Xidmətlər

Qadağan olunmuş mallar

Daxili poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı”na uyğun olaraq müəyyən edilir. Beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olunan mal və əşyalar “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların siyahısı”na və ÜPİ-nın aktlarına uyğun olaraq müəyyən edilir. Təyinat ölkəsi tərəfindən idxalına qadağa qoyulan və şərti icazə verilən mallar haqqında məlumatlarla http://www.azems.az saytına daxil olub tanış ola bilərsiniz. Əsas səhifədə “Göndərişlərin qəbul qaydaları” bölməsini seçib, “Qadağa və məhdudiyyət qoyulan mallar” hissəsinə daxil olsanız, qarşınıza aşağıda qeyd etdiyimiz mətn çıxacaq:"Müvəqqəti narahatlığa görə üzr istəyirik. Xahiş edirik rus və ya ingilis variantlarına müraciət edəsiniz".

Beləliklə, rus və ya ingilis dillərini seçməklə, qarşınıza çıxacaq bölmədəki cədvələ təyinat ölkəsinin adını yazın və sizə lazım olan məlumatları aidiyyatı ölkə ilə bağlı ətraflı əldə edə biləcəksiniz.

  

© 2019 Naxçıvanpoçt MMC V 1.0.0. Bütün hüquqlar qorunur.

Navigation

Social Media