ödənişləri təmin etmək üçün PŞ-yə göndərilmiş pulların vaxtında və tam mədaxil edilməsinə F.RN-45 sərəncamı, kodlaşdırılmış bildirişlər, beşgünlüklər üzrə daxil olan F.130 gündəliyinin vərəqlərinə əsasən nəzarət edilir.

3.7.8. PŞ-lərdə arxiv sənədləri, növbəti istismar fəaliyyəti yoxlanıldıqdan sonra F.16 qaiməsinə adbaad yazılaraq, aktla PM-in bu sahəyə cavabdeh olan işçisinə təhvil verilir.

4. PM-lərdə inkassasiya işinin təşkili

 

4. PM-lərdə inkassasiya işinin təşkili

4.1. Ümumi müddəalar

4.1.1. PM-lərdə ödənişləri təmin etmək üçün nağd pulların bankdan alınması, banka təhvil verilməsi, PŞ-lərə göndərilməsi və PŞ-lərdən gətirilməsi üzrə inkassasiya işləri MO-nun PM-ləri tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.

4.1.2. Nağd pullar banka, PŞ-lərə və geriyə yalnız silahla təmin edilmiş inkassatorlar (müşayiətçilər) tərəfindən xüsusi ayrılmış avtomaşınla aparılır.

4.1.3. İnkassasiya işinin təşkili üçün MO-nun PM-ləri tərəfindən hər bir BK və PŞ üçün üzərində nömrəsi, PM-in və PŞ-nin adı olan ən azı iki ədəd brezent çanta nəzərdə tutulmalıdır. İnkassasiyanın aparılması üçün içərisində pullar olan brezent çantaların saxlanılması məqsədilə xüsusi brezent kisələr, çantaların avtomaşından PŞ-yə aparılması və ya geri gətirilməsi üçün isə portfellər ayrılır.

4.1.4. İnkassasiya məqsədi ilə PM-lər tərəfindən ayrıca reyslər təşkil edilir.

4.1.5. Pulların daşınması ilə bağlı bütün əməliyyatlar bilavasitə PM-lərin BK-ləri vasitəsilə həyata keçirilir.

BK-yə daxil olmadan PŞ-lər arasında pulların mübadiləsi qadağandır.

4.1.6. Pulların brezent çantalara qablaşdırılması PM-lərin BK-də, PŞ-lərdə isə əsas kassanın yerləşdiyi otaqlarda (anbarlarda) həyata keçirilir. Bu əməliyyatların düzgün və vaxtında aparılmasına PM-lərdə BK-nin rəisi (əməliyyatçısı) PŞ-lərdə isə şöbə rəisləri (rəis müavinləri) məsuliyyət daşıyırlar.

4.1.7. Pul məbləğlərinin daşınması üçün   inkassator (müşayiətçi) vəzifəsinə müvafiq qaydada yoxlanılmış, etibarlı, silahdan istifadə etməyi bacaran, silah gəzdirməyə xüsusi icazəsi olan, daşınma və mühafizə qaydalarını yaxşı bilən şəxslər qəbul edilməlidir. PM-in rəhbəri həmin işçiləri dərhal “Rabitə Nazirliyi sistemində xidməti silahların dövriyyəsi qaydaları haqqında təlimat”ın müvafiq bölmələri ilə tanış edir.

4.1.8. İstisna hal kimi, pulların müşayiəti üzrə ikinci inkassator (müşayiətçi) vəzifəsinin icrası yuxarıda qeyd edilmiş tələblərə cavab verən sürücüyə həvalə edilə bilər.

4.1.9. Daşınma zamanı, PM-in BK-dən və ya PŞ-dən götürülmüş giymətli brezent çantaların alınmasına dair sənədləri imzalamış inkassatorlar (müşayiətçilər) birgə məsuliyyət daşıyırlar və bununla bağlı onlardan müvafiq iltizamnamə alınır.

4.1.10. Xidməti vəzifələrini yerinə yetirərkən inkassator (müşayiətçi), o cümlədən bu vəzifənin icrası həvalə edilmiş sürücülər silah, onun gəzdirilməsi hüququnu verən vəsiqə, həmçinin mübadilə hüququ verən xüsusi vəsiqə ilə təmin edilirlər.

4.1.11. Reysə göndərilən hər bir avtomaşın üçün BK-nin rəisi (əməliyyatçısı) bir nüsxədən ibarət F.24-İ marşrut qaiməsi (Əlavə 16) tərtib edir. Eyni zamanda inkassatorlardan (müşayiətçilərdən) birini reys üzrə əsas cavabdeh təyin edərək bu haqda F.24-İ marşrut qaiməsində müvafiq qeyd aparır.

4.1.12. Reys üzrə əsas cavabdeh təyin edilmiş inkassatorun (müşayiətçinin)  sərancamının icrası ikinci inkassator (müşayiətçi) və reysə xidmət edən sürücü üçün mütləq hesab edilir.

Reys müddətində avtomaşın yalnız F.24-İ marşrut qaiməsində göstərilən PŞ-lər yerləşən marşrut üzrə hərəkət etməlidir. Bütün marşrut boyu və mübadilə aparılan dayanacaqlarda avtomaşının mühərriki fasiləsiz işləməli, sürücü avtomaşından düşməməli, avtomaşının arxa qapıları içəridən kilidlənməlidir.

4.1.13. Qiymətlilərin inkassasiyası zamanı nəqliyyat vasitəsi sıradan çıxarsa və ya inkassatorlardan biri xəsarət alarsa, dərhal PM-in rəhbərliyinə məlumat verilməli (bu məqsədlə əsas cavabdeh inkassator (müşayiətçi) xidməti mobil (CSM və ya CDMA) telefonla təmin edilir), xəsarət alan şəxsə ilkin yardım göstərilməli, qiymətlilərin mühafizəsi təşkil edilməli və onların təyinat yerinə çatdırılması üçün şəraitə uyğun olaraq əlavə tədbirlər görülməlidir.

4.1.14. İnkassatorlar (müşayiətçilər) bilavasitə pulların daşınması üzrə funksiyaları yerinə yetirməlidirlər. Reys zamanı onlara hər hansı digər xarakterli işin tapşırılması və ya avtomaşında reysin xidməti ilə əlaqəsi olmayan kənar şəxs və yüklərin daşınması qəti qadağandır.

4.1.15. Avtomaşın marşrutla hərəkət edərkən reys üzrə təyin edilmiş əsas cavabdeh inkassator (müşayiətçi) arxa oturacaqda əyləşir və çantalar olan brezent kisəni mühafizə edir. İkinci inkassator (müşayiətçi) əlində portfel olmaqla sürücünün yanında oturmalıdır. O, yalnız çantanı təhvil vermək və ya qəbul etmək üçün maşından çıxa bilər.

4.2. Limitdən artıq nağd pulların PŞ-lərdən PM-ə göndərilməsi

4.2.1. PŞ-də limitdən artıq nağd pulların qablaşdırıldığı brezent çantaların birkası bu Qaydaların 2.4.2-ci bəndinin 2-ci abzasına uyğun rəsmiləşdirilir.

4.2.2. Göndərilmək üçün hazırlanmış brezent çantalara PŞ-də iki nüsxədən ibarət F.16 qaiməsi tərtib edilir. Qaimədə tarix, qaimənin nömrəsi (nömrələnmə il üzrə aparılır), brezent çantanın birkada göstərilmiş nömrəsi və çəkisi yazılır. Qaimənin hər iki nüsxəsində çantanın qablaşdırıldığı günün təqvim ştempeli vurulur və bu Qaydaların 2.1.9-cu bəndinə uyğun olaraq PM-ə  məlumat verilir.

4.2.3. Avtomaşın reysə çıxmamışdan əvvəl PM rəhbərinin müavini və ya əmrlə bu iş həvalə edilmiş şəxs PŞ-lərdən daxil olmuş kodlaşdırılmış məlumatları köməkçi nağd pulların inkasasiyası üçün tərtib edilən F.RN-44 arayışına yazır. Həmin arayışda PŞ-lərin adları və onlardan göndərilməli olan pulların məbləği göstərilir. Arayış, onu tərtib edən tərəfindən imzalanır.

4.2.4.Tərtib edilmiş F.RN-44 arayışı əsasında PM-nin BK-nin rəisi (əməliyatçısı) bir nüsxədən ibarət F.24 İ marşrut qaiməsi tərtib edir və qaimənin üz tərəfində onun nömrəsini (nömrələnmə il üzrə aparlır), reysə çıxılan günün tarixini, vaxtını (saat, dəqiqə) inkassatorların (müşayiətçilərin) soyadlarını yazır. Marşrut qaiməsinin arxa tərəfində PŞ-lərinin adları və onlara təhvil verilməli olan boş brezent çantaların nömrələri yazılır.

4.2.5. İnkassatorlar (müşayiətçilər) BK-nin rəisindən (əməliyyat-çısından) mübadilə hüququ verən vəsiqəni alırlar. Reys üzrə əsas cavabdeh inkassator (müşayiətçi) həmçinin xüsusi kitabda (Əlavə 17) imza etməklə portfeli, boş brezent kisəni və F.24-İ marşrut qaiməsini alaraq reysə çıxırlar.

 4.2.6. Avtomaşının hərəkət istiqaməti barədə reys üzrə əsas cavabdeh inkassator (müşayiətçi) sürücüyə müvafiq göstəriş verir. Avtomaşın marşrut qaiməsində göstərilən    PŞ-lərə gəldikdə inkassator (müşayiətçi) PŞ-yə daxil olur, şöbənin rəisinə və ya onun müavininə F.24-İ marşrut qaiməsini, mübadilə hüququ verən vəsiqəni və boş brezent çantanı təqdim edir.

4.2.7. PŞ-nin rəisi (rəis müavini) F.24-İ marşrut qaiməsinin arxa tərəfində avtomaşının gəldiyi vaxtı, birkada göstərilənlərə uyğun olaraq çantanın nömrəsini və vəzifəsini göstərir, pullar olan çantanın təhvil verilməsinə və boş çantanın alınmasına dair imza edir və mübadilə vaxtını göstərməklə təqvim ştempeli vurur.

4.2.8. İnkassator (müşayiətçi) PŞ-dən qəbul edilmiş çantanı diqqətlə nəzərdən keçirir və möhürün bütövlüyünü yoxlayır. İnkassator (müşayiətçi) F.16 qaiməsinin əslində göstərilən nömrə ilə brezent çantanın birkasında göstərilən nömrəni tutuşdurur, çantanın çəkisini yoxlayır və çantanın qəbuluna dair F.16 qaiməsinin surətində imza edir. Alınmış çantanı, F.24-İ marşrut qaiməsini, həmçinin F.16 qaiməsinin əslini portfelə qoyaraq avtomaşına gətirir.

4.2.9. Reys üzrə əsas cavabdeh inkassator və ya müşayiətçi brezent çantanı, F.16 qaiməsinin əslini və F.24-İ marşrut qaiməsini inkassatordan (müşayiətçidən) alır, birkada göstərilmiş məlumatları F.16 qaiməsinin əslindəki və F.24-İ marşrut qaiməsindəki yazılışla üzləşdirir, çantanın xarici görünüşünü nəzərdən keçirərək, onu brezent kisəyə qoyur.

4.2.10. F.24-İ marşrut qaiməsində göstərilən bütün PŞ-lər ilə mübadilə aparıldıqdan sonra inkassator (müşayiətçi) PM-in BK-nə qayıdır. Orada mübadilə hüququ verən vəsiqələri, F.16 qaimələrinin əslini, F.24-İ marşrut qaiməsini, boş portfeli, brezent kisəni və pullar olan brezent çantaları, silahı və xüsusi vəsiqəni təhvil verir və bu barədə xüsusi kitablarda imza edir.

4.2.11. BK-nin rəisi (əməliyyatçısı) pullar olan brezent çantaların xarici görünüşünü diqqətlə nəzərdən keçirir, birkada, F.16 qaimələrinin əslində və F.24-İ marşrut qaiməsində göstərilən məlumatları üzləşdirir. Bundan sonra o, F.16 qaimələrinin, F.24-İ qaiməsinin, mübadilə hüququ verən vəsiqənin və bu Qaydaların

4.2.5-ci bəndində göstərilən digər əşyaların alınmasına dair xüsusi kitabda imza edir. Qaimələr ertəsi gündən gec olmayaraq PM-in mühasibatlığına təhvil verilir. Brezent çantalar açılır və pullar bu Qaydaların 2.4.6-cı bəndinə uyğun olaraq mədaxil edilir.

4.3. Köməkçi nağd pulların PM-in BK-dən PŞ-lərə göndərilməsi

4.3.1. PŞ-lərdən alınmış kodlaşdırılmış sifarişlər əsasında ödənişləri təmin etmək üçün brezent çantalarda göndərilməli olan nağd pul məbləğlərinə dair PM-in rəis müavini (istismar üzrə mühəndisi) və ya əmrlə həvalə olunmuş məsul şəxs tərəfindən bu Qaydaların 2.5.1-ci bəndinə uyğun olaraq F.RN-45 sərəncamı tərtib edilir.

4.3.2. PM-in BK-də sərəncama əsasən göndərilməli olan nağd pullar, bu Qaydaların 2.5.3-ci bəndinə uyğun olaraq, brezent çantalara qablaşdırılır. Çantalar bu Qaydaların 2.5.6-2.5.7-ci bəndlərinə uyğun olaraq rəsmiləşdirilir və 2.5.8-ci bəndə uyğun olaraq inkassatora (müşayiətçiyə) təhvil verilir.

4.3.3. BK-nin rəisi (əməliyyatçısı) F.RN-45 sərəncamına əsəsən, bu Qaydaların 4.2.4-cü bəndinə uyğun olaraq, PŞ-lərin adlarını qaimənin üz tərəfində göstərməklə F.24-İ marşrut qaiməsi tərtib edir.

4.3.4. Reys üzrə əsas cavabdeh   inkassator (müşayiətçi) F.24-İ marşrut qaiməsində aparılmış yazılışla BK-dən alınmış pul ilə dolu brezent çantaların nömrələrini üzləşdirir, onların xarici görünüşünə diqqətlə nəzər yetirir, hər bir çantanın çəkisini yoxlayır, F.16 qaiməsinin surətində brezent çantaların sayını rəqəmlə və yazı ilə göstərərək, onların alınmasına dair imza edir. Çantaları brezent kisəyə qoyaraq, digər inkassatorun (müşayiətçinin) müşayiəti ilə, bu Qaydaların 4.2.5-ci bəndinə əməl edilməklə avtomaşına aparır.

Reys üzrə əsas cavabdeh inkassator (müşayiətçi) F.16 qaimələrinin əslini F.24-İ marşrut qaiməsinə əlavə edir (F.16 qaimələrinin surətləri BK-nin həmin gün üçün sənədlərinə əlavə edilir).

4.3.5. PŞ-yə gələrkən reys üzrə əsas cavabdeh inkassator (müşayiətçi) həmin PŞ üçün nəzərdə tutulmuş brezent çantanı və F.24-İ marşrut qaiməsini digər inkassatora (müşayətçiyə) verir. İnkassator (müşayiətçi) brezent çantanı F.24-İ marşrut qaiməsini PŞ-yə aparır, mübadilə hüququ verən vəsiqəsini təqdim edərək, brezent çantanı və F.24-İ marşrut qaiməsini PŞ-nin rəisinə verir.

4.3.6. PŞ-nin rəisi marşrut qaiməsini və nağd pullar olan brezent çantanı alaraq, brezent çantaya bərkidilmiş birkada göstərilən nömrəni və çəkini F.24-İ marşrut qaiməsində göstərilən məlumatlarla tutuşdurur, çantanın salamatlığına və möhürün bütövlüyünə əmin olduqdan sonra çantanın çəkisini yoxlayır, F.24-İ marşrut qaiməsində avtomaşının gəlmə vaxtını göstərərək, çantanı almasına dair imza edir və təqvim ştempeli vurur.

Bundan sonra PŞ-nin rəisi F.24-İ qaiməsinin ayrıca sətrində qaytardığı boş brezent çantanın nömrəsini yazır, tarixi göstərməklə imza edərək çantanı inkassatora (müşayiətçiyə) təhvil verir.

3.3.7. Avtomaşına qayıdan inkassator (müşayiətçi) F.24-İ marşrut qaiməsini, həmçinin boş brezent çantanı reys üzrə əsas cavabdeh inkassatora (müşayiətçiyə) verir, o isə F.24-İ marşrut qaiməsinin düzgün rəsmiləşdirildiyini və boş brezent çantaların nömrəsinin qaimədə göstərilənlərə uyğunluğunu yoxlayır.

4.3.8. F.24-İmarşrut qaiməsində göstərilən bütün PŞ-lərdə olduqdan sonra PM-ə qayıdan zaman inkassator (müşayiətçi) reysə dair bütün sənədləri, mübadilə hüququ verən vəsiqəni, boş çantaları və digər əşyaları bu Qaydaların 4.2.10-cu bəndinə uyğun olaraq təhvil verir.

4.3.9. Bu Qaydaların yerinə yetirilməsinə PM rəhbərləri, onların müavinləri (istismar üzrə mühəndislər), baş mühasiblər, BK-nin rəisləri (əməliyyatçıları), PŞ-lərin rəisləri və kassa əməliyyatlarının aparılması həvalə edilmiş digər vəzifəli şəxslər cavabdehdirlər.