Xidmətlər

Teleqramların qəbulu

“Teleqramlar haqqında “Müvəqqəti Qaydalar”dan çıxarış
 
1.4. Teleqramların  qəbulu.
 
1.4.1. Teleqramın  dili:
 
1.4.1.1. Azərbaycan Respublikası  daxilində  teleqramlar  azərbaycan dilində  latın əlifbası  və ərəb  rəqəmləri ilə  tərtib  olunur ;
 
1.4.1.2. beynəlxalq  teleqramlar  təyinat  ölkəsinin dilində,  ingilis və ya  fransız  dillərində  latın əlifbası və ərəb  rəqəmləri  ilə  tərtib olunur;
 
1.4.1.3. beynəlxalq  teleqramların  ünvan və  xidməti  qeydlər  hissəsi təyinat  ölkəsinin  dilində, ingilis və ya  fransız dillərində  latın əlifbası  və ərəb  rəqəmləri  ilə, mətn isə azərbaycan  dilində  latın  əlifbası  ilə  yazıla bilər;
 
1.4.1.4.  MDB  ölkələrinə,  Litva və  Estoniya  respublikalarına  göndərilən  teleqramların  ünvan hissəsi,  xidməti qeydlər,   alıcının adı, soyadı və  atasının adı təyinat  ölkəsinin  dilində  və ya  rus dilində,  kiril  və ya latın  əlifbası və ərəb  rəqəmləri  ilə,  mətni isə  istənilən  dildə  kiril və  ya  latın  əlifbası  və ərəb  rəqəmləri  ilə  yazılır;
 
1.4.1.5. daxili  və beynəlxalq teleqramlarda  latın əlifbasından  ,  MDB  ölkələri,  Litva və Estoniya Respublikalarına ünvanlanan  teleqramlarda isə latın  və  kiril  əlifbalarından, ərəb rəqəmlərindən  və  durğu işarələrindən  istifadə edilir:
 
1.4.2. Teleqramın  tərtib olunması və  ünvanın  yazılması:
 
1.4.2.1. teleqramlar F.TQ-1 və F.TQ-22  blanklarında (Əlavə 2, 3, 4, 5) göndərici  tərəfindən  diyircəkli qələmlə və ya  çap  edilməklə  aydın və  düzəlişə  yol   verilməməklə  yazılır. Müstəsna hallarda teleqrama edilmiş  düzəliş,  teleqram  blankının  aşagı  hissəsində  göndəricinin  imzası ilə  təsdiqlənir.
 
1.4.2.2. Teleqram,  göndərici  tərəfindən onun  kateqoriyası və növü göstərilməklə aşağıdakı  qaydada tərtıb  olunur:
 
- ünvan (daxili teleqramlarda ardıcıllıq: kənd, qəsəbə, rayon  mərkəzi, şəhər; beynəlxalq teleqramlarda:  əvvəlcə ölkə, sonra  göstərilən  ardıcıllıq;  bunlardan sonra  teleqramın  çatdırılması  üçün  vacib  olan  digər  ünvan  göstəriciləri:  təyinat  məntəqəsində  poçt  şöbəsinin  indeksi,  küçənin  adı,  evin,  mənzilin və  telefonun   nömrəsi);
 
-ünvan  sahibinin  adı, soyadı,  (atasının adı, tələb  olunarsa);
 
- teleqramın  mətni;
 
- göndəricinin  adı, (imzası, tələb olunarsa);
 
1.4.2.3. teleqram  blankının  aşağı  hissəsində  xəttin altında  göndəricinin  ünvanı,  soyadı,  adı,  telefon nömrəsi və ya  “ Yolüstü” qeydi  yazılır. Bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür;
 
1.4.2.4.  Ali Hakimiyyət Orqanlarına ünvanlanan teleqramların mətnində göndəricinin adı, soyadı, atasının adı və ünvanı mütləq qaydada göstərilməli və buna görə haqq alınmalıdır.Göndəricinin istəyi ilə onun iş yerinin, təhsil ocağının adı, ünvanı, telefon nömrəsi və s. məlumatlar teleqramın mətn hissəsində yazılaraq kompüterlə ötürüldükdə, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanır və göndəricidən haqq alınır.
 
Teleqram blankının aşağı hissəsində, xəttin altında mütləq qaydada göndəricinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları və göndərici barədə ünvan məlumatları (əgər mətn hissəsində bu məlumatlar göstərilməyibsə) göstərilir, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür.
 
1.4.2.5. Qrup adından Ali Hakimiyyət Orqanlarına göndərilən  teleqramların mətnində göndəricinin (qrupa daxil olan şəxslərdən bir nəfər göndərici olmalıdır) adı, soyadı, atasının adı, ünvanı və qrupa daxil olan şəxslərin sayı mütləq qaydada göstərilməli və buna görə haqq alınmalıdır.Göndəricinin istəyi ilə onun, yaxud qrup üzvlərinin  iş yerinin, təhsil ocağının adı, ünvanı, telefon nömrəsi və s. məlumatlar teleqramın mətn hissəsində yazılaraq kompüterlə ötürüldükdə, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanır və göndəricidən haqq alınır.
 
Teleqram blankının aşağı hissəsində, xəttin altında mütləq qaydada göndəricinin (qrup üzvlərindən birinin) şəxsiyyətini təsdiq edən sənədin məlumatları və qrup üzvləri barədə ünvan məlumatları (əgər mətn hissəsində bu məlumatlar göstərilməyibsə) göstərilir, bu məlumatlar haqqı ödənilən sözlər kimi hesablanmır, göndəricidən haqq alınmır və kompüterlə ötürülmür.
 
1.4.2.6. Mətnində nalayiq sözlər və söyüş xarakterli ifadələr yazılmış, həmçinin  mətnsiz, yalnız ünvandan ibarət olan teleqramlar qəbul olunmur;
 
1.4.2.7. “Tələb olunanadək” qeydli teleqramlar poçt müəssisələrinə, abunə  qutularına, kənd yerlərinə  alıcının  adı, soyadı, atasının adı tam  göstərildikdə qəbul  olunur;
 
1.5. Teleqramların  çatdırılması.
 
1.5.2. Teleqramlar  ünvan  sahiblərinə  müəyyən edilmiş  nəzarət keçid  müddətlərində  və PŞ-lərin iş rejimləri nəzərə alınmaqla  aşağıdakı  ardıcıllıqla  çatdırılır:
 
1.5.2.1. növbədənkənar və hökuməti teleqramlar şəhər və rayon  mərkəzlərində  iş günü ərzində  ilk  növbədə 1 saat ərzində işlənir və  çatdırılır;  
 
1.5.2.2. ölüm hadisəsi, tarixi və vaxtı göstərilən görüşlər barədə verilən təcili və adi teleqramlar şəhər və rayon  mərkəzlərində 2 saat ərzində işlənir və çatdırılır;
 
1.5.2.3. adi teleqramlar şəhərlərdə və rayon mərkəzlərində  4 iş saatı ərzində işlənir və  çatdırılır ;
 
1.5.2.4. poçt müəssisəsinin poçtalyonu öz işini başa çatdırmağa 30 dəqiqə qalmış daxil olan  teleqramlar həmin gün, bu müddətdən sonra daxil olan teleqramlar ertəsi  gün saat 10.00 –a qədər  çatdırılır;
 
1.5.2.5. hüquqi  şəxslərin ünvanına daxil olan təcili teleqramlar 2 saat, adi isə 4 saat ərzində işlənir və çatdırılır ; 
 
1.5.2.6. hüquqi  şəxslərin  iş vaxtından  sonra, bayram və  istirahət  günlərində  daxil olan teleqramlar, hüquqi şəxsin növbəti  iş günündə saat 10.00-a qədər çatdırılır;
 
1.5.2.7. hüquqi şəxsin poçt müssisələri ilə yazılı razılaşmasına əsasən  teleqramların  onlara  vaxtaşırı  çatdırılmasına  icazə  verilir. ( gündə 2-3  dəfə);
 
1.5.2.8. çatdırma  müddəti  təyin edilmiş teleqramlar  bir  gün  əvvəl  daxil olduqda, təyin olunmuş tarixdə   ilk çatdırma  ilə ünvan  sahibinə  çatdırılır; 
 
1.5.2.9. çatdırılması təyin olunmuş gün daxil olan teleqramlar isə PŞ-nin iş günü ərzində nəzarət  müddəti  nəzərə alınmadan  həmin gün  çatdırılır;
 
1.5.2.10. təbrik və xəbərnamə teleqramları ünvan  sahiblərinə  nəzarət  keçid müddəti  nəzərə alınmadan  PŞ-nin iş günü ərzində həmin gün  çatdırılır.
  

© 2019 Naxçıvanpoçt MMC V 1.0.0. Bütün hüquqlar qorunur.

Navigation

Social Media