BAZAR ERTƏSİ, 22 Yanvar 2018

 

 

 

 

 

 


 

 

e-h

 


 

odenis ONLAYN ÖDƏNİŞLƏR

 


 

 

eimza

 


 

POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ

 

Калькулятор расчета пеноблоков смотрите на этом ресурсе
Все о каркасном доме можно найти здесь http://stroidom-shop.ru
Как снять комнату в коммунальной квартире смотрите тут comintour.net

 

Müvəqqəti teleqraf qaydaları

Teleqraf rabitəsi qaydaları Azərbaycan Respublikasının Poçt rabitəsi və Telekommunikasiya haqqında qanunlarına ,Ümumdünya Poçt İttifaqının və Beynəlxalq Telekommunikasiya İttifaqının Aktlarına, Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinə,Poçt və Telekommunikasiya rabitəsi sisteminin mövcud texnoloji proseslərinə, rabitə operatorları ilə istifadəçilər arasında xidmətin təşkilinə uyğun hazırlanmışdır.

Teleqraf Rabitəsi qaydaları,teleqraf rabitəsi xidmətinin təşkilinin əsas prinsiplərini daxili və beynəlxalq teleqramların əhalinin,idarə,müəssisə və şirkətlərin məlumatlarının teleqram şəklində qəbulunu, ötürülməsini və ünvan sahibinə çatdırılmasını, müştərilərlə rabitə operatorlarının qarşılıqlı münasibətlərini göndərici və alıcının səlahiyyətlərini, məsuliyyətlərini, yazışma və məlumatların məxfiliyinin qorunmasını tənzimləyir.

1. Daxili teleqramlar

 

FƏSİL 1. Daxili teleqramlar

1.Teleqramların kateqoriya və növləri.

1.1. Teleqraf xidmətləri beynəlxalq və daxili teleqramlara bölünür. Daxili teleqramlar-Respublika ərazisində qəbul edilən və Respublikanın daxilində ünvan sahibinə çatdırılan teleqramlardır.Beynəlxalq teleqramlar-xarici ölkələrdən daxil olan və xarici ölkəyə ünvanlanan teleqramlardır.

1.2. Beynəlxalq teleqramların kateqoriyaları və növləri İTU-nun F-1 tövsiyə- sinə əsasən ölkələrin Rabitə müdiriyyətləri tərəfindən müəyyənləş dirilir. (əlavə-1).

1.3. Daxil və Beynəlxalq teleqramlar: çıxan,daxil olan və tranzit teleqram -lardan ibarətdir:

Çıxan teleqramlar:Respublikanın poçt şöbələrində göndərilmək üçün qəbul edilmiş teleqramlar.

Daxil olan teleqramlar: Çatdırılmaq üçün poçt şöbələrinə daxil olan teleqramlar.

Tranzit teleqramlar: Bir poçt müəssisəsindən qəbul edilərək digər poçt müəssisəsinə ötürülən teleqramlar:

1.4. Daxili teleqramlar aşağıdakı növlərə bölünür:

Çatdırılması haqda teleqraf xəbərnamələri ilə;

Poçt və ya əlbəəl çatdırılan teleqramlar;

Göndəricinin göstərdiyi tarixdə ünvan sahibinə çatdırılan teleqramlar;

Lüks blankında təbrik teleqramları;

Lüks blankında Hüzrlə əlaqədar teleqramlar;

«Mətni təsdiq olunmuş» teleqramlar;

«N» seriyalı teleqramlar (hərbi hissəyə ünvanlanan);

Sxem teleqramları:

«Kriptoqram » teleqramlar:

«Təsdiq edilmiş, «N» seriyaları, «Sxem» və «Kriptoqram» teleqramlarının qəbulu, işlənilməsi və çatdırılması xüsusi təlimatla tənzimlənir.

1.5. Daxili teleqramlar aşağıdakı kateqoriyalara bölünür.

«Növbədən kənar»

«Hökuməti»

«Təcili»

«Adi»

1.6. Növbədənkənar teleqramlara aid olan «Qəzarabitə», «Fırtına»,

«Meteo» və «Avia» teleqramların qəbulu, işlənməsi və

çatdırılması xüsusi qaydalarla tənzimlənir.

1.7. «Hökuməti» teleqramları göndərmək hüquqi bu Qaydalara əlavə

edilmiş siyahıda adları göstərilən vəzifəli şəxslərə verilir;(əlavə-2).

1.8. «Təcili» kateqoriyalı teleqramlara aşağıdakılar aiddir:

«Təcili»

«Meteo»

«Növbədən» kənar;

«Hökuməti»

«Təcili danışıq»

1.9. «Adi» teleqramlara kateqoriya haqqında qeyd olmayan teleqramlar aiddir.

2. Teleqramların tərtibi, qəbulu və ötürülməsi

 

FƏSİL 2. Teleqramların tərtibi, qəbulu və ötürülməsi

2.Teleqramların tərtibi.

2.1. Teleqramların məzmunu Azərbaycan dilində,latın əlifbası və ərəb rəqəmləri ilə yazılmalıdır.

2.2.Teleqramların tərtibində durğu işarələrindən istifadə edilə bilər, bu durğu işarələri kompüterin müvafiq rejimlərində öz əksini tapır.

nöqtə-nqt - .

vergül-vrg - ,

mənfi- tire - -

kəsr xətti və ya fəsil - /

2.3. Teleqramın mətninin və xidməti qeydlərin yerləşdirilməsi.

2.3.1. Teleqramın tanınması və göndərilmə trafikinin təyin olunması üçün hər bir teleqram xidməti başlığa malik olmalıdır. Teleqramda mətn aşağıdakı ardıcıllıqla yazılmalıdır:

Başlıq -xidməti qeydlər (əgər tələb olunursa);

ünvan ;

mətn;

imza ( tələb olunursa);

göndəricinin ünvanı və poçt indeksi.( istədikdə öz telefon nömrəsini göstərə bilər).

2.4. Teleqramın vaxtında işlənib ünvan sahibinə çatdırılması üçün evin və mənzilin nömrəsi yazı və ya rəqəmlə, küçənin (prospektin) adı yazı ilə, nömrəli küçələrin (keçid-11, 6-cı məhəllə, 2-ci döngə)adları , teleqramın ünvanlandığı şəxsin soyadı və adı tam şəkildə göstərilməlidir.

2.5. Teleqramlar «tələb edilənə qədər», «abunə şkafına» və hərbi hissəyə də ünvanlana bilər. «Tələb edilənə qədər» teleqramlarda alıcının adı və soyadı ilə bərabər atasının adı da göstərilməlidir.

2.6. Rəhbər orqanlara, ictimai təşkilatlara, idarə,müəssisə,təşkilat və ofislərə ünvanlanan müraciət teleqramının mətnində göndəricinin adı, soyadı, atasının adı və həmçinin yaşadığı yerin, işin və ya təhsil ocağının adı göstərilir və haqqı ödənilən sözlər kimi hesablanır.

2.7. Bir ünvana teleqram eyni vaxtda bir və ya bir neçə şəxsə ünvanlana bilər.Bir nüsxədə eyni zamanda bir neçə şəxsə ünvanlanmış teleqram, ünvanda göstərilən şəxslərdən birinə təqdim olunur və bu haqda göndərici xəbərdar edilir.

2.8. Bir teleqram eyni zamanda bir neçə ünvana göndərilə bilər. Belə teleqramlar çoxünvanlı teleqram adlanır.Göndəricidən ünvanların sayı qədər teleqram nüsxəsi qəbul edilməlidir. Birinci nüsxədə göndəricinin,imzası vacibdir. Hər bir ünvana gedən teleqram üçün haqq hesablanır.

2.9. Eyni mətnli və imzalı «Çoxünvanlı» teleqramlar siyahı ilə qəbul edilir. Ünvanların siyahısı teleqramlarla eyni vaxtda təqdim olunmalıdır. Hər siyahıya teleqramın bir nüsxəsi əlavə edilir.

2.10. Çoximzalı və kollektiv adından göndərilən teleqramlarda bütün soyadlar,adlar və imzalar göstərilməlidir. Teleqramda imzası olan bir nəfərin ünvanı və şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. 

Mətnsiz, yalnız ünvandan ibarət olan teleqramlar göndərilmək üçün qəbul edilmir.

Teleqramın qəbul edilməsi

2.3. Poçt müəssisələrində bütün kateqoriyadan və növdən olan teleqramlar qəbul edilir. Respublika daxilində qəbul edilən teleqramlarda sözlərin sayına məhdudiyyət qoyulmur.

2.4. Qəbul edilmiş teleqramlara görə hesablaşma:

nağd pulla;

avans hesabına;

kreditlə (telefonla qəbul edildikdə);

Teleqramların qəbulu zamanı göndəriciyə ödəniş qəbzi verilir.

2.5. «Beynəlxalq», «Təsdiq edilmiş», «Kodlaşdırılmış» teleqramlar istisna olunmaqla bütün növ və kateqoriyadan olan teleqramlar telefonla qəbul edilə bilər.

2.6. Göndərici ötürülənə qədər öz teleqramını ləğv edə bilər. Əgər teleqram ötürülübsə və ünvan sahibinə çatdırılmayıbsa, o zaman göndərici öz hesabına daha bir teleqram göndərməklə onu ləğv edə bilər.

2.7. Teleqramların qəbulunda bütün faktiki sözlər sayılır. Başlıqlar, göndəricinin ünvan və ya telefonu, poçt indeksi haqqı ödənilən sözlərin sayına daxil edilmir.

2.8. İşarələrinin sayı 10-dan artıq olmayan söz və işarə qrupu (PTKNŞ,K-246, və sair) haqqı ödənilən ayrı bir söz sayılır.

2.9. İşarələrinin sayı 10-dan artıq olan söz və işarə qrupunun hər tam və natamam 10 işarəsi ayrıca haqqı ödənilən söz kimi hesablanır.

Müxtəlif növ teleqramların qəbulu və rəsmiləşdirilməsi.

2.3. Çatdırma müddəti təyin olunmuş teleqramlar:

2.3.1. Teleqram göndərən şəxs ünvandan əvvəl «çatdırılmalı» qeydini etməli və tarixi göstərməlidir. Məsələn: 28.05 çatdırmalı.

2.3.2. «Çatdırmalı» qeydi ilə teleqramlar,çatdırma müddətindən (24 saatdan) gec olmayaraq ancaq fərdi ünvanlara,teleqraf əlaqəsi olan məntəqələrə onların iş vaxtı nəzərə alınmaqla qəbul edilir.

2.19. «Təsdiq edilmiş» qeydli teleqramlar:

2.19.1. Rabitə müəssisəsi teleqramda göstərilən baş vermiş hadisəni, göndəricinin imzası və ya vəsadətini təsdiq edə bilər. Belə teleqramlarda ünvandan əvvəl «Təsdiq edilmiş» qeydi edilir. Bu halda teleqram göndərən şəxs həmin hadisənin baş verdiyini təsdiq edən arayış və ya vəsiqə təqdim etməlidir. Həmin arayış və ya vəsiqə möhürlənməli, möhürdə arayışı verən təşkilatın adı, mənsubiyyəti və həmçinin məsul şəxsin imzası olmalıdır. Təsdiqləyici imzalar teleqramın tərkib hissəsi sayılır, poçt müəssisəsinin məsul şəxsi tərəfindən fakt təsdiqlənir və tarifləşdirilərək ötürülür.

2.19.1. Əgər ayrı-ayrı şəxslər tərəfindən notarial formada alqı-satqı etibarnaməsi göndərilərsə etibarnamə notarius tərəfindən təsdiq edilməlidir. Əmək münasibətləri ilə əlaqədar olaraq, vətəndaşların əmək haqını almağa və ya başqa ödəmələr üçün göndərdikləri etibarnamələr, vətəndaşların iş yerlərindən, oxuduğu təhsil ocağından, yaşadığı yerin icra nümayəndəliyindən və ya müalicə olunduğu stasionar məntəqələrdən verilmiş arayışa əsasən təsdiqlənir.

2.19.2. Etibarnamədə göndəricinin imzasının təsdiqi.2.19.2.Yarımbəndinə uyğun həyata keçirilir. Göndəricinin imzası təqdim edilən sənədlər əsasında və imzanı təsdiqləyən şəxsin yanında poçt müəssisəsinin rəhbəri (növbətçi, teleqrafçı) tərəfindən təsdiqlənir.

2.19.3. «Təsdiq edilmiş» qeydli teleqramlar telefonla və poçtalyonlar tərəfindən evlərdə qəbul edilmir.

2.20. Sxem teleqramları:

2.20.1. Əvvəlcədən tərtib edilən və teleqrafın müəyyən etdiyi sxem üzrə müxtəlif ünvanlara göndərilən eyni mətnli və eyni imzalı teleqramlar sxem teleqramı adlanır.

2.20.2. Sxem üzrə göndərilən teleqramlarda göndərən şəxs tərəfindən ünvan əvəzinə yalnız yazılı surətdə sxemin nömrəsi göstərilir.

Məsələn: Sxem beş.

Teleqramların ötürülməsi.

2.19. Teleqramların ötürülməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:

«Növbədənkənar»

«Hökuməti»

«Təcili»

«Adi»

2.20. Teleqramların ayrı-ayrı hissələri aşağıdakı ardıcıllıqla ötürülür:

Başlıq;

Ünvan hissəsi;

Mətn hissəsi;

İmza hissəsi;

2.21. Nömrələnmə sətri və nəzarət sətri ötürüldükdən sonra başlıq sətrinin hissələri aşağıdakı ardıcıllıqla ötürülür:

Son məntəqənin adı;

Poçt rabitəsi müəssisəsinin indeksi;

Sözlərin sayı;

Teleqramın qəbul edilmə tarixi, saat və dəqiqə;

Digər xidməti qeydlər.

2.22. Hər bir teleqram göndəricinin yazdığı şəkildə ötürülür. Hər hansı bir qısaldılmaya və dəyişikliklərə icazə verilmir.

3. Teleqramların ünvan sahibinə çatdırılması

 

FƏSİL 3. Teleqramların ünvan sahibinə çatdırılması

3. Daxil olan teleqramların işlənməsi və çatdırılması:

3.1. Teleqramlar hər bir vasitə ilə teleqramda göstərilən ünvana uyğun olaraq alıcıya onun ünvanına (şəxsi mənzil və evlərə ,təşkilatlara, müəssisələrə, ofislərə və s.)müvəqqəti yaşayış yerinə (mehmanxana və s.) çatdırılır. «Tələb olunanadək» qeydlilər ünvan sahibi tələb edənə qədər poçtda saxlanır və yaxud abonent qutusu vasitəsi ilə çatdırılır. Bundan başqa teleqramlar ünvan sahibinə onun razılığı ilə telefonla və ya faksla ötürülə bilər.

3.2. Elektrik rabitəsi vasitəsi olmayan ünvanlara teleqramlar poçt vasitəsi ilə çatdırılır.

3.3. Hər bir teleqram ünvan sahibinə və ya səlahiyyət verilmiş şəxsə tarixi və yerli vaxtı göstərilməklə bildiriş- iltizamnaməyə imza etdirilməklə verilir. Bir ünvanlı bir neçə şəxsə ünvanlanan teleqram və yaxud başqa şəxsə ötürülməli olan teleqram ünvanda göstərilən şəxslərdən birinə təqdim edilir. «Tələb olunanadək» qeydli teleqramlar ünvan sahibinə onun şəxsiyyətini təsdiq edən sənəd əsasında 30 gün ərzində verilir.

3.4. Əgər teleqram ünvançıya şəxsən çatdırılmırsa o zaman poçtalyon bildiriş-iltizamnamədə teleqramın kimə təqdim olunduğunu göstərir. Əgər ünvan sahibi evdə olmazsa poçtalyon onun mənzilinə teleqramın poçt şöbəsi tərəfindən alındığını bildirən bildiriş vərəqəsini qoyur. (Şəxsən verilməli qeydli teleqramlar istisna olmaqla).Bildirişdə poçt şöbəsinin telefon nömrəsi də göstərilməlidir.

3.5. Abonent qutusuna ünvanlanan teleqramlar poçt işçilərinə imza etdirməklə təhvil verilir. Poçt işçiləri belə teleqramların verilməsini qeydiyyatlı poçt göndərişlərinin verilməsi qaydalarına uyğun olaraq həyata keçirirlər.

3.6. Hərbi hissələrə ünvanlanan teleqramlar hərbi hissənin komandiri tərəfindən etibarnamə ilə təyin edilmiş səlahiyyətli şəxsə verilir.

3.7. Əgər hər hansı bir səbəbdən teleqram ünvan sahibinə çatdırılmayıbsa, bu zaman kompüterdə teleqramın çatdırılmaması səbəbləri göstərilir.

3.8. Teleqramın çatdırılması haqda xəbərnamənin ünvan sahibinin poçt qutusuna qoyulmasına icazə verilir. Bu halda bildiriş-iltizamnamədə «poçt qutusuna qoyulub» qeydi aparılır.

4. Beynəlxalq teleqramlar

 

FƏSİL 4. Beynəlxalq teleqramlar

Ümumi anlayışlar:

4.1. Xarici ölkəyə ötürülmək üçün qəbul edilən və ya xarici ölkələrdən daxil olan, eləcədə ölkənin ərazisindən keçən tranzit teleqramlar beynəlxalq teleqramlar adlanır.

4.2. Beynəlxalq teleqramların telefonla qəbul edilməsi qadağandır. Beynəlxalq teleqramlar bütün poçt müəssisələrində qəbul edilir.

4.3. Beynəlxalq teleqram yalnız rabitə kanalları ilə ötürülənə qədər göndəricinin xahişi ilə ləğv edilə bilər.

4.4. Beynəlxalq teleqramı qəbul edən poçt işçisi göndəricidən şəxsiyyətini təsdiq edən sənəd tələb edərsə göndərici onu təqdim etməyə borcludur.

4.5. Poçt müəssisələri verilən teleqramların məxfiliyini təmin etməlidir.

4.6. Beynəlxalq teleqramların tərtib olunması və ötürülməsi formatları İTU-nin F-1,F-20,F-31, məsləhətlərində göstərilmişdir. (Əlavə 3).

5. Beynəlxalq Teleqramların qəbulu, tərtibi və ötürülməsi

 

FƏSİL 5. Beynəlxalq Teleqramların qəbulu, tərtibi və ötürülməsi

Beynəlxalq Teleqramların qəbulu, tərtibi və ötürülməsi.

5. Beynəlxalq teleqramların tərtibi Fəsil-2-də göstərilənlərə uyğun olaraq həyata keçirilir:

5.1. Beynəlxalq teleqramlar haqqı ödənilməyən xidməti başlıqdan, ünvandan, mətndən və imzadan ibarətdir.

5.2. Beynəlxalq teleqramların başlığı 3 sətirdən ibarət olmalıdır:

5.2.1. Teleqramın kassa nömrəsi; nəzarət sətri,teleqramın başlığı.

Məsələn: 95/1201

İLXX CO AİXX 015

Bakı 15/04 18 23.06;

5.2.2. Teleqramı göndərən son məntəqənin adı, teleqramda kəsrl göstərilən faktiki və haqqı ödənilən sözlərin sayı, gün,saat və dəqiqə.

5.2.3. Teleqramın mətni ən azı bir söz və işarədən ibarət ola bilər;

5.2.4. Teleqramın mətni ardıcıl olmalı və boş sətrlərin saxlanılmasına yol verilməməlidir;

5.2.5. Beynəlxalq teleqramlarda faktiki sözlərin sayı 400-ə qədər ola bilər;

5.2.6. Beynəlxalq teleqramların mətnində sözlərin sayı 400-dən çox olarsa, belə teleqram sözlərinin sayı 400-ə qədər olan ayrı-ayrı teleqramlara bölünür. Yerdə qalan sözlər isə əlavə teleqram kimi qəbul edilir.

6. Beynəlxalq teleqramların qəbulu və ötürülməsi

 

FƏSİL 6. Beynəlxalq teleqramların qəbulu və ötürülməsi

6. 1. Beynəlxalq teleqramlarda 10 işarədən artıq olmayan söz işarələr qrupu və ayrı işarə, haqqı ödənilən ayrı bir söz sayılır.

6.2. İşarələrin sayı 10-dan artıq olan söz və işarə qrupunun hər 10 işarəsi ayrıca haqqı ödənilən söz kimi hesablanır. Sayı 10-a qədər olan digər hissəsi də ayrıca bir söz kimi hesablanır.

6.3. Beynəlxalq teleqramlarda haqqı ödənilən sözlərin sayı faktiki sözlərin sayına bərabər olduqda, başlığın sətrində sözlərin sayı bir dəfə göstərilir.

6.4. Göndəricidən beynəlxalq teleqramları qəbul edən poçt işçisi aşağıdakılara riayət etməlidir:

6.4.1. Göndərici tərəfindən yazılmış bütün hərf,rəqəm və işarələrin dəqiqliyini yoxlamalı;

6.4.2. Beynəlxalq teleqramın qəbulu zamanı onun azərbaycan və ya rus dilində tərcüməsini tələb etməməli;

6.4.3. Göndəricinin teleqramına aid istənilən məlumatın alınması və xəbər verilməsiimkanını əldə etmək üçün teleqramın aşağı hissəsində göndəricinin soyadının və ünvanının tam yazılmasını yoxlamalı;

6.4.4. Tariflər məcmuəsinə uyğun olaraq teleqram ünvanlanan ölkə ilə mümkün olan teleqram mübadiləsinin sayının məhdudluğunu yoxlamalı;

6.4.5. Teleqramdakı faktiki sözlərin sayını və tarif üzrə rüsumu hesablamalı.

6.5. Beynəlxalq teleqramlara imza qoyulması vacib deyil. Göndərilən məntəqənin teleqraf müəssisəsinin adı, ünvan sahibinin ünvanından sonra göstərilir. Lazım gəldikdə onun yaşadığı yerin ünvanı da göstərilir. Teleqraf müəssisəsinin adı «Teleqraf müəssisələrinin siyahısı»nda olduğu kimi göstərilməlidir. Lazım gəldikdə müəssisənin adına, onu, bu ərazidə olan digər rabitə müəssisələrindən fərqləndirmək üçün əlavələr edilir. Bu əlavə müəssisənin adına kəsr xətti çəkilməklə əlavə edilir.

Məsələn: BORDEUX/ SAİNTPROJET

6.6. Ünvanlanan məntəqənin teleqraf rabitə müəssisəsinin adından sonra göndərici poçt indeksini göstərə bilər. Poçt indeksi teleqramı qəbul edən şəxs tərəfindən mötərizəyə alınır və 2 söz kimi ötürülür.

Məsələn: London (EC 2 V 6 J H)

(00152) ROMA

MOSKVA (K-375)

(CH-1200) GENEVE və s.

6.7. Ünvanlanan məntəqənin teleqraf rabitə müəssisəsinin adından(lazım gəldikdə əlavələrlə birlikdə) sonra ərazi bölgüsü, ölkənin adı və ya hər ikisi yazıla bilər. Adların hər ikisi göstərildiyi halda ərazi bölgüsünün adı bilavasitə ünvanlanan məntəqənin poçt müəssisəsinin adından sonra gəlməlidir.

6.8. İdarə,müəssisə,ofis və təşkilatların beynəlxalq teleqramlarında onların rəhbərləri və ya səlahiyyətli şəxsi tərəfindən imza qoyulmalı və möhürün əksi vurulmalıdır. Teleqramın aşağı hissəsində göndəricinin vəzifəsi və şəxsi imzası olmalıdır.

6.9. Əgər ünvanda kifayət qədər məlumat yoxdursa və göndərici teleqramın ötürülməsini təkid edirsə, o zaman teleqram qəbul edilir və rabitə müəssisəsi məsuliyyət daşımır. Əgər yaşayış ünvanı haqqında dəqiq məlumat yoxdursa (küçə,evin nömrəsi firmanın adı) o zaman alıcının vəzifəsi və ya digər əlavə məlumatlar verilməlidir. Əhalisi çox olan yaşayış məntəqələrinin ünvanında mümkün qədər əlavə məlumatlar olmalıdır ki, bu da məlumatlar göndərilən məntəqənin rabitə müəssisəsinə ünvanın axtarışında kömək etmiş olsun.

6.10. Beynəlxalq teleqramın ünvan hissəsi yalnız ingilis və ya fransız, mətni isənilən dildə latın əlifbası ilə yazılmalıdır. Teleqramın əsli teleqram göndərən ölkədə istifadə olunan işarələrlə yazılmalıdır.

Hərflər: A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rəqəmlər: 0 1 2 3 4 5 6 7 8 9

6.11. Ünvan sahibinə göndərmək üçün teleqramda yazılmış hər nə varsa haqqı ödənilən sözlərin sayının tərkibinə daxil edilir və teleqrafla ötürülür.

6.12. Ayrı-ayrı yazılmış hərbir söz, hərf və işarə həqiqi və tarif sözlərinin sayının tərkibinə daxil edilir.

6.13. Söz,rəqəm və hərflərdən ibarət hər bir qrup, elcədə sayı 10 işarədən artıq olmayan hərf, rəqəm və ya işarələrdən yaranmış qarışıq qrup bir tarif söz hesab edilir.

Məsələn: ABC/174/KS/148326 X 8; 3-575 Bu qrup 25 işarə və Rəqəmlərdən ibarətdir, 3 tarif söz kimi hesablanır.

6.14. Başlıqda həqiqi və haqqı ödənilən sözlərin sayı uyğun gəlirsə bu rəqəm bir dəfə göstərilir.Əgər həqiqi və haqqı ödənilən sözlərin sayı uyğun gəlmirsə, o zaman hər ikisi kəsr ilə bir-birindən ayrılmaqla göstərilir. Haqqı ödənilən sözlərin sayı birinci göstərilir. Hər bir tranzit müəssisə teleqramda sözlərin sayının səhv hesablanması zamanı baş vermiş səhvlərə görə teleqramı gecikdirmədən ötürür və bu haqda son məntəqənin nəzərinə çatdırır.

6.15. Bütöv və kəsr rəqəmlərin, rəqəm və hərf qruplarının ötürülməsi aşağıdakı kimi həyata keçirilir:

6.15.1. Hərf və rəqəmlərdən ibarət (Məsələn: 30 MP 25 TK) saylar olduğu kimi ötürülür.

6.15.2. Sətrin yuxarısında və aşağısında yerləşən rəqəm və hərflərdən əvvəl gələn hərf və hərf qrupları göndəricinin yazdığı kimi ötürülür.

6.15.3. Rəqəm və hərf qrupları (Məsələn: 3 B, AS 25) teleqramda olduğu kimi ötürülür.

6.15.4. Kəsr xətti ilə müşayət olunan bütöv rəqəm ötürüldükdə kəsr və bütöv rəqəm arasında defis qoyulur.

Məsələn: 1 3 /4 - 1-3/4 kimi

3/ 4 0 - 3/4 –8 kimi

363 1/2 4 5642 - 363-1/2-4 5642 kimi ötürülməlidir.

7. Daxil olan beynəlxalq teleqramların işlənməsi və çatdırılması

 

FƏSİL 7. Daxil olan beynəlxalq teleqramların işlənməsi və çatdırılması

7. Daxil olan beynəlxalq teleqramların işlənməsi və çatdırılması.

7.1. Çatdırma məntəqəsinin teleqraf aparatına daxil olmuş teleqram F,TG- 22 blankda yazılır. Bu blankın ölçüsü 203 x 144 mm, formatı A 5 olan kağızdan hazırlanır. Əvvəlcə sözlər sayılır və başlıqda göstərilən sözlərin sayı ilə müqayisə edilir.Əgər «GÖL» verilirsə o zaman rəqəmlər ünvanda, mətndə göstərilən rəqəmlərlə müqayisə edilir. «GOL» imzası daxil olan beynəlxalq teleqramlara yapışdırılmır. Sözlərin sayı və ya «GOL» uyğun gəlmirsə, onda xidməti sorğu göndərilir. Bundan sonra teleqleqram adi

qayda ilə rəsmiləşdirilir və aparat jurnalına yazılır. Çatdırma üçün hazırlanmış teleqrama çatdırma bildirişi yazılır.

7.2. Əgər qəbul məntəqəsi tələb edərsə, ünvan sahibi onun şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir.

7.3. Ünvan sahibinə çatdırılan teleqramda son məntəqədən ötürülən başlıq sətrindən sonra aşağıdakı məlumatlar olmalıdır.

Son məntəqənin adı;

Sözlərin sayı;

Ötürmə tarixi, saat və dəqiqə;

Qəbul məntəqəsinə ötürülən xidməti qeydlər;

7.4. Teleqramlar hər bir vasitə ilə Teleqramda göstərilən ünvana uyğun olaraq onun,ünvanına, müvəqqəti qaldığı və ya yaşadığı yerə çatdırılmalıdır. Qeydli teleqramlar poçt müəssisəsində verilir, abunəçi qutusuna Ünvanlananlar isə abunə qutusuna qoyulur.

Teleqramlar ünvan sahibinin razılığı ilə ona telefon və ya faksla da ötürülə bilər.

7.5. Teleqramlar ünvan sahibinə qəbul məntəqəsindən qəbul ardıcıllığına və vaciblik dərəcəsinə uyğun olaraq çatdırılır və ya ötürülür. İnsan həyatının təhlükəsizliyinə aid, üstünlüyə malik hökuməti və BMT-nin Nizamnaməsinin tətbiqinə aid teleqramlar dərhal çatdırılmalıdır. Hökuməti və təcili teleqramlar bir saat ərzində, adi teleqramlar isə iki saat ərzində çatdırılmalıdır.

7.6. Poçt müəssisəsi tərəfindən xidmət edilən məntəqələrə göndərilən Teleqramlar çatdırmanı həyata keçirən müəssisənin iş vaxtı ərzində gecikdirilmədən ünvan sahibinə çatdırılır. Gecə qəbul edilmiş teleqramlar, əgər onlarda «təcili» xidməti qeyd varsa gecə çatdırılması mümkün olan yerlərdə dərhal ünvan sahibinə çatdırıla bilər.

7.7. Əgər ünvan sahibi tərəfindən yazılı surətdə xüsusi müvəkkil Göstərilməyibsə teleqramlar şəxsən alıcıya, onun ailəsinin həddi-buluğa çatmış üzvlərinə, evdə xidmət göstərən şəxsə və qonaqlarına, mehmanxananın müdiriyyətinə verilər bilər.

7.8. Əgər göstərilən ünvanda heç bir şəxs olmazsa, çatdırıcı ünvana bildiriş qoyaraq teleqramı poçt şöbəsinə qaytarır. Sonradan ünvan sahibinin tələbi ilə təkrar olaraq ona çatdırır.

7.9. Əgər daxil olan teleqram haqda xəbərdar edilmiş ünvan sahibi 48 saat ərzində teleqramı almırsa, o zaman teleqramın çatdırılmasının gecikməsi haqda teleqramı qəbul etmiş poçt müəssisəsinə məlumat göndərilir.

7.10. Poçt müəssisələri teleqramların əslini və ya onların surətini, teleqramın verilməsi, ötürülməsi və çatdırılmasına aid sənədləri özlərində, teleqramın qəbul olunduğu aydan sonrakı aydan hesablanaraq 6 aydan az olmayan müddət ərzində məxfiliyini təmin etmək üçün vacib olan bütün ehtiyat tədbirlərinə əməl edərək qoruyub saxlayır.

7.11. Teleqram saxlanılan müddətdə göndərici və ünvan sahibi öz teleqramının təsdiq edilmiş surətini poçt müəssisəsindən götürmək hüququna malikdir. Əgər göndərici və ya ünvan sahibi tələb edilən teleqramın axtarılıb tapılması üçün lazım olan sənədləri təqdim etmirsə, o zaman poçt müəssisəsi teleqramın mətnini göstərməyə və ya onun surətini verməyə borclu deyil.

8. Xidməti teleqraf yazışmaları

 

FƏSİL 8. Xidməti teleqraf yazışmaları

8.1. Beynəlxalq və ölkə daxili teleqramlar üzrə xidməti teleqraf yazışmaları İTU-nin F-1 məsləhətlərinə uyğun aparılır.

8.2. Beynəlxalq teleqramlar üzrə çıxış xidməti teleqramların qeydiyyatı, xidməti teleqramlar üçün istifadə olunan nömrələnmə üzrə aparılır. Beynəlxalq teleqramlar üzrə xidməti teleqramlar aşağıdakı qaydada tərtib olunur:başlıq,ünvan,mətn,imza.

8.3. Xidmətiteleqramların başlığında aşağıdakılar göstərilir: xidməti teleqramı verən məntəqə xidməti teleqramlar üçün ayrılmış qeydiyyat jurnalına uyğun çıxış nömrəsi, sözlərin sayı, xidməti teleqramların tərtib olunduğu vaxt və tarix, xidməti teleqramın ünvanında «A» (xidməti qeyd və ünvanlanma məntəqəsinin istiqaməti göstərilir.

8.4. Xidməti teleqramın mətnində aşağıdakılar göstərilir:

Ötürülmə məntəqəsindən qəbul edilmiş teleqramın mətnində indeks və sıra nömrəsi,əgər sıra nömrəsi olmadıqda kassa nömrəsi və ya teleqram ötürülən zaman nömrələnmə sətrindəki nömrə.

Verilmə məntəqəsi tərəfindən göstərilmiş teleqramın indeksi və sıra nömrəsi.

8.5. Beynəlxalq teleqramların axtarışı ilə əlaqədar xarici ölkələrlə xidməti sorğular Bakı Teleqrafı tərəfindən aparılır.

9. Rabitə müəssisələrinin məsuliyyəti

 

FƏSİL 9. Rabitə müəssisələrinin məsuliyyəti

9.1. Rabitə operatorları teleqramların gecikdirilməsi,mətnin təhrif olunma- ması və çatdırılmaması üçün Azərbaycan respublikasının «Poçt rabitəsi haqqında» qanununda nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşıyırlar.

9.2. Şikayətçilərdən şikayət ərizələri daxili teleqramlar üçün teleqramın qəbul edildiyi gündən 1 ay ərzində, beynəlxalq teleqramlar üçün isə 4 ay ərzində qəbul edilməlidir.

9.3. Şikayətlərlə əlaqədar xidməti teleqraf yazışmaları pulsuz həyata keçirilir. Belə halda mətndə birinci «şikayət» sözü yazılır.