BAZAR ERTƏSİ, 22 Yanvar 2018

 

 

 

 

 

 


 

 

e-h

 


 

odenis ONLAYN ÖDƏNİŞLƏR

 


 

 

eimza

 


 

POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ

 

Калькулятор расчета пеноблоков смотрите на этом ресурсе
Все о каркасном доме можно найти здесь http://stroidom-shop.ru
Как снять комнату в коммунальной квартире смотрите тут comintour.net
1. Ümumi hissə

 

1. Ümumi hissə

1.1. Ümumi müddəalar. Bu qaydalar “Poçt Rabitəsi haqqında”, “Telekommunikasiya haqqında”, Azərbaycan Respublikası Qanunlarına, Ümumdünya Poçt İttifaqının və Beynəlxalq Telekommunikasiya İttifaqının aktlarına, “Poçt rabitəsi Qaydaları”na, o cümlədən Regional Rabitə və Əməkdaşlıq Təşkilatının sənədlərinə uyğun olaraq istifadəçilər ilə Milli Operator (bundan sonra MO) arasında daxili və beynəlxalq teleqramların qəbulu, onların müəyyən edilmiş nəzarət keçid müddətlərində ünvan sahiblərinə çatdırılmasına, poçt müəssisələrinin (gələcəkdə PM adlanacaq) və istifadəçilərin məsuliyyətinə, o cümlədən teleqramların işlənməsi, kompüter vasitəsilə ötürülməsinə dair prosedurları müəyyən edir.

1.2. Teleqramların kateqoriya və növləri.

1.2.1. Teleqramların mübadilə növləri:

1.2.1.1. ötürmə istiqamətlərinə görə teleqramlar iki hissəyə bölünür:

daxili teleqramlar – Azərbaycan Respublikası daxilində qəbul edilən və çatdırılan teleqramlar;

beynəlxalq teleqramlar – xarici ölkələrə göndərilən və xarici ölkələrdən daxil olan teleqramlar;

1.2.1.2. bütün teleqramlar keçid mərhələsindən asılı olaraq üç qrupa bölünür:

“çıxan” - göndəricilərdən poçt rabitəsi müəssisələrində qəbul edilənlər;

“Tranzit” - aralıq poçt müəssisəsindən istifadə edilməklə təyinat yerinə ötürülənlər;

“daxil olan” – poçt müəssisəsi tərəfindən ünvan sahiblərinə çatdırılanlar.

1.2.1.3. Daxili teleqramlar da öz növbəsində iki qrupa bölünür:

“ kənar teleqram” – ölkənin poçt müəssisələri   arasında mübadilə edilənlər;

“yerli teleqram” – bir poçt müəssisəsi daxilində (kənd, qəsəbə, rayon mərkəzi, şəhər) qəbul edilib çatdı­rılanlar.

1.2.2. Daxili teleqramlar 4 kateqoriyaya bölünür:

“Növbədənkənar”;

“Hökuməti”;

“Təcili”

“Adi”

Beynəlxalq teleqramlar 2 kateqoriyaya bölünür:

“Təcili”

“Adi”

1.2.2.1. “ Növbədənkənar” teleqramlara aiddir:

“ Qəzarabitə”;

“ Fırtına ”;

“Meteo”;

“Avia”;

1.2.2.2. “ Təcili” qeydli teleqramlara aiddir:

haqqı təcili tariflə ödənilən və təyin olunmuş nəzarət keçid müddətində çatdırılan teleqramlar.

1.2.2.3.“Adi” teleqramlara, kateqoriya haqqında qeyd olmayan teleqramlar aiddir.

1.2.3. Daxili teleqramlar 11 növə bölünür:

çatdırılması haqqında teleqramla “ Xəbərnamə” ilə;

“Poçtla sifarişli” qeydli teleqramlar – kompüter olmayan poçt şöbələrinə (bundan sonra PŞ adlandırılacaq) ünvanlanan teleqramlar;

göndəricinin göstərdiyi tarixdə ünvan sahibinə çatdırılan teleqramlar;

“ Lüks” bədii blankında çatdırılan teleqramlar ( təbrik və s.), (Müqavilə əsasında);

“ De Lüks” bədii blankında çatdırılan teleqramlar ( hüznlə əlaqədar), (Müqavilə əsasında);

mətni təsdiq olunmuş teleqramlar;

gondəricinin imzası təsdiq olunmuş teleqramlar;

“P” seriyalı teleqramlar ( hərbi hissələrə ünvanlanan və ezamiyyətdə olan şəxslər tərəfindən göndərilən teleqramlar);

“Sxem “ teleqramlar;

xidməti teleqramlar;

haqqı əvvəlcədən ödənilən teleqramlar.

1.2.4. Beynəlxalq teleqramlar 8 növə bölünür:

“Poçtla sifarişli” qeydli teleqramlar;

göndəricinin göstərdiyi tarixdə ünvan sahibinə çatdırılan teleqramlar;

mətni təsdiq olunmuş teleqramlar;

gondəricinin imzası təsdiq olunmuş teleqramlar;

“Lüks” bədii blankında çatdırılan teleqramlar (təbrik və s.);

“De Lüks” bədii blankında çatdırılan teleqramlar (hüznlə əlaqədar);

xidməti teleqramlar (yalnız “Azərpoçt” DM tərəfindən göndərilir);

- haqqı əvvəlcədən ödənilən teleqramlar.

 1.3. “Qəzarabitə”, “Fırtına”, “Meteo” və “Avia” kateqoriyalı teleqramlar aşağıda gostərilənlər tərəfindən verilir:

1.3.1. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rabitə vasitələrində baş verən hadisələrə və onların vəziyyətinə dair məlumatlar “Qəzarabitə” qeydi ilə qəbul olunur. Bu teleqramlar RİTN-in rabitə operatorlarının məsul şəxsləri tərəfindən verilir.

1.3.2. “ Fırtına” qeydli teleqram ölkənin müxtəlif sahələrini, radiasiyanı, dəniz donanmasını, dəmir yol və avtomobil nəqliyyatını və s. xəbərdar etmək üçün müxtəlif təhlükəli atmosfer hadisələri (tufan, qasırğa, duman və s.), həmçinin kütləvi bədbəxt hadisələr (sel, zəlzələ, meşə yanğını, havanın yüksək hədli çirklənməsi, radiasiya) baş verən zaman verilir.

“Fırtına” qeydli teleqramları meteoroloji-hidroloji” stansiyalar, hidrometeoroloji mərkəzlər, institutlar, Dövlət hidrometeoroloji xidmətinin bütün məntəqələri, mülki, hava, dəniz donanması, Fövqəladə Hallar Nazirliyinin bütün bölmələri, İcra Hakimiyyətləri, RİTN-nin müəssisə rəhbərləri, hərbi qərargahlar, hərbi komissiyalar vermək hüququna malikdirlər.

1.3.3. “ Meteo” qeydli teleqramlar müşahidə hidrometroloji stansiyaları tərəfindən verilir. Bu teleqramlarda əsasən faktiki hava şəraiti, hidroloji və aqrometroloji müşahidə nəticələri haqqında məlumatlar verilir.

1.3.4. “Avia” kateqoriyalı teleqramlar ilə operativ hava məlumatı, hava haqqında müşahidə nəticələri, aviasiyanın məcburi yerə enməsi, uçuş şəraitinin olmaması və s. haqqında məlumatlar verilir.

1.3.5. “Hökuməti” kateqoriyalı teleqramları göndərmək hüququna bu qaydalara əlavə edilmiş siyahıda adları göstərilmiş vəzifəli şəxslər malikdirlər (Əlavə 1).

1.4. Teleqramların qəbulu.

1.4.1. Teleqramın dili:

1.4.1.1. Azərbaycan Respublikası daxilində teleqramlar azərbaycan dilində latın əlifbası və ərəb rəqəmləri ilə tərtib olunur;

1.4.1.2. beynəlxalq teleqramlar təyinat ölkəsinin dilində, ingilis və ya fransız dillərində latın əlifbası və ərəb rəqəmləri ilə tərtib olunur;

1.4.1.3. beynəlxalq teleqramların ünvan və xidməti qeydlər hissəsi təyinat ölkəsinin dilində, ingilis və ya fransız dillərində latın əlifbası və ərəb rəqəmləri ilə, mətn isə azərbaycan dilində latın əlifbası ilə yazıla bilər;

1.4.1.4. MDB ölkələrinə, Litva və Estoniya respublikalarına göndərilən teleqramların ünvan hissəsi xidməti qeydlərin və alıcının adı, soyadı, atasının adı təyinat ölkəsinin dilində və ya rus dilində, kiril və ya latın əlifbası və ərəb rəqəmləri ilə, mətni isə istənilən dildə kiril və ya latın əlifbası və ərəb rəqəmləri ilə yazılır;

1.4.1.5. daxili və beynəlxalq teleqramlarda latın əlifbasından, MDB ölkələri, Litva və Estoniya Respublika­larına ünvanlanan teleqramlarda isə latın və kiril əlifbalarından, ərəb rəqəmlərindən və durğu işarələrindən istifadə edilir:

Latın əlifbası: A, B, C, D, E, F, G, H, İ, K, L, M, N, O, P, Q, R, S, T, U, V, X, Y, Z.

Kiril əlifbası: А, В, Г, Б, Д, Ж, З, К, Л, М, Н, О, П, Р, С, Т, У, Ф, Х, Ц, Ь, Ш, Ъ, Э, Ю, Я

Ərəb rəqəmləri: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0

Durğu işarələri:

nöqtə ---------------------------------------.

vergül --------------------------------------,

iku nöqtə və ya bölmə ----------------:     

sual işarəsi ------------------------------- ?

üstəgəl isarəsi -------------------------– +

defis, tire və ya çıxma işarəsi -------- -

kəsr xətti ---------------------------------- /

mötərizə açmaq ------------------------- (

mötərizə bağlamaq --------------------- )

bərabərlik --------------------------------- =

nömrə ------------------------------------- №

nida işarəsi ------------------------------- !

1.4.2. Teleqramin tərtib olunması və ünvanın yazılması:

1.4.2.1. teleqramlar F.TQ-1 və F.TQ-22 blanklarındalavə 2, 3, 4, 5) göndərici tərəfindən diyircəkli qələmlə və ya çap edilməklə aydın və düzəlişə yol verilməməklə yazılır. Müstəsna hallarda teleqrama edilmiş düzəliş, teleqram blankının aşagı hissəsində göndəricinin imzası ilə təsdiqlənir.

1.4.2.2. Teleqram, göndərici tərəfindən onun kateqoriyası və növü göstərilməklə aşağıdakı qaydada tərtıb olunur:

- ünvan (daxili teleqramlarda ardıcıllıq: kənd, qəsəbə, rayon mərkəzi, şəhər; beynəlxalq teleqramlarda: əvvəlcə ölkə, sonra göstərilən ardıcıllıq; bunlardan sonra teleqramın çatdırılması üçün vacib olan digər ünvan göstəriciləri: təyinat məntəqəsində poçt şöbəsinin indeksi, küçənin adı, evin, mənzilin və telefonun nömrəsi);

ünvan sahibinin adı, soyadı, (atasının adı, tələb olunarsa);

teleqramın mətni;

göndəricinin adı, (imzası, tələb olunarsa);

1.4.2.3. teleqram blankının aşağı hissəsində xəttin altında göndəricinin ünvanı, soyadı, adı, telefon nömrəsi və yaYolüstü” qeydi yazılır.Bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür;

1.4.2.4. Ali Hakimiyyət Orqanlarına ünvanlanan teleqramların mətnində göndəricinin adı, soyadı, atasının adı, yaşadığı yerin, işin, təhsil ocağının adı və ünvanı göstərilir. Bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanır, göndəricidən haqq alınır və kompüterlə ötürülür.

 Teleqram blankının aşağı hissəsində xəttin altında göndəricinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları göstərilir. Bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür;

1.4.2.5. qrup adından Dövlət orqanlarına göndərilən teleqramlarda teleqramı imzalayan bütün şəxslərin adları və soyadları, göndəricinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları göstərilir,haqqı ödənilən sözlər kimi hesablanır və kompüterlə ötürülür;

1.4.2.6. teleqramın mətnində nalayiq sözlər və söyüş xarakterli ifadələr yazılmış, həmçinin mətnsiz, yalnız ünvandan ibarət olan teleqramlar qəbul olunmur;

1.4.2.7. “Tələb olunanadəkqeydli teleqramlar poçt müəssisələrinə, abunə qutularına, kənd yerlərinə alıcının adı, soyadı, atasının adı tam göstərildikdə qəbul olunur;

1.4.2.8. poçt müəssisəsi olmayan yaşayış məntəqəsinə, o cümlədən kompüter olmayan PŞ-lərə ünvanlanan teleqramlar qəbul edildikdə, teleqramın çatdırılma üsuluPoçtla sifarişlimütləq yazılmalıdır.

1.4.3. Hüquqi şəxslərdən dəstə ilə teleqramların qəbulu:

1.4.3.1. sayından asılı olmayaraq hüquqi şəxslərdən teleqramlar F.103 siyahıları üzrə qəbul edilirlavə 6). Siyahı hüquqi şəxsin məsul işçisi tərəfindən imzalanaraq möhürlə təsdiqlənir. F.103 siyahısı rəsmiləşdirildikdən sonra poçt müəssisəsinin işçisi tərəfindən imzalanır və 1-ci nüsxəyə təqvim ştempeli vurularaq ödəniş qəbzi ilə birlikdə hüquqi şəxsin nümayəndəsinə verilir. Hüquqi şəxslərin göndərdiyi teleqramların imza yerində (ödənişli hissədə) göndəricinin vəzifəsi,soyadı və hüquqi şəxsin adı göstərilir. Teleqram blankının aşağı hissəsində, xəttin altında vəzifəsi göstərilməklə hüquqi şəxsin soyadı göstərilərək imzalanır dənişsiz hissədə) və möhür vurulur. Teleqram hüquqi şəxsə məxsus blankda çap olunmuş halda və ya əl yazması ilə tərtib olunaraq təhvil verilir. Qarşılıqlı hesablaşma, verilmiş ödəniş qəbzi və F.103 siyahısı əsasında həyata keçirilir.

Teleqramlar F.103 siyahısı ilə qrup halında qəbul edilərkən hər bir siyahı üçün ayrıca ödəniş qəbzi yazılır. Bu halda ödəniş qəbzlərinin nömrəsinə kəsrlə F.103 siyahısındakı sıra nömrələri əlavə edilir və teleqramların nömrələri formalaşır. Kəsrin surətində qəbzin nömrəsi, məxrəcində isə siyahıdakı sıra nömrələri yazılır. Ödəniş qəbzində qəbzin sıra nömrəsindən sonra kəsrlə 1-dən başlayaraq tire işarəsi qoyularaq axırıncı teleqram üzrə nömrə yazılır (Məsələn: 210150/1-21). Bu nömrələr ardıcıllıqla teleqramlara yazılır. Ödəniş qəbzində “Müştərinin adı” sətrində göndərici hüquqi şəxsin adı, “Ünvansətirində “Siyahı ilə” sözü, “MəzmunqrafasındaTeleqramlar”, “Ay, saatqrafasında teleqramların qəbul vaxtı və sayı, “Məbləğ” qrafasında isə F.103 siyahısı üzrə hesablanmış ümumi rüsumun məbləği yazılır;

1.4.3.2. bir hüquqi şəxs tərəfindən eyni mətnli və eyni imzalı bir-neçə məntəqəyə və ya ünvana göndərilən teleqramın yalnız əslində məsul şəxsin imzası, soyadı və hüquqi şəxsin möhürü olmalıdır. Digər nüsxələr çap üsulu və ya əl ilə yazılır, hüquqi şəxsin məsul işçisi tərəfindən “Əsli ilə düzdürqeydi yazılaraq imzalanır və möhür vurulmaqla təhvil verilir;

1.4.3.3. bir neçə hüquqi şəxs tərəfindən göndərilən teleqramlarda hər bir hüquqi şəxsin rəhbərinin ayrı-ayrılıqda imzası və möhürü olmalıdır.

1.4.4. Teleqramların qəbulunun təşkili üzrə ümumi göstərişlər:

1.4.4.1. poçt müəssisələrində müştərilərdən teleqramların qəbulu müəyyən edilmiş iş rejimləri müddətində həyata keçirilir.

1.4.4.2. daxili və beynəlxalq teleqramların rüsumları təsdiqlənmiş tarif üzrə ödənilir;

1.4.4.3. teleqramlar üçün göndəricilərlə hesablaşma aşağıdakı üsullarla aparılır:

nağd üsulla;

qeyrinağd üsulla;

avans pul köçürməklə;

ödənilmiş cavab talonları ilə;

sonradan hesablaşmaqla kreditlə ( teleqramlar telefonla qəbul edildikdə);

1.4.4.4. poçt müəssisələrində teleqramı qəbul edən işçi borcludur;

nəzakətli və diqqətli olmağa, teleqramın qəbulu və çatdırılmasına dair suallara cavab verməyə, teleqramın tərtibinə və ünvanlanmasına lazımı köməklik göstərməyə, teleqramın hansı növ üzrə göndərilməsinin daha məqsədəuyğun olduğunu göndəriciyə məsləhət görməyə;

teleqram poçt şöbəsi olmayan yaşayış məntəqələrinə ünvanlandıqda, teleqramlarda “Poçtla-sifarişli” qeydini etməyə və belə teleqramların çatdırılmasının xüsusiyyətlərini göndəriciyə izah etməyə;

iş günü məhdud olan poçt müəssisələrinə ünvanlanan teleqramların çatdırılması ilə əlaqədar PŞ-lərin iş rejimi, bayram və istirahət günləri haqqında, həmçinin yola çıxmaq, gəlib çatmaq, qarşılamaq, bədbəxt hadisə və s. mətnli təcili teleqramın çatdırılması müddətləri barədə göndəriciyə məlumat verməyə;

- əgər göndərici teleqramın təcili kateqoriya ilə qəbul edilməsində israr edərsə, bu zaman teleqramın çatdırılması ilə əlaqədar onun xəbərdar edilməsi barədə teleqram blankının arxasında müvafiq qeyd edilməklə göndəriciyə imza etdirməyə.

1.4.5. Telefonla teleqramların kreditə qəbul edilməsi:

1.4.5.1. telefonla “ Mətni təsdiq edilmişdir”, beynəlxalq, Ali Hakimiyyət Orqanlarına ünvanlanan və hüquqi şəxslər tərəfindən verilən, həmçinin xidməti xarakterli teleqramlar istisna olmaqla, bütün kateqoriya və növlər üzrə teleqramlar qəbul olunur. Telefonla qəbul edilən teleqramların mətni 50 sözdən artıq ola bilməz.

1.4.5.2. telefonla teleqramı qəbul etmək üçün Bakı şəhərində və rayon mərkəzlərində bu xidmətin göstə­rilməsi üçün telefon nömrəsi ayrılır, zəng edən abunəçinin nömrəsini göstərən “Caller İD” tipli telefon aparatı qoyulur. Teleqramın qəbuluna dair təyin edilmiş PŞ-yə zəng daxil olduqda, əməliyyatçı müştərinin soyadını, adını, atasının adını və telefon nömrəsini soruşur, sonra kompüterdə bu məlumatların düzgünlüyünü yoxlayır, məlumatlar düzgün olduqdan sonra teleqramın rüsumu hesablanır və rüsumun 5 gün ərzində ödənilməsi, göstərilən müddətdə ödənilmədiyi halda telefonun bağlanacağı abunəçiyə bil­dirilir. Abunəçi şərtlərə razı olduqda teleqram qəbul edilir.

1.4.5.3. mənzil telefonlarından, kənd yerlərində isə istənilən telefondan kreditə teleqramlar qəbul edilərkən göndərici (telefonun abunəçisi) aşağıdakılara maddi və hüquqi məsuliyyət daşıyır:

mənzil telefonlarından kreditə qəbul edilmiş teleqramların hesablarının vaxtında ödənilməsinə;

mənzil telefonlarından qəbul edilmiş teleqramlar üçün verilmiş hesabların, hesabın verildiiyi tarixdən sonrakı 5 gün ərzində ödənilməsinə;

1.4.5.4. telefonla kreditə qəbul edilmiş teleqramların ödənişi gecikdirildiyi halda Telekommunikasiya Qovşaqları tərəfindən “Telefon rabitəsi istifadəsi Qaydaları”na və “Xidmət haqqlarının yığılması haqqında Təlimat”ın tələblərinə uyğun tədbir görülür.

Bu ödəniş üzrə digər prosedurlar Operatorlar arasında bağlanmış müqavilələrlə tənzimlənir. Telefonla kreditə qəbul edilmiş teleqramların ödəniş haqqı istənilən poçt şöbəsində ödənilə bilər.

1.4.6. Teleqramda sözlərin sayılması:

1.4.6.1.teleqramların qəbulu zamanı onun keçdiyi bütün mərhələlərdə sözlərin ötürülməsinin və qəbulunun düzgünlüyünə nəzarət edilməsinə xidmət edən həqiqi sözlər sayılır. Bütün həqiqi sözlər eyni zamanda tarif sözləri hesab edilir, yalnız teleqramın ünvanında şəhər PŞ-lərin nömrələri istisna təşkil edir və rüsum alınmır.

1.4.6.2. teleqramın tarif sözünə aiddir:

teleqramda Azərbaycan dilinin qrammatikasına uyğun yazılan hər bir söz;

təyinat yerinin adında və ünvanda ayrıca yazılan hər bir söz;

rəqəmlərdən, hərflərdən ibarət hər bir qrup və ya işarələrdən, rəqəmlərdən və hərflərdən ibarət qarışıq qrup;

ayrı yazılan hər bir işarə, hərf və ya rəqəm;

durğu işarələri;

hər bir qısaldılmış və ya birləşdirilmiş söz, hüquqi şəxslərin və vəzifənin qısaldılmış adları (Məsələn “ Azərpoçt”, DM, RİTN)

Daxili və beynəlxalq teleqramlarda hərf və işarələrin sayı 10-dan artıq olan söz və işarə qrupunun hər tam və natamam 10 işarəsi ayrıca haqqı ödənilən söz kimi hesablanır. Daxili teleqramlarda sözlərin sayına məhdudiyyət qoyulmur, beynəlxalq teleqramlarda isə sözlərin sayı 300-dən çox olduqda o, iki hissəyə bölünür və ayrı-ayrı teleqram kimi qəbul edilir.

1.4.7. Müxtəlif növlü teleqramların qəbulu:

1.4.7.1. teleqram, onun çatdırılması haqqında xəbərnamə ilə qəbul olunduqda, teleqramın ünvanının əvvəlində göndərici “Teleqramla xəbərnamə” qeydini edir (Əlavə 7, 8, 9).

1.4.7.2. “Abunə qutuları”na hərbi hissələrə, gəmilərin sərnişinlərinə və ekipajın üzvlərinə teleqramların çatdırılması haqqında “Teleqramla xəbərnamə” qeydi ilə teleqramlar qəbul edilmir;

1.4.7.3. kompüter olan poçt müəssisələrindən xəbərnamə, səbəb olmadan 10 saat, ərzində alınmadıqda, təyinat yerinə müvafiq xidməti sorğu teleqramı göndərilir, “Tələb olunanadək” qeydli teleqramlar üçün sorğu göndəricinin tələbi ilə onun hesabına göndərilir;

1.4.7.4. göndəricinin arzusu ilə teleqramlar ünvan sahiblərinə bədii blanklarda çatdırılmaqla qəbul edilə bilər. Belə teleqramlar adi və təcili ola bilər. Belə teleqramların ünvanlarının əvvəlində göndərici təbriklə əlaqədar “Lüks”, hüznlə əlaqədar “De Lüks” qeydini yazır (Əlavə 10,11);

1.4.7.5.Göndərici teleqram və sözə görə rüsumdan əlavə bədii blank üçün müəyyən edilmiş məbləği də ödəməlidir.

1.4.8. “Təsdiq olunmuş” qeydli teleqramlar (Əlavə 12, 13):

1.4.8.1. poçt müəssisəsi teleqramla göndərilən etibarnaməni, göndəricinin imzasını təsdiq edə bilər. Belə teleqramların ünvanından əvvəl “Təsdiq olunmuş” qeydi yazılır.

Belə hallarda göndərici teleqramla göndərdiyi faktı təsdiq edən vəsiqə, rəsmi arayış təqdim etməlidir. Təs­diqləyici imzalar teleqramın tərkib hissəsi sayılır, poçt müəssisəsinin məsul işçisi tərəfindən fakt təsdiqlənir və rüsum hesablanır;

1.4.8.2. ayrı-ayrı şəxslər tərəfindən alqı-satqı etibarnaməsi göndərildikdə,etibarnamə notarius tərəfindən təsdiqlənməlidir. Əmək münasibətləri, əmək haqqının alınması və s. ödəmələr ilə əlaqədar vətəndaşlar tərəfindən göndərilən etibarnamələr, onların iş yerlərinin, təhsil ocaqlarının, yaşadığı yerin ərazi inzibati vahidinin (icra nümayəndəliyi), bələdiyyələrin, müalicə olunduğu stasionar müalicə müəssisəsinin rəhbərləri tərəfindən, onların vəzifəsi, soyadı göstərilməklə təsdiqlənir və gerbli möhür vuru­lur.Təsdiqləyici yazılar rüsumu ödənilən sözlər kimi hesablanır;

1.4.8.3. göndərəicinin imzasının təsdiqi poçt müəssisəsinin rəisi və teleqramların qəbulu üzrə məsul işçi tərəfindən həyata keçirilə bilər. Bu zaman göndərici tərəfindən onun şəxsiyyətini və imzasını təsdiq edən sənəd təqdim olunmalıdır. Sənədin məlumatları teleqramın göndəricisi haqqında göstərilən məlumatlar (ünvan, soyad) hissəsinə yazılmalıdır.

1.4.9. Çatdırma müddəti göndərici tərəfindən təyin olunmuş teleqramlar:

1.4.9.1. teleqramların ünvan hissəsinin əvvəlində göndərici “____tarixdə çatdırmalı” qeydini onun tarixini göstərməklə yazır;

1.4.9.2. ” _____ tarixdə çatdırmalı” qeydli teleqramlar təyin olunmuş çatdırma müddətinə 1 gün (24 saat) qalmışdan gec olmayaraq yalnız poçt müəssisəsində telefon rabitəsi olan poçt müəssisələrinə onların iş rejimi nəzərə alınmaqla qəbul edilir;

1.4.10 “P” seriyalı teleqramlar (Əlavə 14):

1.4.10.1. hərbi hissələrə ünvanlanan teleqramlar “P” seriyalı teleqramlara aiddirlər;

1.4.10.2. “P” seriyalı teleqramlar istənilən hüquqi və fiziki şəxs tərəfindən göndərılə bilər;

1.4.10.3. hərbi hisssələrə göndərilən teleqramlar qəbul edilərkən “ “P” seriyali” sözü ünvandan əvvəl teleqramı qəbul edən işçi tərəfindən yazılır;

1.4.10.4. ezamiyyətdə olan şəxslər tərəfindən göndərilən teleqramları da “P” seriyası ilə qəbul etmək olar. “P” seriyalı qeydi göndərici tərəfindən yazilir.

 1.4.11. “Xidməti” teleqramlar:

1.4.11.1. xidməti teleqramlar iki növə bölünür:

poçt göndərişlərinə dair və poçt müssisələrinin və vasitələrinin fasiləsiz (iş rejimi üzrə təyin olunmuş müddətdə) işləməsini təmin etmək məqsədilə poçt müəssisələri tərəfindən istismar və texniki məsələlərlə əlaqədar verilən teleqramlar;

poçt müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi məsələləri ilə əlaqədar MO və poçt müəssisələri tərəfindən verilən teleqramlar;

1.4.11.2. istismar və texniki məsələlər ilə əlaqədar teleqramlar MO və onun tabeli poçt müəssisələrinin, o cümlədən PŞ-lərin rəisləri tərəfindən verilə bilər. Teleqram tərtib olunarkən “Xidməti” qeydi teleqramların ünvan hissəsindən əvvəl yazılır. Sorğu xarakterli teleqramlar (faksla, elektron poçtla) MO tərəfindən, beynəlxalq teleqramlar üzrə isə “Bakı Teleqrafı” ASC tərəfindən mərkəzləşdirilmlş qaydada verilir;

1.4.11.3. beynəlxalq poçt göndərişləri üzrə sorğu xarakterli teleqramlar “Azərpoçt” DM-ə, beynəlxalq teleqramlar üzrə isə “Bakı Teleqrafı” ASC-yə gondərilir;

1.4.11.4. bu qaydaların 1.4.11.4. bəndinə əməl etmədən birbaşa beynəlxalq sorğu teleqramlarının verilməsi qadağandır, bu bəndin tələblərini pozan işçilərə qarşı müvafiq tədbir görülür;

1.4.11.5. təşkilati xarakterli xidməti teleqramlar MO-nun və poçt müəssisələrinin rəhbərləri, onların müavinləri tərəfindən verilir, belə teleqramı vermək hüququ olan rəhbərlər tərəfindən vəzifəsi və soyadı göstərilməklə imzalanır və möhür vurulur. Xəttin aşağısında isə müəssisənin ünvanı, rəhbərin vəzifəsinin tam adı və soyadı yazılır;

1.4.11.6. Xidməti teleqramlar zərurət yarandığı hallarda verılir. Xidməti sorğu teleqramı poçt müəssisəsi işçisinin səhlənkarlığı nəticəsində verildiyi halda, verilən teleqramın rüsumu, xidməti sorğu teleqramının verilməsinə şərait yaradan işçi tərəfindən ödənilir;

1.4.11.7. təşkilati xarakterli xidməti teleqramlar poçt müəssisəsinə F. 103 siyahısı üzrə təhvil verilir. PŞ-də xidməti teleqramlar F. 103 siyahısı ilə üzləşdirilir, sözlər sayılır və qəbula dair ödəniş qəbzi verilir. Qəbz bu qaydaların 1.4.3.1. bəndinə uyğun rəsmiləşdirlir, yalnız rüsum qrafasında məbləğin əvəzinə”Xidməti” sözü yazılır.

1.4.12. Sxem teleqramları:

1.4.12.1. eyni mətnli, eyni imzalı və Respublika daxilində müxtəlif ünvanlara göndərilmək üçün əvvəlcədən tərtib olunmuş F. 103 siyahısı üzrə göndərilən teleqramlar sxem teleqramları adlanır. Sxem teleqramları verən hüquqi şəxslərin siyahısı RİTN tərəfindən müəyyən edilir (Əlavə 15);

1.4.12.2. sxem teleqramları, teleqramı göndərən birlik və rabitə müəssisələrinin rəhbərləri və onların müavinləri tərəfindən imzalanır;

1.4.12.3. sxem üzrə verilən teleqramlarda göndərici ünvan yerinə sözlə sxemin adını yazmalıdır ( Məs. “Sxem dörd”). “Azərpoçt” DM tərəfindən göndərilən sxem teleqramları eyni zamanda xidməti teleqramlar kateqoriyasına aiddir;

1.4.12.4. Sxem teleqramları qəbul edilərkən, gondərici sxem teleqramının 1 nüsxədə əslini təhvil verməlidir. Poçt müəssisəsinə təhvil verilən sxem teleqramları müəyyən edilmiş istiqamətlər üzrə göndərilir.

1.4.13. Kompüter olmayan poçt müəsisələrində teleqramlar bu qaydaların 1.4. bəndinə uyğun olaraq qəbul edilir və rəsmiləşdirilir.

1.5. Teleqramların çatdırılması.

1.5.1. Teleqramlar ünvan sahiblərinə aşağıda göstərilən qaydada çatdırılır:

1.5.1.1. poçtalyonlar vasitəsilə ünvan üzrə (mənzilə, hüquqi şəxslərin ofislərinə, onların yerləşdiyi binalara);

1.5.1.2. poçtalyonlar vasitəsilə poçt müəssisəsi olmayan yaşayış məntəqələrindəki ünvanlara;

1.5.1.3. “Tələb olunanadək” qeydli teleqramlar PŞ-lərdə;

1.5.1.4. ünvan sahibinin “ Abunə qutusuna”;

1.5.1.5. ünvan sahibinin razılığı ilə teleqramın çatdırımasını tezləşdirmək məqsədilə teleqram ona telefonla, həmçinin faksla ötürülə bilər. Telefonla ötürülən teleqramın əsli ünvan sahibinə ertəsi gündən gec olmayaraq çatdırılır.

1.5.2. Teleqramlar ünvan sahiblərinə müəyyən edilmiş nəsarət keçid müddətlərində və PŞ-lərin iş rejimləri nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla çatdırılır:

1.5.2.1. növbədənkənar və hökuməti teleqramlar şəhər və rayon mərkəzlərində iş günü ərzində ilk növbədə 1 saat ərzində işlənir və çatdırılır;

1.5.2.2. ölüm hadisəsi, tarixi və vaxtı göstərilən görüşlər barədə verilən təcili və adi teleqramlar şəhər və rayon mərkəzlərində 2 saat ərzində işlənir və çatdırılır;

1.5.2.3. adi teleqramlar şəhərlərdə və rayon mərkəzlərində 4 iş saatı ərzində işlənir və çatdırılır;

1.5.2.4. poçt müəssisəsinin poçtalyonu öz işini başa çatdırmağa 30 dəqiqə qalmış daxil olan teleqramlar həmin gün, bu müddətdən sonra daxil olan teleqramlar ertəsi gün saat 10.00 –a qədər çatdırılır;

1.5.2.5. hüquqi şəxslərin ünvanına daxil olan təcili teleqramlar 2 saat, adi isə 4 saat ərzində işlənir və çatdırılır;

1.5.2.6. hüquqi şəxslərin iş vaxtından sonra, bayram və istirahət günlərində daxil olan teleqramlar, hüquqi şəxsin növbəti iş günündə saat 10.00-a qədər çatdırılır;

1.5.2.7. hüquqi şəxsin poçt müssisələri ilə yazılı razılaşmasına əsasən teleqramların onlara vaxtaşırı çatdırılmasına icazə verilir. ( gündə 2-3 dəfə);

1.5.2.8. çatdırma müddəti təyin edilmiş teleqramlar bir gün əvvəl daxil olduqda, təyin olunmuş tarixdə ilk çatdırma ilə ünvan sahibinə çatdırılır;

1.5.2.9. çatdırılması təyin olunmuş gün daxil olan teleqramlar isə PŞ-nin iş günü ərzində nəzarət müddəti nəzərə alınmadan həmin gün çatdırılır;

1.5.2.10. təbrik və xəbərnamə teleqramları ünvan sahiblərinə nəzarət keçid müddəti nəzərə alınmadan PŞ-nin iş günü ərzində həmin gün çatdırılır;

1.5.2.11. kənd poçt şöbələrinə ünvanlanmış və “Poçtla sifarişli” qeydli teleqramlar rayon mərkəzlərindən telefonla PŞ-lərə ötürülür.Telefonla qəbul edilən teleqramlar F.TQ-1 blankına yazılaraq rəsmiləşdirilir. Teleqram, tərtib edilmiş iltizamnamədə imza etdirməklə ünvan sahibinə çatdırılır (Əlavə 16);

1.5.2.12. Hüquqi şəxslər özlərinin tam ünvanının yerinə şərti qısaldılmış poçt ünvanını onlara xidmət edən poçt şöbələrində qeyd etdirə bilərlər. Məsələn: “Bakı-73, H.Cavid prospekti 25, Azərbaycan Texniki Unverisiteti ünvanının əvəzinə “Bakı-73, ATU”. Teleqramın belə ünvanlandırılması onun tez işlənməsi və ötürülməsi üçün xüsusu əhəmiyyət kəsb edir.

Teleqramların qısaldılmış və şərti adlar üzrə çatdırılması üçün qeydiyyata alınmasına görə ildə bir dəfə poşt müssisələrinə tarif üzrə rüsum ödənilir.

1.5.3. Teleqramın verilməsi:

1.5.3.1. hər bir teleqram ünvan sahibinə və ya teleqramın alınmasına səlahiyyəti olan şəxslərə (ünvan sahibinin ailə üzvlərinə və ya etibarnamə verdiyi şəxsə), soyadı, verilmə tarixi və vaxtı göstərilərək iltizamnaməyə imza etdirməklə verilir.

1.5.3.2. “Tələb olunanadək” qeydli teleqramlar, PŞ-lərin iş günü ərzində ünvan sahibi şəxsiyyətini təsdiq edən sənəd təqdim etdikdə iltizamnamədə soyadı, adı, alınma tarixi və saatı göstərilməklə imza etdirilərək verilir;

1.5.3.2. əgər teleqram şəxsən ünvan sahibinə deyil onun atasına, ogluna, qardaşına və digər ailə üzvlərinə verilmişdirsə, poçtalyon bu barədə iltizamnamədə müvafiq qeydlər edir. Ünvan sahibi evdə olmadıqda poçtalyon onun adına teleqram gəldiyi və onu PŞ-dən almağa dəvət etməsi barədə bildiriş qoyur ( poçt qutusuna, qapının dəstəyinə qoyulur və ya qonşuya verilir); (Əlavə 17);

1.5.3.3. hüquqi şəxslərə, mehmanxanada, yataqxanada, istirahət evlərində, sanatoriyada və xəstəxanalarda olan fiziki şəxslərin adına daxil olan teleqramlar, məktub korrespondensiyasının alınması üçün təyin olunmuş şəxsə verilir;

1.5.3.4. “Abunə qutusu”na ünvanlanan teleqramlar, PŞ-lərin bu sahəyə məsul olan isçisinə imza etdirməklə verilir, o isə öz növbəsində teleqramı müvafiq sənədlərdə qeyd etməklə, abunə qutusuna qoyur;

1.5.3.4. hərbi hissələrə ünvanlanmış teleqramlar etibarnamə ilə hərbi hissənin nümayəndəsinə verilir;

1.5.3.5. ünvan sahibi evdə olmadıqda, poçt göndərişlərinin verilməsinə dair xəbərnamə teleqramının onun qonşusuna verilməsinə, poçt qutusuna qoyulmasına icazə verilir və bu barədə sənədlərdə müvafiq qeydlər edilməlidir.

1.5.4. Daxıl olmuş teleqramlara PŞ-nin əməliyyatçısı tərəfindən kompüterdə hər 30 dəqiqədən gec olmayaraq, PŞ-nin rəisi tərəfindən isə nəzarət üçün hər 1 saatdan gec olmayaraq baxış keçirilir və yeni daxıl olmuş teleqramlar dərhal çapa verilir.

1.5.4.1. çap olunmuş teleqramlar çatdırılmaq üçün iltizamnamə ilə birlikdə dərhal poçtalyona verilir;

1.5.4.2.Teleqramların qəbulu, örürülməsi və çatdırılması işlərinin aparılması həvalə edilmiş işçi tərəfindən çatdırmaya verilən teleqramlara dair lazımi qeydlər nəzarət kartına (Əlavə 18) yazılır və poçtalyona imza etdirməklə verılır. Teleqramların çatdırılmasına dair nəzarət kartı ay ərzində hər bir poçtalyon üçün ayrıca aparılır;

1.5.4.3. poçtalyon teleqramın çatdırılmasını təsdiq edən rəsmiləşdirilmiş iltizamnaməni, çatdırılması mümkün olmadıqda isə iltizamnamədə teleqramın çatdırılmamasının səbəbini göstərərək teleqramla birlikdə, təyin olunmuş nəzarət müddətində PŞ-də bu sahəyə məsul işçiyə təhvil verir;

1.5.4.4. alınmış iltizamnamə və ya göstərilmiş səbəb əsasında PŞ-nin məsul işçisi tərəfindən məlumatlar dərhal kompüterə işlənir;

1.5.4.5. daxil olan teleqramlar PŞ-yə aid olmadıqda, ünvan səhv göstərildikdə, ünvan sahibi köçdükdə, ünvan yarımçıq olduqda və s. hallarda bu barədə teleqramı otürən PŞ-yə kodla dərhal xidməti teleqram göndərilir. Teleqram PŞ-yə səhvən daxil olduqda isə, onun düzgün təyinat yeri müəyyənləşdirilir və “Yeni ünvana göndərilir “ qeydi edilərək dərhal təyinatı üzrə ötürülür;

1.5.4.6. poçt müəssisələri qəbul edib ötürdükləri teleqramların ünvan sahiblərinə müəyyən edilmiş nəzarət keçid müddətlərində çatdırılmasına nəzarəti həyata keçirməli, teleqramın çatdırılmaması səbəblərini aydınlaşdırmaq üçün lazım gəldikdə təyinat məntəqəsinə kodlaşdırılmış xidməti sorğu teleqramı göndərməlidirlər.

1.6. Teleqramların göndəricidən ünvan sahibinə çatdırılmasının nəzarət keçid müddətləri

1.6.1. Yerli teleqramlar:

təcili: işlənməsi və ötürülməsi - 30 dəqiqə; çatdırılması - 1 saat 30 dəqiqə;

adi:   işlənməsi və ötürülməsi - 1 saat; çatdırılması - 3 saat;

1.6.2. Beynəlxalq teleqramlar (burada göndərici “Bakı Teleqrafı” ASC-dir):

təcili: işlənməsi və ötürülməsi - 30 dəqiqə; çatdırılması - 1 saat 30 dəqiqə

adi:   işlənməsi və ötürülməsi - 1 saat; çatdırılması - 3 saat;

1.6.2.1. kompüter olan yaşayış məntəqələri arasında və bu məntəqələrlə şəhərlər arasında:

təcili: işlənməsi və ötürülməsi - 30 dəqiqə; çatdırılması - 1 saat 30 dəqiqə;

adi:   işlənməsi və ötürülməsi - 1 saat; çatdırılması - 3 saat;

1.6.2.2. kompüter olmayan yaşayış məntəqələri arasında və bu məntəqələrlə şəhərlər və kompüter olan yaşayış məntəqələri arasında:

təcili: işlənməsi və ötürülməsi - 1 saat; çatdırılması - 3 saat;

adi: işlənməsi və ötürülməsi - 2 saat; çatdırılması - 4 saat;

1.6.3. PŞ-lərin istirahət günü daxil olan teleqramlar ertəsi gün dərhal çapa verilərək çatdırılır və bu nəzarət müddətinin pozulması hesab edilmir.

1.6.3.1. bu qaydaların 1.5.2.4. və 1.5.2.6. bəndlərində nəzərdə tutulan hallarda hüquqi və fiziki şəxslərin adına daxil olan teleqramların növbəti gün çatdırılması nəzarət keçid müddətinin pozuntusu hesab edilmir;

1.6.3.2. Göndərici tərəfindən Respublika tabeli şəhərlərə, rayon mərkəzlərinə ünvanlanan teleqramlarda PŞ-lərin nömrəsi və ya indeksi göstərilmədiyi hallarda nəzarət-keçid müddəti 10 dəqiqə artırılır.

1.7. Teleramlar üzrə əlavə xidmətlər:

1.7.1. Hüquqi və fiziki şəxslərə aşağıdakı əlavə xidmətlər göstərilir:

göndəricinin müraciəti əsasında;

ünvan sahibinin müraciəti əsasında.

1.7.2. Göndəricinin müraciəti əsasında:

1.7.2.1. “Təsdiq edilmişdir” qeydli teleqramlar istisna olmaqla gondəriciyə göndərdiyi teleqramın surətinin verilməsi;

1.7.2.2. teleqramın ünvan sahibinə verılməsi haqqında təyinat yerinə sorğunun verilməsi;

1.7.2.3. gondəricinin göndərdiyi teleqramın ləğv olunması barədə ( əgər teleqram verilməyibsə və qəbuldn 15 dəqiqə keçənədək müddət ərzində);

1.7.2.4. “Tələb olunanadək” qeydli teleqramların saxlanma müddətinin 2 aya qədər artırılması barədə;

1.7.3. Ünvan sahibinin ərizəsi üzrə:

1.7.3.1. teleqramın başqa ünvana çatdırılmsı barədə;

1.7.3.2. “Tələb olunanadək” qeydli teleqramın ünvana çatdırılması barədə;

1.7.3.3. ərizə verən tərəfindən haqqı ödənilməklə ona teleqram göndərənin ünvanı və teleqram haqqında arayış verilməsi barədə.

1.7.4. Poçt müəssiələri tərəfindən əlavə xidmətlərin yerinə yetirilməsi.

1.7.4.1. poçt müəssisəsi tərəfindən əlavə xidmətlərin yerinə yetirilməsi üçün göndərici və ya ünvan sahibi poçt müssisəsinə təqdim etməlidir:

göndərici    - teleqramın qəbulu haqqında qəbz;

ünvan sahibi – alınmış teleqram;

1.7.4.2. bütün əlavə xidmətlər ərizənin verildiyi poçt müəssisəsində icra olunur, lazımı hallarda pullu xidməti teleqramlar göndərilir.

Pullu xidməti teleqramlar adi və ya təcili ola bilər və haqqı ərizə sahibi tərəfindən tarif üzrə ödənilir. Cavab teleqramı üçün ərizə sahibindən əlavə olaraq 15 söz həcmində teleqramın rüsumu məbləğində ödəniş alınır. Pullu xidməti teleqramlara ödəniş qəbzi verilir.

Poçt müəssisələri daxil olan belə sorğu teleqramlarını dərhal icra etməlidirlər.

1.8. Teleqramların rüsumlarının qaytarılması

1.8.1. Teleqram verildikdən keçən 6 ay ərzində teleqramı göndərənin tələbi ilə ona aşağıda göstərilənlər qaytarılır:

1.8.1.1. teleqramın qəbul olunduğu poçt müəssisəsində teleqramın ötürülməsinə başlanmayıbsa göndərici tərəfindən ləğv olunmuş teleqramın rüsumu (ədədə görə rüsumdan başqa);

1.9. Poçt müəssisəsinin məsuliyyəti.

1.9.1. Poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət daşıyırlar:

1.9.1.1. teleqramın mətnində məna dəyişikliyinə səbəb olan təhriflərə yol verilməsinə görə ödəniş haqqının 10 misli miqdarında;

 1.9.1.2. Tələb olunanadək”, “P” seriyalı, poçt müəssisəsinin istirahət günü daxil olan və bu qaydaların 1.5.2.6. bəndində göstərilən teleqramlar istisna olmaqla, teleqramların çatdırılmasında nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10%-i miqdarında;

1.9.1.3. teleqramın çatdırılmaması və gecikdirilməsi ilə bağlı istifadəçinin iradı teleqramın qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi opera torunun istənilən poçt məntəqəsinə verilə bilər.

1.9.1.4. istifadəçilərin daxili teleqramlara dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq teleqramlara görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir.

1.9.1.5. bu qaydaların 1.9.1 və 1.9.2 bəndlərindəgöstərilən kompensasiya və ödəniş haqları göndəriciyə və ya onun yazılı müraciətinə əsasən ünvan sahibinə ödənilir;

1.9.2. Poçt rabitəsi vasitəçilərinin məsuliyyəti:

1.9.2.1. beynəlxalq teleqramların təyinat yerinə ötürülməsində vasitəçilik edən hüquqi şəxs poçt rabitəsi operatorları qarşısında teleqramların onların təqsiri ucbatından təyinat ölkəsinə ötürülməməsinə və itirilməsinə görə poçt operatorlarının istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.

1.9.3. Poçt rabitəsi operatorları aşağıdakı hallarda istifadəçilər qarşısında məsuliyyət daşımırlar:

1.9.3.1.teleqramın çatdırılmaması fors-major hadisəsi nəticəsində baş verdikdə;

1.9.3.2. teleqramın çatdırılmaması ünvanın düzgün göstərilməməsi, ünvan sahibinin köçməsi, vəfat etməsi, imtina etməsi və ünvan sahibinin evdə olmaması səbəblərindən asılı olaraq baş verdikdə;

1.9.3.3. teleqramın çatdırılmaması və gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə;

1.9.3.4. ünvan sahibi, onun səlahiyyətli nümayəndəsi və ya müvəkkili teleqramın qəbuluna dair iltizamnamə verdikdə;

1.9.3.5. məhkəmənin qərarı ilə, teleqramın üzərinə həbs qoyulduğu və ya götürüldüyü hallara görə.

2. Texnoloji hissə

 

2. Texnoloji hissə

2.1. Teleqramların işlənməsi.

2.1.1. Əməliyyatçı kassada teleqramı göndəricidən qəbul etdikdən sonra təkrar olaraq diqqətlə oxuyur. Ünvanın və mətnin tam və düzgün yazılışına əmin olduqdan sonra teleqram blankında teleqramın başlığında qəbul məntəqəsinin adını (şəhər,qəsəbə, rayon,kənd), teleqramın qəbz nömrəsini, sözlərin sayını,tarixi, saatı göstərməlidir. Teleqram ötürülərkən blankın sol tərəfində ötürülmə qrafasında saatı, teleqramın kompüter verdiyi nömrəsini, əməliyyatçının kodu və imzası qeyd olunmalıdır. Teleqram kompüterə işlənilərkən əməliyyatçı diqqətli olmalı, teleqramda ünvanı düzgün göstərməli, indekslər toplu­sundan, məlumat kitabından istifadə edərək teleqramın mətinində təhriflərə yol verməməlidir, sözləri hecalara düzgün bölməli sözləri sətirdən-sətirə düzgün və hecalarla keçirməli, teleqram çap edildikdən sonra bir daha yoxlamalı və teleqram bundan sonra ötürülməlidir.

2.2. Teleqramların ötürülməsi.

2.2.1. Teleqramların qəbulu və göndərilməsi kompüterdə MHM-in serverində "L" rejimində və ya "H" kassa əməliyyatlarının "T" rejimində həyata keçirilir.

2.2.2. Rejim seçıimində "L" və ya "T" yazılır,"Enter" düyməsi basılır. Sonra ekranda teleqram servisində olan 11 rejim işıqlanır. Həmin rejimlər aşağıda qeyd olunanlardır:

1 -Teleqramların göndərilməsi

2 -Teleqramların qəbulu

3 -Göndərilmiş teleqramlara baxış

4 -Teleqramlar üzrə axtarış

5 -Teleqramların çatdırılması haqqında qeyd

6 -Teleqraf indeksləri

8 -Sxemlərə baxış

9 -ŞRŞ-nin dəyişməsi (ŞRŞ-şəhər rabitə şöbəsi)

A -Teleqramların izlənməsi

B -Teleqraf indeksinin dəyişməsi

2.2.3.Teleqramların göndərilməsi.

2.2.3.1.Teleqramların göndərilməsi üçün “L” rejimi və ya “H” rejimində “T” rejimi yığılır. Kompüter bazasına aşağıdakılar daxil edilir:

2.2.3.2. “Indeks”, “hara” [xxxxxx] (teleqram hansı zonaya göndərilirsə həmin zonanın indeksi yığılır).

Məsələn: 025 poct şöbəsinin indeksi [142025]);

2.2.3.3. abunəçinin tipi [x ];

2.2.3.4. göndərilən zona;

2.2.3.5 teleqramın tipi (2.2.3.3, 2.2.3.4. və 2.2.3.5-ci pəncərələrdə lazım olan məlumatı yığmaq üçün hər üç pəncərədə [ ]"X" hərfi yığılır). Ekranda həmin məlumatlar işiqlanacaq, kursoru lazım olan məlumatın uzərinə gətirib "Enter" düyməsi yığılır.Məsələn: Abunəçıinin tipi [X]        

1 - Şəxsi

2 – Müəssisə                        

2.2.4. Teleqramın növü:

2.2.4.1.bir növü qeyd etmək üçün, məs.: “Poçtla sifarişli” onda [200] kimi yığmaq lazımdır;

2.2.4.2. iki növü qeyd etmək üçün, yəni poçtla sifarişli və teleqramla bildirişlini yığmaq üçün [230] yığılmalıdır;

2.2.4.3. ödənişin üsulu aşağıdakı rəqəmlər ilə yığılır:

nağd      - [o];

qeyri nağd - [1];

2.2.4.4. ünvan: “haradan” ( );

2.2.4.5. ünvan: “hara” ( );

2.2.4.6. mətnin yığılması ( );

2.2.4.7. təsdiqləmə ( );

2.2.4.8. imza ( );

2.2.4.9. teleqramı göndərmək ( ).

2.2.4.3, 2.2.4.4, 2.2.4.5, 2.2.4.6, 2.2.4.7, 2.2.4.8-ci pəncərələrə (X) hərfi yazılır və lazımi məlumatlar həmin pəncərələrə doldurulur.

2.2.4.9. bundan sonra teleqramı göndərmək üçün "B" hərfi, göndərilmədikdə isə "X" hərfi yığılır.

Qeyd: əgər mətn bir neçə ünvana ünvalanırsa, mətni yaddaşda saxlamaqdan ötrü "S" hərfi yığılır.Teleqram göndərildikdən sonra mətni yaddaşdan qaytarmaq üçün "O" hərfi yığılır.Mətni vərəqləmək üçün "L" "J" düyməsindən istifadə etmək lazımdır.

2.2.5. Teleqramların qəbulunda 2 rəqəmi yazılır, "Enter" düyməsi yığıldıqdan sonra teleqram varsa onu çapa verib təkrarən "Enter" düyməsini yığmaq lazımdır. Teleqramı çap olunmuş kimi qeyd etmək üçün boş pəncərədə [Y] hərfi yazılır, "Enter" yığılır.

2.2.5.1. Günlər üzrə teleqramlara baxış keçirmək üçün məlumatlar aşağıdakı qaydada və ardıcıllıqla yığılır:

[tarix/ay/il] [ x ] [000000000] [indeks];

Məs.:[03/07/08] [x ] [000000000] [142025];

Bu 03.07.2008-cü il tarixdə 25 saylı poçt şöbəsinə daxil olan və çap olunmayan teleqramları göstərir;

2.2.5.2. [tarix/ay/il] [ x]   [000000000] [indeks].

Məs.:[03/07/08] [ x] [000000000] [142025];

Bu 03.07.2008-cü il tarixdə 25 saylı poçt şöbəsinə daxil olan və çap olunan teleqramları göstərir;

2.2.6. Əvvəlki günlərdə çap olunan teleqramlara baxış keçirmək üçün də məlumatlar eyni qaydada və ardıcıllıqla yığılır, lakin tarix göstərilmir:

Məs:[00/07/08] [x] [000000000] [142025];

2.2.7. Əvvəlki aylar üzrə teleqramlara baxış keçirmək üçün də məlumatlar eyni qaydada və ardıcıllıqla yığılır, lakin tarix və ay göstərilmir:

Məs:[00/00/08] [x] [000000000] [142025]

2.2.8. Göndərilmiş teleqramlara baxış keçirmək üçün 3 rəqəmi yazılır və “Enter” düyməsi yığılır:

2.2.8.1. əvvəlki günlərin teleqramlarına baxış keçirmək üçün məlumatlar aşağıdakı qaydada və ardıcıllıqla yığılır:

[ tarix/ay/il] [x] [000000000] [indeks];

Məs:[ 02/07/08] [x] [000000000] [142025];

2.2.8.2. əvvəlki aylarda çap olunan teleqramlara baxış keçirmək üçün məlumatlar aşağıdakı qaydada və ardıcıllıqla yığılır, lakin tarix göstərilmir:

Məs: [00/07/08] [x] [000000000] [142025];

2.2.8.3. Əvvəlki il ürə teleqramlara baxış keçirmək üçün də məlumatlar eyni qaydada və ardıcıllıqla yığılır, lakin tarix və ay göstərilmir:

Məs: [00/00/08] [x] [000000000] [142025].

2.2.9. Teleqramlara onların nömrəsi ilə baxış keçirmək üçün məlumatlar aşağıdakı qaydada və ardıcıllıqla yığılır:

Məs: [00/00/00] [ ] [400816870] [000000].

2.2.10.Teleqramlar üzrə axtarış üçün 4 rəqəmi yığılır. İstənilən tarixdə teleqramın indeks, göndərilən zona, teleqramın nömrəsi, tipi və s. üzrə axtarışını həyata keçirmək olar.

2.2.11. Teleqramların çatdırılması haqda qeyd aparmaq üçün 5 rəqəmi yığılır.

2.2.11.1.Teleqram ünvançıya çatdırıldıqdan sonra 1-ci pəncərədə teleqramın nömrəsi yazılaraq məlumat pəncərəsində "X" düyməsi yığılmalıdır.

2.2.11.2. Ekranda 12 səbəb işıqlanacaq, kursor "1" rəqəminin üzərində olduğu üçün "Enter" düyməsi yığıl­malıdır, əgər teleqram hər hansı bir səbəbdən çatdırılmayıbsa, kursoru həmin səbəbin üzərinə gətirirərək "Enter" düyməsini yığmaq lazımdır. Qeyd aparıldıqdan sonra, bu qeydi teleqrama daxil etmúk üçün "Y" hərfi yığılmalıdır.

Məs. [4008160] [00]

[00] seçmək üçün "x" "Y" daxil etmək lazımdır. Əgər qeyd "1" göstərilibsə (çatdırılıb ) növü dəyişmək mümkün olmayacaq. Digər səbəblər də mümkündür.

2.2.12. Teleqramların izlənməsi “A” rejimində həyata keçirilir.

2.2.12.1. teleqramların izlənməsi üçün kursor A hərfinin üzərinə gətirilib "Enter" düyməsi yığılır. Bu rejimdə istənilən dövr göstərməklə hansı tarixdən (gün, ay, ildən) hansı tarixə qədər (gün, ay, ilə qədər) istənilən teleqraf indeksinə daxil olan teleqramların çatdırılma vəziyyətinə baxmaq mümkündür.

2.2.12.2. Baxmaq üçün məlumatları aşağıdakı ardıcıllıqla və qaydada yığmaq lazımdır:

Cari gün: tarix       indeks ŞRŞ   teleqram N-si

Məs.: [03.07.08.-00.00] [142095] [000] [3] [000000000];

2.2.13. Teleqramın indeksinin dəyişməsi “B” rejimində həyata keçirilir.

2.2.11.1. teleqramın indeksinin dəyişməsi üçün kursor "B" hərfinin üzərinə gətirilib, "Enter" düyməsi yığılır;

2.2.13.2. bu rejimdə PŞ-yə səhvən daxil olan teleqramları təyinatı üzrə düzgün olan PŞ-yə dəyişmək olar. Bunun üçün 1-ci teleqram nömrəsi yazılaraq "Enter" düyməsi yığılır.

Məs:[400816160] "Enter".

Ekranda teleqramın indeksi görünəcək, həmin indeksin üzərində teleqram haraya ünvanlanıbsa həmin ünvanın,yəni PŞ-nin indeksi yazılaraq (Məs: [142095]) dəyişdirilir. [142006]) daxil etmək üçün boş pəncərədə [Y] hərfini yazılır və "Enter"düyməsi yığılır, bu zaman teleqram lazımi PŞ-yə ünvanlanır.

Qeyd: Korreksiyanın arxivinə cari gün üçün "5" rejimində, sonrakı gün üçün isə “T” rejimində baxmaq olar. "T" rejimində məlumatlari aşağıdakı qaydada yığmaq lazımdır: 1-ci pəncərədə teleqramın nömrəsi, 2-ci pəncərədə 132 iş kodu, 3-cü pəncərədə "a1" yazılmalı və "Enter" düyməsi yığılımalıdır.

Məs: [400816700] [132] [a1] "Enter".

Əgər teleqram başqa PŞ-dən atılıbsa ekranda teleqramın hansı şöbədən və nə vaxt atıldığı görünəcək.

2.3. Kompüter olmayan PŞ-lərlə teleqramların mübadiləsi.

2.3.1. Kompüter olmayan PŞ-lərə teleqramlar əməliyyatçı tərəfindən telefonla ötürülür. PŞ-də teleqram birbaşa F.TQ-1 blankına yazılır və teleqram üçün iltizamnamə tərtib olunur. Bundan sonra teleqram müəyyən edilmiş nəzarət müddətində ünvan sahibinə çatdırılır.

2.3.2. Teleqram “Xəbərnamə teleqramla” qeydi ilə daxil olmuşdursa, PŞ tərəfindən teleqramın çatdırılmasına dair xidməti teleqram hazırlanaraq MPŞ-yə telefonla ötürülür və bu barədə blankda müvafiq qeydlər edilir.

2.3.3. PŞ-də qəbul edilərək telefonla ötürülmüş teleqramın əsli ilk gedən poçtla MPŞ-yə, çatdırılmaq üçün PŞ-yə ötürülmüş teleqramın əsli isə ilk gedən poçtla sonradan ünvan sahibinə çatdırılmaq üçün poçt şöbəsinə göndərilir.

2.4.Teleqramlara aid olan sənədlərin saxlanması və məhv edilməsi.

2.4.1. Teleqramlar kompüterin yaddaşında 3 il müddətində saxlanılır.

2.4.2. Teleqramlara aid olan sənədlər aşağıda göstərilən müddətlərdə saxlanılır:

2.4.2.1. iltizamnamələr – 6 ay (PŞ-də - 2 ay, PF-də 4 ay);

2.4.2.2. teleqramların yazıldığı blanklar – 6 ay (PŞ-də - 2 ay, PF-də 4 ay);

2.4.2.3. nəzarət kartları - 6 ay (PŞ-də - 2 ay, PF-də 4 ay);

2.4.2.4.     ödəniş qəbzləri - 1 il (PF-də);

2.4.2.5. F.103 siyahıları – 1 il (PF-də);

2.4.2.6. digər sənədlər - 6 ay (PŞ-də - 2 ay, PF-də 4 ay).

2.4.3. Saxlama müddəti qurtarmış sənədlər akt tərtib edilməklə məhv edilir.