XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada həyata keçirilən dinamik iqtisadi inkişaf və tərəqqi bütün xidmət sahələrinin inkişafı ilə yanaşı poçt rabitəsi xidmətinin səviyyəsinin yüksəlməsinə və maddi-texniki bazasının güclənməsinə şərait yaratmışdır.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika sakinləri mütərəqqi poçt rabitəsi xidmətləri ilə təmin olunmuş, xidmətin səviyyəsi ildən ilə yüksəlmişdir.

“Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli Sərəncamı isə bu sahədə görülən işlərin miqyasını daha da artırmışdır. Hazırda, muxtar respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün qruplarına, eləcədə hüquqi şəxslərə münasib qiymətlərlə poçt xidmətləri göstərilir. Poçt bölmələrinin fəaliyyəti üçün rayon mərkəzlərində və yeni inşa edilmiş kənd xidmət mərkəzlərində bütün şərait yaradılmış, poçt göndərişlərinin ünvan sahiblərinə operativ çatdırılması üçün poçt şöbələri nəqliyyat vasitələri ilə təmin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən “Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi pensiyaçıların işini asanlaşdırır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Aşağı Buzqov kənd mərkəzinin iclas zalında keçirilən tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Elməddin Səfərov tədbirin məqsədindən bəhs edib.

Fondun Babək rayon şöbəsinin müdiri İsmayıl Həsənov çıxışında vurğulayıb ki, rayonun kəndlərində yaşayan pensiyaçıların rahat şəkildə pensiyalarını əldə etməsi üçün müvafiq tədbirlər görülür. Belə tədbirlərdən biri kimi pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil edilib. Bu məqsədlə Fondun Babək rayon şöbəsi ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsin Babək rayon filialı arasında müqavilə imzalanıb. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar. Məhz bunun nəticəsidir ki, rayon ərazisində pensiyalarını poçt bölmələri vasitəsilə almaq istəyənlərin sayı gündən-günə artır.Həmçinin vurğulanıb ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.

Ardını oxu...