XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna martın 29-da  Naxçıvan Muxtar Respublikası  “Naxçıvanpoçt” publik hüquqi şəxsinin aparatı və rayon filiallarının kollektivləri tərəfindən ümumillikdə, 8852 manat (səkkiz min səkkiz yüz əlli iki ) manat vəsait köçürülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən rayonda vətəndaşların maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Belə ki, şöbə tərəfindən Dəmirçi kənd mərkəzinin iclas zalında növbəti maarifləndirici tədbir keçirilib.

Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Miryasin Seyidov açaraq onun əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxış edərək fərdi uçot sisteminin mahiyyəti haqqında danışmışdır. Vurğulamışdır ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi uçot sistemi pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində məlumatların fərdi şəxsi hesablarına işlənilməsini və onların sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını hər zaman diqqətdə saxlayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq tədbirlər həyata keçirir, onların rahatlığının təmin olunması istiqamətində işləri davam etdirir. Bu sahədə pensiyaçıların maarifləndirilməsi məqsədilə şöbə tərəfindən Xələc kənd mərəzinin iclas zalında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Miryasin Seyidov tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxışında vurğulayıb ki, rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılıb. Nəticədə, ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə getmədən rahat şəkildə pensiyalarını əldə edirlər.

Həmçinin bildirilib ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər. Şöbə bundan sonra da pensiyaçıların rahat şəkildə pensiyalarını kəndlərdəki poçt bölmələri vasitəsilə alması üçün müvafiq tədbirlər həyata keçirəcək, bu sahədə pensiyaçıların maarifləndirilməsi istiqamətində işləri davam etdirəcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikanın dinamik iqtisadi inkişaf və tərəqqisi poçt rabitəsi xidmətinin də səviyyəsinin yüksəlməsinə və maddi-texniki bazasının güclənməsinə şərait yaratmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika sakinləri mütərəqqi poçt rabitəsi xidmətləri ilə təmin olunmuş, xidmətin səviyyəsi ildən-ilə yüksəldilmişdir.

“Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli Sərəncamı isə bu sahədə görülən işlərin miqyasını daha da artırmışdır. Hazırda muxtar respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün qruplarına, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə poçt xidmətləri göstərilir.

Poçt bölmələrinin fəaliyyəti üçün rayon mərkəzlərində və yeni inşa edilmiş kənd xidmət mərkəzlərində hərtərəfli şərait yaradılmış, poçt göndərişlərinin ünvan sahiblərinə operativ çatdırılması üçün poçt şöbələri nəqliyyat vasitələrilə təmin edilmişdir. Muxtar respublika üzrə “Naxçıvanpoçt” publik hüquqi şəxsin aparatının Poçt şöbəsi, 7 rayon filialı və 175 poçt bölməsi fəaliyyət göstərir.Onların da zəruri avadanlıqlarla təchizatı göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına təminat vermiş, “Naxçıvanpoçt” publik hüquqi şəxsin müvafiq şəbəkəsinə qoşulması təmin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada həyata keçirilən dinamik iqtisadi inkişaf və tərəqqi bütün xidmət sahələrinin inkişafı ilə yanaşı poçt rabitəsi xidmətinin səviyyəsinin yüksəlməsinə və maddi-texniki bazasının güclənməsinə şərait yaratmışdır.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika sakinləri mütərəqqi poçt rabitəsi xidmətləri ilə təmin olunmuş, xidmətin səviyyəsi ildən ilə yüksəlmişdir.

“Naxçıvanpoçt” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 4 noyabr tarixli Sərəncamı isə bu sahədə görülən işlərin miqyasını daha da artırmışdır. Hazırda, muxtar respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün qruplarına, eləcədə hüquqi şəxslərə münasib qiymətlərlə poçt xidmətləri göstərilir. Poçt bölmələrinin fəaliyyəti üçün rayon mərkəzlərində və yeni inşa edilmiş kənd xidmət mərkəzlərində bütün şərait yaradılmış, poçt göndərişlərinin ünvan sahiblərinə operativ çatdırılması üçün poçt şöbələri nəqliyyat vasitələri ilə təmin edilmişdir.

Ardını oxu...