Xidmətlər

Azərbaycana göndərilməsinə qadağa qoyulan mallar

 
odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
radioaktiv maddələr, 
narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar, 
narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin< hazırlanması texnologiyasına aid materillar, 
pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar, 
insan orqanları və ya  toxumaları, 
canlı heyvanlar, 
tezalışan maddələr, 
zəhərli və toksikoloji maddələr, 
bioloji və infeksion maddələr, 
civə, kimyəvi reaktivlər və turşular, 
insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar, 
tez xarab olan qida məhsulları, 
öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
sikkələr, banknotlar və ya yol çekləri.
 
 
  

© 2019 Naxçıvanpoçt MMC V 1.0.0. Bütün hüquqlar qorunur.

Navigation

Social Media